Viktor Yanukoviç
Viktor Yanukoviç | |
---|---|
ukr. Віктор Федорович Янукович | |
| |
25 fevral 2010 – 22 fevral 2014 | |
Əvvəlki | Viktor Yuşşenko |
Sonrakı | Aleksandr Turçinov |
Ukraynanın xalq deputatı[d] | |
25 may 2006 – 12 sentyabr 2006 | |
Ukraynanın xalq deputatı[d] | |
23 noyabr 2007 – 19 fevral 2010 | |
Avropa Şurası Parlament Assambleyasının nümayəndəsi[d] | |
2 oktyabr 2006 – 21 yanvar 2008 | |
Avropa Şurası Parlament Assambleyasının əvəzedici üzvü[d] | |
21 yanvar 2008 – 20 yanvar 2013 | |
Şəxsi məlumatlar | |
Doğum adı | Віктор Федорович Янукович |
Doğum tarixi | 9 iyul 1950[1][2][…] (74 yaş) |
Doğum yeri |
|
Fəaliyyəti | mühəndis, iqtisadçı, siyasətçi, hüquqşünas, diplomat, mühazirəçi |
Dini | şərqi ortodoks xristianlıq |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət |
Elmi dərəcəsi |
|
Elmi adı | |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Viktor Fyodoroviç Yanukoviç (ukr. Віктор Федорович Янукович; 9 iyul 1950[1][2][…], Enakoyev[d], Donetsk vilayəti[1]) — Ukrayna Respublikasının Siyasi və Dövlət Xadimi. Regionlar partiyasının sədri. 2002–2005, 2006–2007-ci illərdə Ukrayna Respublikasının Baş Naziri. 2010-cu ildə keçirilən prezident seçkilərinin ikinci turunda 48,95% səslə qalib gələrək Ukrayna Respublikasının 4-cü Prezidenti seçilmiş və 2010-cu il 25 fevral tarixindən vəzifəsinin icrasına başlamışdır.
Həyatı
[redaktə | mənbəni redaktə et]Donetskdə Enakoyev qəsəbəsində kömürçü fəhlə ailəsində anadan olub. 1967-ci ildə o, soyğunçuluğa görə mühakimə olunub. 1970-ci ildə onu başqasına orta dərəcəli xəsarət yetirməklə bağlı məhkəmə qarşısına çıxarıblar. Rəsmi məlumata görə, bu ittiham Viktor Yanukoviçin üzərindən qaldırılıb. 2006-cı ildə Ukrayna hakimiyyəti bu cinayət işində saxtakarlıq ehtimalını araşdırmağa başlayıb. Ancaq heç nə sübut olunmayıb. Viktor Yanukoviç özü etiraf edir ki, çətin uşaqlığı olub, ancaq gənclik səhvlərinə qalib gəlməyi bacarıb.
İş karyerasında isə Viktor Yanukoviç sürətlə irəliləməyə başlayıb. 1980-ci ildə Donbassda rəhbər vəzifədə işləyib. 1996–1997-ci illərdə Donetsk vilayətinin administrasiyasına rəhbərlik edib. Özünü yaxşı təşkilatçı kimi göstərib. 2002-ci ildə Leonid Kuçma gözlənilmədən Viktor Yanukoviçi baş nazir təyin edib, Ali Rada da əksəriyyət onu dəstəkləyir. Baş nazir olduğu dövrdə ÜDM artım tempi kəskin artıb, bir neçə vacib iqtisadi islahat keçirilib.
Viktor Yanukoviç 2003-cü ildən Regionlar Partiyasına rəhbərlik edir. Regionlar Partiyası yarandığı gündən onu böyük biznesmenlər dəstəkləyir. Onların içərisində ən nüfuzlusu milyarder Rinat Əhmədovdur. 2004-cü il prezident seçkilərinə Viktor Yanukoviç Leonid Kuçmanın davamçısı kimi qatılıb. O, seçki kampaniyasında ölkənin rusdilli əhalisinin maraqlarını müdafiə etməyə çalışıb, Rusiyayla xoş münasibətlərin tərəfdarı kimi çıxış edib. Nəticədə, Ukrayanın qərbində və mərkəzində yaşayan əhali ona səs verməyib. Rusdilli əhalinin yaşadığı Şərqi və Cənubi Ukraynada isə o, ən populyar siyasətçi olub. Mərkəzi və Qərbi Ukraynada Viktor Yuşşenkonun, Şərqi və Cənubi Ukraynda Viktor Yanukoviçin dəstəklənməsi ölkəni faktiki dil sərhədi ilə ayırıb.
