Xırdalan

Abşeron rayonunda şəhər

XırdalanAzərbaycan Respublikasının Abşeron rayonunun Xırdalan şəhər inzibati ərazi dairəsində şəhər,[2] Abşeron rayonunun inzibati mərkəzi.

Şəhər
Xırdalan
40°26′55″ şm. e. 49°45′23″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 47 km²
Mərkəzin hündürlüyü 50 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 100.900 nəf. (2020)[1]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +994 12
Poçt indeksi AZ0100
Digər
absheron-ih.gov.az/az
Xəritəni göstər/gizlə
Xırdalan xəritədə
Xırdalan
Xırdalan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

XIV əsrin əvvəllərində kənd kimi yaranan,[3] sovet dövründə isə şəhər tipli qəsəbəyə və Abşeron rayonunun mərkəzinə çevrilən Xırdalan 1930–1940-cı illərdə Binəqədi tərkibində qəsəbə, 1950-ci illərin birinci yarısında Maştağa, 1950–1960-cı illərdə yenidən Binəqədi rayonunun tabeliyinə verilmiş, Azərbaycan SSR Ali Soveti rəyasət Heyətinin 4 yanvar 1963-cü il tarixli fərmanı əsasında yaradılmış Abşeron rayonunun mərkəzi kimi fəaliyyət göstərmişdir.

1936-cı ildə şəhər tipli qəsəbə, 2 oktyabr 2006-cı ildə isə şəhər statusu almışdır. Azərbaycan Respublikası Milli Məclisinin 2 oktyabr 2006-cı il tarixli, 148-IIIQ saylı Qərarı ilə Bakı şəhərinin Binəqədi rayonunun inzibati ərazisindən Abşeron rayonunun Xırdalan qəsəbəsinə, ona həmsərhəd olan hissəsindən 462 ha (Sulutəpə qəsəbəsindən 208 ha, 28 May qəsəbəsindən 254 ha) verilmişdir.[4] Azərbaycan Respublikası Milli Məclisinin 2 oktyabr 2006-cı il tarixli, 149-IIIQ saylı Qərarı ilə Bakı şəhərinin Abşeron rayonunun Xırdalan qəsəbə inzibati ərazi vahidi tərkibindəki Xırdalan qəsəbəsinə şəhər statusu verilmiş, Xırdalan qəsəbə inzibati ərazi vahidi Xırdalan şəhər inzibati ərazi vahidi adlandırılmışdır.[5]

Coğrafiyası və iqlimi

redaktə

Xırdalan şəhəri Abşeron yarımadasının qərb hissəsində, Ceyranbatan su anbarının cənubunda, BakıSumqayıt şəhərləri arasında, dəniz səviyyəsindən 71 metr yüksəklikdə yerləşir. Azərbaycanın paytaxtı Bakıya qədər məsafə 5 km təşkil edir. Bölgənin seysmik aktivliyi Rixter cədvəli üzrə 8 baldır.

Regionda mülayim isti yarımsəhra və quru çöl iqlimi üstünlük təşkil edir. Havanın orta illik temperaturu 13.1, orta aylıq maksimal temperatur 24.6, minimum temperatur isə 2.4 dərəcədir. Havanın nəmliyi 76%, illik yağıntı 163 mm. Küləklərin əsas istiqamətləri: şimal, şimal-qərb, cənub və cənub-qərb. Küləyin orta sürəti 6,8 m/san.

Əsas texniki-iqtisadi göstəricilər

redaktə

2011-ci ildə hazırlanan və 2030-cu ilə qədər hesablanan Xırdalan şəhərinin baş planı 8 aprel 2013-cü ildə təsdiq edilmişdir. Plana əsasən, şəhərin ümumi sahəsi 1702,00 ha təşkil edir. Şəhərdə 20 sənaye müəssisəsi var, onların ümumi işçilərinin sayı 1698 nəfərdir. Mənzil fondunun ümumi sahəsi 1297,8 m² təşkil edir. Təhsil obyektlərinin arasında 920 uşağın təhsil aldığı uşaq bağçaları və 7304 uşağın təhsil aldığı məktəbləri qeyd etmək lazımdır. Səhiyyə sistemi 80 çarpayılıq xəstəxana və gündə 575 xəstə üçün nəzərdə tutulmuş poliklinikalardan ibarətdir. Şəhərin içməli su təchizatı Ceyranbatan su anbarının,"Şollar" su anbarının və Masazır qəsəbəsində yerləşən gölün köməyi ilə təmin edilir. Mövcud olan kanalizasiya sisteminin əsas obyektlərinə kanalizasiya nasos stansiyası, kanalizasiya kollektoru və kanalizasiya xətti öz-özünə[aydınlaşdırma lazımdır] aiddir. Elektrik enerjisinin əsas mənbələri müvafiq olaraq istehsal gücü 220/110/35/10 və 110/35/10 kVt olan "Xırdalan" və "Əliağa Vahid" yarımstansiyalarıdır. Hələlik şəhərdə mərkəzləşdirilmiş istilik sistemi yoxdur. İstilik təchizatı 53 qazanxanaların köməyi ilə həyata keçirilir. DSX[aydınlaşdırma lazımdır] qaz təminatı mənbəyi Masazır qəsəbəsində və 71 qaz stansiyası sayılır. Abşeron telekommunikasiya qovşağına daxil olan 341/342 nömrəli ATS-in gücü 54,620 nömrə təşkil edir. Xırdalanla Bakı şəhəri arasında 135 və 119 saylı, Sumqayıt şəhəri arasında isə 523 nömrəli avtobus xətti fəaliyyət göstərir.

Əhalisi

redaktə

1999-cu ildə aparılmış siyahıya almanının yekunlarına əsasən Xırdalan qəsəbəsinin əhalisi 28.576 nəfər olmuşdur.[6]

Görkəmli şəxsləri

redaktə

meyxanaçı, qəzəlxan.

Qalereya

redaktə

İstinadlar

redaktə
  1. http://pop-stat.mashke.org/azerbaijan-cities.htm.
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  3. "Kəndlə şəhərin qovuşduğu məkan". www.anl.az. 2023-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-23.
  4. "Azərbaycan Respublikasının Abşeron və Bakı şəhəri Binəqədi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 2 oktyabr 2006-cı il tarixli, 148-IIIQ saylı Qərarı". 2023-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-26.
  5. "Azərbaycan Respublikasının Abşeron rayonunun Xırdalan qəsəbəsinə şəhər statusunun verilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 2 oktyabr 2006-cı il tarixli, 149-IIIQ saylı Qərarı". 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-26.
  6. "Population statistics of Eastern Europe". 2012-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-15.