Hüquq müdafiəçisi

Vikipediya, azad ensiklopediya
(Hüquq müdafiəçiləri səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç

Hüquq müdafiəçiləri — müxtəlif insan hüquqlarının dinc vasitələrlə, bir qayda olaraq, dövlət strukturlarının və ya vəzifəli şəxslərin özbaşınalığından müdafiəsi məsədi ilə ictimai fəaliyyətlə məşğul olan şəxslərdir[1]. Onlar jurnalistlər, ekoloqlar, məlumat verənlər, həmkarlar ittifaqı işçiləri, hüquqşünaslar, müəllimlər, birbaşa fəaliyyətin iştirakçıları və ya sadəcə təkbaşına fəaliyyət göstərən şəxslər ola bilərlər. Onlar işlərinin bir hissəsi kimi və ya könüllü olaraq hüquqlarını müdafiə edə bilərlər. Fəaliyyətləri nəticəsində insan hüquqları müdafiəçiləri tez-tez qarayaxma, müşahidə, təqib, saxta ittihamlar, əsassız həbs, birləşmək azadlığının məhdudlaşdırılması, fiziki hücum və hətta qətllər də daxil olmaqla repressiyalara məruz qalırlar[2]. 2020-ci ildə 25 ölkədə ən azı 331 hüquq müdafiəçisi öldürülüb. Beynəlxalq ictimaiyyət və bəzi milli hökumətlər müxtəlif müdafiə vasitələri ilə bu zorakılığa cavab verməyə cəhd göstərmişlər, lakin hüquq müdafiəçilərinə qarşı zorakılıq artmaqda davam edir. Qadın hüquq müdafiəçiləri və ətraf mühitin mühafizəsi ilə məşğul olan insan hüquqları müdafiəçiləri digər məsələlərlə məşğul olan hüquq müdafiəçilərindən daha çox repressiya və risklərlə üzləşirlər.

1998-ci ildə Birləşmiş Millətlər Təşkilatı insan hüquqları müdafiəçilərinin işini qanuniləşdirmək və insan hüquqları fəaliyyətinin müdafiəsini genişləndirmək üçün İnsan Hüquqları Müdafiəçiləri haqqında Bəyannaməni qəbul edir.

İnsan hüquqları müdafiəçisi termini BMT Baş Assambleyası tərəfindən hamılıqla tanınmış insan hüquqlarının və əsas azadlıqların təşviqi və müdafiəsi üçün fərdlərin, qrupların və cəmiyyət orqanlarının hüquqları və məsuliyyəti haqqında Bəyannaməni qəbul etdikdən sonra beynəlxalq insan hüquqları ictimaiyyətində geniş istifadə olunmağa başlanır. Bu Bəyannamədən əvvəl "fəal", "işçi" və ya "müşahidəçi" insan hüquqlarını müdafiə etmək üçün çalışan insanlara qoyulmuş terminlər idi[3]. İnsan Hüquqları Müdafiəçiləri haqqında Bəyannamə insan hüquqlarını təşviq edən və ya müdafiə edən hər kəsi əhatə etmək üçün insan hüquqları müdafiəçilərinin çox geniş tərifini təsbit etmişdir[4][5]. Bu geniş tərif hüquq müdafiəçilərinin mühafizəsi proqramlarını dəstəkləmək istəyən maraqlı tərəflər və donorlar üçün həm çətinliklər, həm də faydalar təqdim edir, çünki daha dəqiq təriflər hüquq müdafiəçilərinin bəzi kateqoriyalarını istisna edir, lakin belə geniş tərif həm də şərh üçün çox yer buraxır və bəziləri üçün hüquq müdafiəçiləri statusunun müəyyən edilməsini çətinləşdirə bilər.

2004-cü ildə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi insan hüquqları müdafiəçilərini daha da müəyyən etmək və dəstəkləmək üçün 29 saylı fakt vərəqini nəşr etdirir. Bu sənəddə deyilir ki, "insan hüquqları müdafiəçisi olmaq üçün heç bir "ixtisas" tələb olunmur", lakin hüquq müdafiəçiləri üçün minimum standartlar insan hüquqlarının universallığının və qeyri-zorakı hərəkətlərin qəbul edilməsidir[6].

