2010 FİFA Dünya Kuboku finalı
2010 FİFA Dünya Kuboku finalı | |||||||
---|---|---|---|---|---|---|---|
Turnir | FİFA Dünya Kuboku 2010 | ||||||
|
|||||||
Uzatma dəqiqələri nəticəsində | |||||||
Tarix | 11 avqust 2010 | ||||||
Yer | Sokker siti, Yohannesburq | ||||||
Matçın adamı | Andres İnyesta (İspaniya) | ||||||
Hakim | Hovard Uebb (İngiltərə) | ||||||
Tamaşaçı | 84.490 | ||||||
Hava | Buludlu | ||||||
← 2006 2014 → |
2010 FİFA Dünya Kuboku finalı — 11 avqust 2010-cu ildə Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində yerləşən Sokker siti stadionunda qazanan komandanı təyin etmək üçün oynanılan matç. 0-0 olan hesab uzatma dəqiqələrinin 116-cı dəqiqəsində Andres İnyestanın vurduğu qolla dəyişdi. Hesab 1-0 oldu və İspaniya kubokun sahibi oldu. Niderlandın sarı kartlarının sayı və sərt oyunu tənqid olundu. 1950-ci ildə dördüncü yeri tutaraq FİFA Dünya Kubokunda ən böyük müvəffəqiyyətə imza atan İspaniya bu çempionatda ilk dəfə kuboku qazandı. 1974 və 1978-ci illərdə məğlub olduğu son matçlardan sonra Niderland, bu matçda da məğlub olaraq, bu sahədə rekorda imza atdı. Matçdan sonra ilk dəfə Avropa komandası, öz qitəsi xaricində təşkil edilən Dünya Kubokunu qazanmış oldu.
Finalçı komanda olan Niderland və İspaniya daha əvvəl heç bir Dünya Kuboku və ya Avropa Çempionatında qarşılaşmamışdı. İlk dəfə 1920 Yay Olimpiya Oyunlarında qarşılaşan iki komanda arasında ümumi 9 matç oynandı.[1] Hər iki komanda dörd oyun qazandı və bir matç bərabərliklə sona çatdı.[1]
Hər iki komanda daha əvvəl Dünya Kubokunu qazanmamışdı. Niderland iki dəfə finala yüksəlmiş və məğlub olmuşdu. 1974 Dünya Kuboku finalında Almaniyaya 2-1,[2] 1978 Dünya Kuboku finalında isə Argentinaya 3-1 hesabı ilə məğlub olaraq hər iki turnirdə ikinci oldu.[3] İspaniya üçün finala qədər yüksəlmək FİFA Dünya Kuboku tarixində ən böyük müvəffəqiyyət oldu. 1950 Dünya Kubokunda dördüncü yeri tutan İspaniya; 1934, 1986, 1994 və 2002-ci illərdə isə dörddəbir finala yüksəldi.[4] İspaniya, Dünya Kuboku finalında oynayan 12-ci fərqli komanda oldu.[5]
Matçın sonunda Niderland yüksəldiyi finalların dördünü məğlub olan Almaniyanın arxasından, finalda ən çox məğlub olan ikinci komanda oldu.[5] İspaniya isə qazandığı kubokla Dünya Kubokunu qazanan 8-ci ölkə olaraq, kubok baxımından İngiltərə və Fransaya bərabər oldu.[5]
Finala gedən yol
[redaktə | mənbəni redaktə et]2010 Dünya Kubokuna İspaniya sonuncu Avropa Çempionatı olan 2008 Avropa Çempionatının çempionu və 2007-ci ildən 2009-cu ilə qədər oynadığı 35 matçda məğlub olmayaraq, (Həmçinin seçmə mərhələsində oynadığı 10 matçın hamsını qazanaraq) bu sahədə rekorda imza atan komanda kimi qatıldı.[6] Digər tərəfdən Niderland seçmə mərhələsində oynadığı 8 matçın hamsını qazanmış və mərhələnin lideri olaraq, turnirdə iştirak etmək haqqı qazandı.[7]
Niderland turnirin əvvəllərində oynadığı matçlarda Meksikanı 2-1, Qananı 4-1, Macarıstanı 6-1 hesabı ilə məğlub edərək,[8] 6 iyun tarixində Cənubi Afrika Respublikasına gəldi.[9] Macarıstan matçının ikinci hissəsində zədələnən Aryen Robben isə qəfildən 6 gündən sonra, 12 iyun tarixində Cənubi Afrika Respublikasına gəldi.[10] İspaniya da, Niderland kimi turnirdən əvvəl oynadığı üç qarşılaşmanı qazandı. Səudiyyə Ərəbistanı 3-2, Cənubi Koreyanı 1-0, Polşanı 6-0 hesabı ilə məğlub edən İspaniya[8] turnir başladığı gün (11 iyun) Cənubi Afrika Respublikasına gələrək 32 komanda arasından ölkəyə daxil olan sonuncu komanda oldu.[11]
