azərbaycanca: eşik

  Mənalar :

  1. Bayır, dışarı, çöl. Gecənin bir aləmində Nəbi evdən eşiyə çıxır. “Qaçaq Nəbi”. Hacı Həsən bir söz deməyib gəlir, yapışır İskəndərin qolundan və çəkə-çəkə aparır eşiyə. C.Məmmədquluzadə. [Dərviş:] Ruqiyyə, niyə eşikdə oturubsan? A.Divanbəyoğlu. _ Eşiyə atmaq – bayıra tullamaq, çıxarıb atmaq, tullamaq. Eşiyə çıxmaq – üzə çıxmaq, zühura çıxmaq, aşkara çıxmaq, görünmək. Bir müddət Cahangir dərviş paltarında tacirin evində qaldı. Bir gün öz-özünə fikir elədi ki, yaxşı, bəs mən nə vaxta kimi bu dörd divar arasından eşiyə çıxmayacağam? (Nağıl); təbii ehtiyacını rəf etmək, ayaqyoluna getmək. Eşiyə salmaq – qovmaq. Həsən ağa kimi zalımın biri getdi, naçalnikdən xahiş elədi. Bir də görəcəksən, papağımı qoltuğuma verib saldılar eşiyə. Ə.Haqverdiyev.
  2. Bayır tərəfə baxan, çıxan, eşiyə tərəf olan. ..Eşik otaqda, qəzetlərə sərilmiş qərənfil və xrizantem dəstələri açılıb hazırlandı. M.S.Ordubadi. Eşik qapı dəhlizə açılırdı. Mir Cəlal. Muxtar əmi evin eşik divarına söykəndi. M.Hüseyn.
  3. Bir şeyin bayır hissəsi, çöl tərəfi. Qazanın eşiyini də, içini də ağartdırmaq.
  4. Bax ev-eşik. Gözəllik babında şahicahansan; Eşiyində yüz min qullar dolanır. M.P.Vaqif. [Tükəzban:] Anası ölmüş ev bilmir, eşik bilmir, təkdənbir gələndə də gözünə yuxu getmir. M.Hüseyn

  Dünya xalqlarının dillərində

redaktə

Ural-Altay dil ailəsi: Türk qrupu

redaktə
 
 

  türkcə: eşik -   azərbaycanca: eşik, kandar