Bəzi tədqiqatçılar hüquq müdafiəçiləri risklərinin nümunələrini daha yaxşı başa düşmək məqsədilə insan hüquqları müdafiəçilərinin kateqoriyalarını ayırmağa cəhd ediblər. Bu cür təsnifat peşəkar və qeyri-peşəkar fəaliyyəti ayırd edə, qadınların hüquqları[7] və ya yerli torpaq hüquqları kimi müdafiə olunan xüsusi hüquqlara əsaslanaraq fərqləndirə bilər[8].

Özünü identifikasiya

[redaktə | mənbəni redaktə et]

Özünü insan hüquqları müdafiəçisi kimi tanımaq, qurulmuş qurumlar, hökumətlər və ya QHT-lərdə çalışan peşəkar insan hüquqları müdafiəçiləri arasında daha çox rast gəlinir. Bu sistemlərdən kənarda işləyən fərdlər, hətta onların fəaliyyəti BMT-nin İnsan Haqqında Bəyannaməsində açıq-aydın müəyyən edilmiş əhatə dairəsinə daxil olduqda belə, adətən, insan haqları müdafiəçiləri əvəzinə özlərini "fəallar", "liderlər" və ya geniş çeşidli digər terminlərlə tanıyırlar. Hüquq müdafiəçiləri kimliyindən istifadə insan hüquqları müdafiəçilərinin işini qanuniləşdirmək və müdafiə tədbirlərinə çıxışı asanlaşdırmaqla onlara fayda verə bilər. Hüquq müdafiəçiləri kimliyindən istifadə diqqəti onların işinin kollektiv xarakterinə yönəltməkdənsə, xüsusi fərdlərə yönəltməklə də əks-məhsuldar ola bilər ki, bu da həmin şəxsləri daha da təhlükə altına sala bilər[9].

Azərbaycanda hüquq müdafiəçiləri

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda hüquq müdafiəçiləri arasında Oqtay Güləliyev ən çox tanınanlardan biridir. O, 2010-cu ildə Sabirabad rayonunda böyük daşqından əziyyət çəkmiş sakinlərin hüquq-müdafiə işi ilə məşğul olan "Kür" vətəndaş cəmiyyəti qərargahına rəhbərlik edib.

2012-ci ildə Güləliyev bir qrup hüquq müdafiəçisi və keçmiş siyasi məhbusla birlikdə hüquq müdafiə təşkilatını — "Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansını (SMAİA) yaradıb.[10][11]. Oktay Güləliyev Azərbaycanda bir çox məsələlərin ictimailəşməsi və o hadislərdə hökumət strukturları tərəfindən hüquqları pozulan şəxslərin hüquqlarının müdafiəsini təşkil etmişdir[12].

  1. Людмила Алексеева. "Правозащитное движение, диссидентство". Энциклопедия «Кругосвет». İstifadə tarixi: 2009-09-06.[ölü keçid]
  2. Amnesty International. Human rights defenders under threat - A shrinking space for civil society. 2017. 2022-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.
  3. "About human rights defenders". OHCHR. 2022-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.
  4. Malkova, P. "Exploring the Term 'Human Rights Defender' through the Lens of Professionalisation in Human Rights Practice: A Case-Study of Russia" (PDF). Human Rights Defender Hub Working Paper Series 3. York: Centre for Applied Human Rights, University of York. 2018. 2022-05-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-23.
  5. "Declaration on Human Rights Defenders". OHCHR. 2022-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.
  6. "Human Rights Defenders: Protecting the Right to Defend Human Rights" (PDF). OHCHR. 2004. 2022-03-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-23.
  7. "Report of the Special Rapporteur on the situation of human rights defenders, Margaret Sekaggya (2010)". www.un.org. 2022-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-13.
  8. Larsen, Billon, Menton, Aylwin, Balsiger, Boyd, Forst, Lambrick, Santos, Storey, Wilding. "Understanding and responding to the environmental human rights defenders crisis: The case for conservation action". Conservation Letters. 14 (3). 2021. doi:10.1111/conl.12777. 2022-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.
  9. Verweijen, Judith. Menton, Mary (redaktor). Environmental and Land Defenders: Deadly Struggles for Life and Territory. “Environmental defenders”: the power / disempowerment of a loaded term. New York: Routledge. 2021. 37–49.
  10. ""Bakıda "Siyasi Məhbuslarsız Azərbaycan"" İctimai Alyansı yaradıldı" 12.09.12". 2020-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.
  11. "Oqtay Gülalıyevin vəziyyətində "dəyişiklik yoxdur"". 2022-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.
  12. "Gəncə isində ağır cəzalar verildi". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.