Vanze konfransı

"yəhudi məsələsinin son həlli" yolları və vasitələri müəyyən edilən konfrans

Vanze konfransı — 1942-ci il yanvarın 20-də Berlindəki Vanze gölünün kənarında Am-Qrosen-Vanze (alm. Am Großen Wannsee‎) küçəsi ev 56-58 ünvanında yerləşən Marlir Villasında hökumət nümayəndələrinin və Almaniyanın Nasist partiyasının başçılarının iclası. Vanze konfransında "yəhudi məsələsinin son həlli" yolları və vasitələri müəyyən edildi. Reyx Baş Təhlükəsizlik Xidmətinin direktoru SS-Oberqruppenfüreri Reynhard Heydrix tərəfindən çağırılan konfrans, "yəhudi məsələsinin son həlli" yollarını (alm. Endlösung der Judenfrage‎), həyata keçirilməsində müxtəlif dövlət idarələrinin inzibati rəhbərləri arasında əməkdaşlığı təmin etməli idi. Almaniyanın işğalı altındakı Avropadakı yəhudilərin çoxunun istila edilən Polşaya sürgün edilərək məhv edilməsi qərarı verilmişdi. Konfransda Xarici İşlər Nazirliyinin, Ədliyyə, Daxili İşlər və Dövlət nazirliklərinin dövlət katibləri ilə yanaşı bir sıra nazirliklərin səlahiyyətliləri və SS nümayəndələri iştirak etmişdilər. Görüş zamanı, Heydərix Avropa yəhudilərinin necə toplanaraq Baş Hökumətdəki (Polşanın işğal olunmuş hissəsi) ölüm düşərgələrinə göndəriləcəyini və orada öldürüləcəklərini izah etmişdi.[1]

Vanze konfransı
Wannsee Conference
Keçirilmə tarixi 20 yanvar 1942-ci il
Keçirildiyi yer Almaniya Qroser-Vanza, Berlin, Almaniya
İştirakçılar Reynhard Heydrix, Adolf Eyxman, Alfred Meyer, Henrix Müller
Müzakirə edilən məsələlər Yəhudi məsələsinin son həlli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məhz bu konfransda Avropanın yəhudi əhalisinin soyqırımı proqramı (hazırda "Holokost" termini istifadə olunur) qəbul edildi.[2]

Yəhudilərə qarşı ayrı-seçkilik nasistlərin 30 yanvar 1933-cü ildə hakimiyyəti ələ keçirməsindən dərhal sonra başladı. Nasist rejimi tərəfindən yəhudiləri könüllü olaraq ölkəni tərk etməyə məcbur etmək üçün şiddət və iqtisadi təzyiqdən vasitə kimi istifadə edilirdi. 1939-cu ilin sentyabrında Polşanın işğalından sonra Avropa yəhudiliyinin məhvinə başlandı və 1941-cı ilin iyununda SSRİ-yə hücumdan sonra qətllər daha da gücləndi. 1941-ci il 31 iyul tarixində Herman Görinq, Reynhard Heydrixə Almanların nəzarəti altındakı ərazilərdə "Yəhudi məsələsinin tam həlli" üçün bir plan hazırlamaq, təqdim etmək və bu işdə iştirak edən bütün hökumət təşkilatlarının iştirakını əlaqələndirmək üçün yazılı icazə verdi. Vanze konfransında, Heydərix deportasiya prosesi başa çatdıqdan sonra deportasiya olunanların taleyinin SS-nin səlahiyyətlərində olan daxili məsələyə çevriləcəyini vurğuladı. İkinci məqsəd isə kimin yəhudi olduğunu müəyyənləşdirmək idi.