Nəticədə Niderland E qrupunda Danimarkanı 2-0, Yaponiyanı 1-0, Kamerunu 2-1 hesabı ilə məğlub edərək bütün matçları qazandı. Qapısına sadəcə bir qol vurulan Niderland, 9 xal ilə turnirdə ilk sıraya yüksəlib.[12] Turnirin iki mərhələsində Slovakiyanı 2-1 hesabı ilə məğlub edən komanda dörddəbir finalda kuboku ən çox qazanan komanda olan Braziliya ilə qarşılaşdı. İlk dəqiqələrdə 1-0 məğlub olduqları matçı 2-1 qalib olan Niderland yarımfinalda keçmiş çempion komandalarından biri olan Uruqvaya rəqib oldu. 3-2 hesabı ilə Uruqvayı məğlub edən Niderland 2008-ci ilin oktyabr ayından bu yana oynadığı 14-cü matçını qazandı.[7][13] H qrupunda mübarizə aparan İspaniya isə, İsveçrə ilə oynadığı ilk matçında 1-0 məğlub oldu. Digər oynadığı matçlarda Hondurası 2-0, Çilini 2-1 hesabı ilə məğlub edərək 6 xalla qrupun lideri oldu.[12] II mərhələdə Portuqaliyanı, dörddəbir finalda Paraqvayı, yarımfinalda isə keçmiş çempionlardan biri olan Almaniyanı 1-0 hesabı ilə məğlub edərək finalda Niderlandın rəqibi oldu.[13]
Finala gedən yolda oynanılan 6 matçda Niderland 12 qol vurdu. Qapısına 5 qol vuruldu. İspaniya isə 7 qol vurdu. Qapısına 2 qol vuruldu. Matçdan əvvəl Niderlandlı Uesli Sneyder və İspaniyalı David Vilya, Alman Tomas Müller və Uruqvaylı Dieqo Forlan ilə birlikdə vurduqları beş qolla bombardir mövqeyində idilər.[14] Tomas Müller və Dieqo Forlan komandalarında birdən çox qol vuran tək oyunçulardır.
Niderland | Tur | İspaniya | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Rəqib | Nəticə | Qrup mərhələsi | Rəqib | Nəticə | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Danimarka | 2-0 | 1-ci matç | İsveçrə | 0-1 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Yaponiya | 1-0 | 2-ci matç | Honduras | 2-0 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Kamerun | 2-1 | 3-cü matç | Çili | 2-1 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
Qrup cədvəli |
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rəqib | Nəticə | Pley-off mərhələsi | Rəqib | Nəticə | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Slovakiya | 2-1 | 2-ci tur | Portuqaliya | 1-0 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Braziliya | 2-1 | Dörddəbir final | Paraqvay | 1-0 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Uruqvay | 3-2 | Yarımfinal | Almaniya | 1-0 |
Matç topu
[redaktə | mənbəni redaktə et]Final bütün turnirdə istifadə olunan top Cabulaninin qızıl rəngli modeli olan Cobulani ilə oynanıldı.[15] Topun adı matçın oynanılacağı yer Sokker siti stadionunun yerləşdiyi Yohannesburqun ləqəbi "Yoburq"-dan götürülmüşdür.[15] Topun qızıl rəngdə olması, kubokun rəngi ilə birlikdə, şəhərin ləqəbi olan "Qızıl şəhəri" yada salır.[15] 2006 FİFA Dünya Kubokunda istifadə edilən Timqeyst topundan sonra Cobulani, Dünya Kuboku finalı üçün xüsusi olaraq istehsal edilən ikinci top olmuşdur.[15]
Hakimlər
[redaktə | mənbəni redaktə et]İngiltərə Futbol Federasiyasına bağlı olan Hovard Uebb final matçının hakimi olaraq təyin edildi.[16] Köməkçi hakimlik vəzifəsi Darren Kann və Mayk Mullarkiyə dördüncü və beşinci hakimlik vəzifəsi isə sıra ilə yapon Yuiti Nişumura və Toru Saqaraya verildi.[16] 1950 Dünya Kuboku finalı hakimi Corc Riderdən,[17] 1954 Dünya Kuboku finalı hakimi Uilyam Linqdən[18] və 1974 Dünya Kuboku finalı hakimi Cek Teylordan sonra,[2] Hovard Uebb Dünya Kuboku final matçına hakim olaraq təyin edilən dördüncü ingilis hakim oldu.
