Şumer dili

Mesopotamiyada qədim dil

Şumer dili (𒅴𒂠 eme-ĝir), beynəlxalq qəbul olunmuş adı Sümer dili — e.ə. IV–III minilliklərdə Mesopotamiyanın cənubunda danışılmış və insan tarixində ilk dəfə sistemli yazıya alındığı hesab olunan dil. E.ə. XX əsrdə akkad dilləri tərəfindən sıxışdırılıb çıxarılsa da Əhəməni İmperiyasının Babilistan işğalınadək dini, elmi və yaradıcılıq dili kimi mövcud olmuşdur.

Şumer dili
Orijinal adı eme-ĝir, eme-gi
Ölkə Şumer
Region Cənubi İkiçayarası
Danışanların ümumi sayı
  • 0 nəf.
Status ölü dil
Ölü dil e.ə. II minillik (danışıq dili kimi)
Təsnifatı
Kateqoriya Avrasiya dilləri
şumer dili
Yazı mixi yazı
Dil kodları
QOST 7.75–97 шум 817
ISO 639-1
ISO 639-2 sux
ISO 639-3 sux
IETF sux
Glottolog sume1241
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Qədim Şumer yazısı

Sümer dilinin təsnifatlaşdırılması böyük elmi dartışmalara səbəb olub. Buna baxmayaraq, Sümer dili, tərəddüd edilməyən bir sıra fundamental xüsusiyyətlərinə görə Ural-Altay dil ailəsinə bənzəyir:

1. qrammatik cinsi yoxdur.

2. sözlər, kök və ona birləşən şəkilçilərin köməyilə yaradılır.

3. şəkilçilər kökə calanarkən şəkilçinin saitləri ahəng qanununa uyur (Akkad hakimiyyətindən öncə). Ahəng qanunu iki sözün birləşməsilə yaranan yeni sözə aid deyil.

4. yazı sistemində samitin daşıdığı saitlər, sözün mənasından asılı olaraq samitdən öndə, yaxud sonra oxuna bilər. Sözün iki hissəsi birləşərkən bir saitin itməsinin qarşısını almaq üçün həmin saiti daşıyan bir loqoqram, yaxud fonoqram əlavə edilir.

5. bəzi dialektlərin yaranışında səs çevrilməsinə uğramış sağır nun hərfi var. Məsələn, diĝir /tiŋiɾ/ sözü eme-sal dialektində dimer olub, hər ikisi Tanrı deməkdir.