Yayılan protokol ilə iclas protokolların bir nüsxəsi müharibədə məhv olmadan qalmışdı. O Robert Kempner tərəfindən 1947-ci ilin martında Alman Xarici İşlər Nazirliyinin ələ keçirilmiş sənədləri arasında aşkar edilmişdir. Ondan ikinci Nürnberq Məhkəməsində sübut olaraq istifadə edilmişdir. Konfransın keçirildiyi Vanze villasında hazırda Holokost qurbanlarının xatirə mərkəzi və muzeyi yerləşir.[3]

Almaniyada yəhudilərə qarşı leqallaşdırılmış ayrı-seçkilik, nasistlərin 1933-cü ilin yanvarında hakimiyyəti ələ keçirməsindən dərhal sonra başladı. Nasist rejim yəhudiləri könüllü olaraq ölkəni tərk etməyə məcbur etmək üçün şiddət və iqtisadi təzyiqdən istifadə edirdi. Nazizm ideologiyası antisemitizm, irqi ayrı-seçkilik və ari ideologiyası elementlərini birləşdirərək Alman xalqı üçün daha geniş yaşayış sahəsi yaratmaq üçün onları pan-Almanizm və ərazilərin genişləndirilməsi ilə birləşdirdi.[4] Nasist Almaniyası, bu yeni ərazləri əldə etmək niyyəti ilə Polşa və SSRİ-yə hücum edərək, orada yaşayan arilərin hakim irqindən aşağı hesab etdikləri yəhudilərislavyanları deportasiya və ya məhv etmək yolunu tutdular.[5]

1933-cü ilin 7 aprel tarixində qəbul edilmiş Peşəkar Dövlət Xidmətinin Bərpası Qanunu, yəhudilərin əksəriyyətini vəkillik və ictimai xidmətdən kənarlaşdırdı. Bənzər qanunvericilik qısa müddətdə digər yəhudiləri peşələrini davam etdirmək hüququndan məhrum etdi.[6] Rejim, yəhudiləri ölkəni tərk etməyə məcbur etmək üçün açıq-açığına təcavüz siyasəti yeridirdi.[7] Yəhudi müəssisələrinin bazara çıxışına maneələr yaradılır, qəzetlərdə reklam verilməsinə sədlər qoyulur və dövlət müqavilələrində iştiraklarına qadağa tətbiq edilmişdi. Vətəndaşlar təqib edilir, şiddətə məruz qalırdı və iş yerləri boykot edilirdi.[8]

 
1935-ci il diaqraması, Nürnberq Qanunlarına görə irqi təsnifatı göstərir: almanlar, mişlinqlər (qarışıq nigahlardan doğulanlar) və yəhudilər.

1935-ci ilin sentyabrında Nürnberq Qanunları adı ilə yəhudilərlə alman əsilli insanlar arasında evliliyi, nikahdan kənar cinsi münasibətləri və 45 yaşınadək alman qadınlarının yəhudi evlərində ev qulluqçusu kimi istifadə edilməsini qadağan edən qanunlar toplusu qəbul edildi.[9] Reyx Vətəndaşlıq Qanunu, yalnız alman və ya digər almanlarla qan qohumluğu olan şəxslərin vətəndaş sayıldığını bildirirdi. Beləliklə, yəhudilər və digər kiçik xalqlar Almaniya vətəndaşlığından məhrum edildi.[10] Noyabr ayında çıxarılan əlavə bir fərmanla, yəhudi inancına sahib olduqları təqdirdə, üçüncü və ya ikinci nəsil yəhudi nənəsi olanlar yəhudi kimi qəbul olunurdu.[11] 1939-cu ildə II Dünya müharibəsinin başlanması ilə Almaniyada yaşayan 437.000 yəhudidən 250.000-i ABŞ, Fələstin, İngiltərə və digər ölkələrə mühacirət etmişdi.[12][13]

1939-cu ilin sentyabrında Polşanın işğalından sonra Hitler Polşa elitasının və ziyalılarını məhv etmək əmrini verdi.[14] Sonderfahndungsbuch Polen (Polşadakı Xüsusi Prokurorluq Kitabı) - öldürüləcək insanların siyahısı - SS tərəfindən 1939-cu ilin mayında tərtib edilmişdi.[14] Einsatzgruppen (xüsusi qruplar) bu qətlləri Polşada yaşayan etnik Almanlardan ibarət hərbiləşdirilmiş bir qrup olan Volksdeutscher Selbstschutz (Alman Özünümüdafiə Qrupu) dəstəyi ilə həyata keçirmişdi.[15] SS üzvləri, Vermaxt və Ordnungspolizei (Asayiş Polisi; Orpo) üzvləri də Polşa kampaniyası zamanı mülki insanlara atəş açmışdılar.[16] 1939-cu ilin sonunadək təxminən 65.000 mülki şəxs öldürülmüşdü. Polşa cəmiyyətinin liderlərindən əlavə yəhudiləri, fahişələri, qaraçıları və ruhi xəstələri də öldürürdülər.[17][18]