Cənubi Yorkşirin Roterem şəhərində polis, 1971-ci ildə doğulmuş (46 yaş) Uebb,[19] 2003-cü ildən Premyer Liqa matçlarına hakim təyin edilirdi. 2005-ci ildə FİFA-da hakim olan Uebb, 2010 UEFA Çempionlar Liqası finalı[20] və 2009 İngiltərə Kuboku finalında iştirak etmişdir.[21] Kann və Mullarki 2010 Dünya Kubokunda üç matçı idarə edən Uebbin bütün matçlarında ona kömək etmişdir. Uebb qrup müsabiqələrində İspaniya-İsveçrə və Slovakiya-İtaliya matçlarını, I mərhələdə isə Braziliya-Çili matçını idarə etdi.[16] Bu üç matçın heç birində qırmızı vərəqə istifadə etməyən və penalti qərarı verməməsinə baxmayaraq, Uebb, orta hesabla 5.67 sarı vərəqə göstərdi və turnirdə ən çox sarı vərəqə istifadə edən ikinci hakim oldu. Finalda göstərdiyi 14 sarı (Con Heytinqaya iki sarı ardı ilə qırmızı) vərəqə ilə, 1986-cı ildə keçirilən finaldakı 6 sarı vərəqəlik rekordu geridə buraxaraq 2010-cu ildə keçirilən Dünya Kuboku finalının ən çox sarı vərəqə verilən Dünya Kuboku finalı olmasına gətirib çıxarmışdır.[22] Sarı vərəqələrin doqquzu matçın normal zamanında gəlmişdi.[23] Final matçından sonra Uebbin turnir ərzində göstərdiyi sarı vərəqələrin sayı 31-ə yüksəldi və matçda göstərdiyi sarı vərəqələrin sayı orta hesabla 7.75 oldu.
Heyətlər
[redaktə | mənbəni redaktə et]İspaniya heyətindəki üç futbolçu İngiltərə klublarında, digər bütün futbolçular İspaniya liqalarında forma geyinirdi.[24] Niderland heyətindəki futbolçuların doqquzu öz ölkəsinin liqasında, altısı Almaniyada, beşi İngiltərədə, ikisi İtaliyada, biri İspaniyada öz karyerasına davam edirdi.[25]
Matçdan əvvəl
[redaktə | mənbəni redaktə et]2010 FİFA Dünya Kuboku matçları ərzində Almaniyanın bütün matçlarını doğru olaraq proqnoz verən İlbiz Paul, final matçı proqnozunda da müvəffəqiyyətli oldu.[26]
Matçdan əvvəl Kolumbiyalı müğənni Şakira səhnəyə çıxaraq, Dünya Kuboku üçün xüsusi olaraq yazılan "Waka Waka" mahnısını ifa etdi. Şakiraya atəşfəşanlıq və işıq nümayişləri yoldaşlıq etdi.[27] Şakiradan sonra səhnəyə Ladysmith Black Mambazo çıxdı.[28] Turnirdə iştirak edən 32 ölkənin bayraqlarının işıq köməyi ilə meydana gətirdiyi sahədə rəqs nümayişləri təşkil edildi.[28]
Matçı stadionda izləməyə gələn insanlar arasında Niderland və İspan kral ailələri[29] ilə ev sahibi Cənubi Afrika Respublikasının prezidenti Ceykob Zuma (kubok mərasimində stadionda olmuşdur.[30]) keçmiş prezident Nelson Mandela,[31] Nobel mükafatı laureatı Desmond Tutu[28] və Cənubi Afrikalı aktrisa Şarliz Teron var idi.[32] İspaniya tribunalarında Rafael Nadal və Pau Qasol[33] yer alırdı. Zimbabve prezidenti Robert Muqabe, Birləşmiş Millətlər Təşkilatının keçmiş baş katibi Kofi Annan, Morqan Friman, Naomi Kempbell və Paris Hilton matçı izləyənlərin arasında idi.[28][32]
Matç
[redaktə | mənbəni redaktə et]Xülasə
[redaktə | mənbəni redaktə et]11 avqust 2010-cu il tarixində Yohannesburqun Sokker siti stadionunda Niderlandla İspaniya matçının 116-cı dəqiqəsində Andres İnyestanın vurduğu qol hesabı 1-0 dəyişdi. İspaniya ilk dəfə Dünya Kubokunu qazanma sevincini yaşadı.[34]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 John Ley ve Ian Chadband. "World Cup final: Holland v Spain match preview". The Daily Telegraph (İngiliscə). 10 avqust 2010. 11 July 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may 2018.
- ↑ 1 2 "Match Report Final 1974" (İngiliscə). FIFA.com. 25 October 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 may 2018.
- ↑ "Arjantin - Hollanda maç raporu" (İngiliscə). FIFA.com. 4 December 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may 2018.