Viktor Yanukoviç və tərəfdarları müxalifətə keçəndən sonra bir neçə dəfə mübarizə taktikalarını dəyişiblər. Bununla belə, göy-mavi rəngləri rəmz götürən Regionlar Partiyasının əsas dayağı yenə də Cənubi və Şərqi Ukrayna sayılır.[3]
Qayıdış
[redaktə | mənbəni redaktə et]2006-cı il parlament seçkilərində Viktor Yanukoviç və onun partiyası parlament seçkilərində uğur qazanıb, Ali Radada ən böyük fraksiyanı yaradıb. Böhran əleyhinə koalisiyası yaradılıb və Viktor Yanukoviç yenidən baş nazir kürsüsünə əyləşib. Baş nazir dərhal prezident Viktor Yuşşenkonun elan etdiyi prinsiplərdən fərqli xarici siyasət kursu yürütməyə başlayıb. Brüsselə səfəri zamanı Viktor Yanukoviç elan edib ki, Ukrayna NATO-ya qəbul olmağa hazır deyil. O, paralel olaraq Moskva ilə əlaqələri genişləndirib. Bu fonda prezident və baş nazirin tərəfdarları arasında hakimiyyət daxilində çəkişmə güclənib. 2007-ci ildə Viktor Yuşşenko Ali Radanı buraxıb, deputatları Konstitusiyaya zidd hərəkətlərdə ittiham edib. 2007-ci il seçkilərində Viktor Yanukoviç baş nazir postunu itirib və yenidən müxalifətə keçib. Hökumətə Yuliya Timoşenko rəhbərlik etməyə başlayıb.
2010-cu il prezident seçkilərində Viktor Yanukoviç və Yuliya Timoşenko qələbə qazanmağa potensial namizədlər sayılırdılar. Nəticədə Yanukoviç seçkilərdə qalib gələrək Ukrayna Respublikasının 4-cü prezidenti olmuşdur.
22 fevral 2014-cü il tarixində baş vermiş əhalinin narazılığından sonra ölkədən qaçmış və parlament tərəfindən prezidentlik hüququndan məhrum edilmişdir.
Mükafatları
[redaktə | mənbəni redaktə et]- 17.11.2013 — "Heydər Əliyev" ordeni[4]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Ray M. Viktor Yanukovych // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Wiktor Janukowitsch // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ "Ukrayna prezidentliyinə namizədlər: kim kimdir?". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-01-06.
- ↑ V. F. Yanukoviçin "Heydər Əliyev" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. president.az Arxivləşdirilib 2015-09-21 at the Wayback Machine (az.)
- 9 iyulda doğulanlar
- 1950-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Donetsk vilayətində doğulanlar
- İqtisad elmləri doktorları
- Professorlar
- "Heydər Əliyev" ordeni ilə təltif edilənlər
- "Şəfəq" ordeni kavalerləri
- "Fəxri legion" ordeninin Böyük xaçı kavalerləri
- Fəxri dəmiryolçular
- "Payızgülü" ordeni ilə təltif edilənlər
- Ukraynanın I dərəcəli "Xidmətlərinə görə" ordeninin kavalerləri
- Ukraynanın II dərəcəli "Xidmətlərinə görə" ordeninin kavalerləri
- Ukraynanın III dərəcəli "Xidmətlərinə görə" ordeninin kavalerləri
- Ukraynanın "Xidmətlərinə görə" ordeninin kavalerləri
- 1-ci dərəcəli "Dostluq" ordeni kavalerləri
- Xose Marti Milli ordeni kavalerləri
- "Müqəddəs Mesrop Maştots" ordeni ilə təltif edilənlər
- "Ananiya Şirakatsi" medalı ilə təltif olunanlar
- "İsmoili Somoni" ordeni ilə təltif edilənlər
- "Serbiya Respublikası" ordeni kavalerləri
- "Zaid" ordeni kavalerləri
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Ukrayna siyasətçiləri
- Ukrayna baş nazirləri
- Ukrayna prezidentləri
- Ukrayna prezidentliyinə namizədlər
- Ukrayna Ali Radasının V çağırış deputatları
- Ukrayna Ali Radasının VI çağırış deputatları