İsim Tək Cəm
Adlıq halı külək küləklər
Yiyəlik halı küləyin küləklərin
Yönlük halı küləyə küləklərə
Təsirlik halı küləyi küləkləri
Yerlik halı küləkdə küləklərdə
Çıxışlıq halı küləkdən küləklərdən

  azərbaycanca: külək

  Mənalar :

  1. Havanın üfüqi istiqamətdə hərəkətindən ibarət təbiət hadisəsi; yel. Külək əsir. Külək birdən kəsdi. Külək tutan yer. – Gecələr, gecələr, sonsuz gecələr; Çılğın küləkləri quduz gecələr! M.Müşfiq. Külək [Dürrənin] getməsinə mane olub paltarını sanki cırmaq istəyirdi.. S.Vəliyev. _Külək mühərriki – külək vasitəsilə hərəkətə gələn mühərrik.
  2. məc. Təşbehlərdə sürət, itilik, cəldlik mənasında. Külək kimi yerimək. – Qoymaram başına açsınlar kələk; Duruşun buluddur, yerişin külək. M.Müşfiq. ◊ Külək hayana əssə, o yana əsmək – möhkəm əqidəyə sahib olmamaq, tez vəziyyətə uyğunlaşmaq, fikrində sabit olmamaq.

  Dünya xalqlarının dillərində

redaktə

Ural-Altay dil ailəsi: Türk qrupu

redaktə