- ↑ "Team Profile: Spain" (İngiliscə). ESPNsoccernet. 2011-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 avqust 2010.
- ↑ 1 2 3 "Previous FIFA World Cups" (İngiliscə). FIFA.com. 21 December 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may 2018.
- ↑ "FACTBOX - Spain's 35 match unbeaten run" (İngiliscə). Reuters. 20 iyun 2010. 18 July 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2018.
- ↑ 1 2 Saunders, Steven. "World Cup 2010: Netherlands' perfect winning streak can match historic feat of Brazil 1970" (İngiliscə). Goal.com. 11 avqust 2010. 16 August 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2018.
- ↑ 1 2 "Pre-World Cup Friendlies - Schedule, Results" (İngiliscə). Goal.com. 6 iyun 2010. 16 August 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2018.
- ↑ Jones, Grahame L.; Baxter, Kevin. "The Netherlands arrives in South Africa without Arjen Robben". Los Angeles Times (İngiliscə). 6 iyun 2010. 31 October 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2018.
- ↑ "Robben arrives in Johannesburg" (İngiliscə). FIFA.com. 12 iyun 2010. 15 June 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 may 2018.
- ↑ "Spain finally arrive in South Africa" (İngiliscə). Sportinglife.net. 11 iyun 2010. 17 July 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 may 2018.
- ↑ 1 2 "2010 FIFA Dünya Kupası-Grup maçları" (İngiliscə). FIFA.com. 29 June 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 may 2018.
- ↑ 1 2 "2010 FIFA Dünya Kupası-Eleme aşaması maçları" (İngilizce). FIFA.com. 9 May 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 may 2018.
- ↑ "World Cup 2010 goalscorers" (İngiliscə). BBC Sport. 13 November 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 may 2018.
- ↑ 1 2 3 4 "Glittering golden ball for Final" (İngiliscə). FIFA.com. 20 aprel 2010. 14 avqust 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2018.
- ↑ 1 2 3 "Referee designations: matches 63 – 64" (İngiliscə). FIFA.com. 8 avqust 2010. 12 avqust 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 may 2018.
- ↑ "Match Report Final 1950" (İngiliscə). FIFA.com. 4 November 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 may 2018.
- ↑ "Match Report Final 1954" (İngiliscə). FIFA.com. 1 November 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 may 2018.
- ↑ Fifield, Dominic. "World Cup 2010: England's Howard Webb to referee World Cup final" (İngiliscə). Durban: The Guardian. 8 avqust 2010. 1 July 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 may 2018.
- ↑ "Webb gets Madrid assignment" (İngiliscə). UEFA.com. 20 may 2010. 23 May 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 may 2018.
- ↑ Mawhinney, Stuart. "Webb appointed for The Final" (İngiliscə). Futbol Federasyonu. 21 aprel 2009. 22 January 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 may 2018.
- ↑ "South Africa 2010 in numbers" (İngiliscə). FIFA.com. 13 avqust 2010. 16 July 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 may 2018.
- ↑ "Spain are world football champions" (İngiliscə). Al Jazeera. 12 avqust 2010. 2 December 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 may 2018.
- ↑ "2010 FIFA World Cup - Spain" (İngilizce). FIFA.com. 16 June 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 may 2018.
- ↑ "2010 FIFA World Cup - Netherlands" (İngiliscə). 2010-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2010.
- ↑ "Ahtapot Paul'ün son dünya kupasıydı!." CNN Türk. 11 avqust 2010. 2010-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyun 2018.
- ↑ Habertürk Spor Gazetesi. Dubleci Matador //. s. 6-7. 12 avqust 2010
- ↑ 1 2 3 4 "Mandela appears at closing ceremony" (İngiliscə). ESPNsoccernet. Associated Press. 12 avqust 2010. 2011-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyun 2018.
- ↑ "Willem Alexander en Máxima bij WK-finale" (Felemenkçe). Algemeen Dagblad. 2011-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyun 2018.
- ↑ "Finali milyarlar izledi". Star. StarGazete.com. 12 avqust 2010. İstifadə tarixi: 7 iyun 2018. (#invalid_param_val)
- ↑ "Mandela estará en el Soccer City pero no se quedará a ver la final". Marca (İspanyolca). 2014-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyun 2018.
- ↑ 1 2 "Freeman, Theron to attend World Cup final". Times Live (İngilizce). 10 iyul 2010. 2011-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyun 2018.
- ↑ "Apoyo de lujo para La Roja en la gran final" (İspanyolca). MARCA.com. 2014-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyun 2018.
- ↑ Dall, James. "World domination for Spain". Sky Sports. 11 avqust 2010. 2010-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 iyun 2018.