Konfransa aparan yol

redaktə

Yəhudilərin soyqırımı Vanze konfransından əvvəl başlamışdı. 1941-ci il iyulun 31-də Herman Görinq "Yəhudi məsələsinin son həllinə" cavabdeh kimi Reyx Təhlükəsizliyinin Baş İdarəsi (RTBİ) rəhbəri Reynhard Heydrixi təyin etmişdi.[19] Görinqin Heydrixə verdiyi yazılı icazədə Almanların nəzarəti altındakı ərazilərdə təmsil olunan bütün dövlət təşkilatlarını bu məsələdə əlaqələndirmək də tapşırılırdı.[20] Nasistlərin Generalplan Ost-da(Şərq üçün Baş Plan) işğal altındakı Şərqi Avropa və Sovet İttifaqı əhalisinin kölə əməyi və ya qətl üçün Sibirə deportasiya edilməsi nəzərdə tutulurdu.[21] Vanze konfransının protokollarına görə, SSRİ-nin əhudi əhalisi beş milyona, o cümlədən Ukraynada üç milyona yaxın idi.[22]

Nasistlər yəhudiləri məhv etməklə yanaşı, Herbert Bakke tərəfindən hazırlanan "Aclıq Planı" adlı aksiya çərçivəsində fəth edilmiş ərazilərin əhalisini aclıq səbəbiylə 30 milyon nəfər azaltmağı da planlaşdırırdılar.[23] Ərzaqlar Alman ordusuna və alman mülki əhalisinə yönləndiriləcək, şəhərlər yerlə yeksan ediləcək, torpaqlarda meşələr salınacaq və ya alman kolonistləri tərəfindən məskunlaşdırılacaqdı.[24] "Aclıq Planı"nın məqsədi, Almaniyanın işğalı altındakı Slavyan mülki əhalinin qəsdən kütləvi şəkildə aclıq çəkməsi, bütün ərzaq ehtiyatlarını Şərqi Cəbhəsindəki Almaniyanın mülki əhalisinə və Vermaxta göndərmək idi.[25] Tarixçi Timoti Sneyderə görə, “4.2 milyon Sovet vətəndaşı (əsasən ruslar, belaruslar və ukraynalılar) Bakke planı nəticəsində 1941-1944-cü illərdə nasistlər (nasistlərin nəzarətində olan Vermaxt) tərəfindən "acından öldürülmüşdülər”.[26][27]

 
1942-ci il, aprel, yəhudilərin ölüm düşərgəsi Beljetsdən deportasiya olunması.

1940-cı və 1941-ci illər Almaniyada məhsuldarlıq xeyli aşağı düşmüşdü və müharibə sənayesində çalışmaq üçün ölkəyə çox sayda məcburi işçi gətirildiyi üçün qida təchizatı çətin idi.[28] Bu işçilər, alman xalqı kimi, lazımi qidalanmalı, əvəzində nasist ideologiyası baxımından Almaniyanın hakimiyyəti altındakı milyonlarla yəhudinin olduğu "faydasız ağızların" sayında azalma baş verməli idi.[29]

Üçüncü Reyxin SSRİ-nin işğal etdiyi ərazilərində 1941-ci ilin ikinci yarısında RTBİ-yə tabe olan aynzasqrupları tərəfindən 1 milyona yaxın yəhudi öldürülmüşdü. 1941-ci il 2 iyul tarixli məktubda Heydərix SS və polis rəhbərlərinə Aynzasqrupların Komintern rəsmilərini, Kommunist Partiyasının yüksək rütbəli üzvlərini, Kommunist Partiyasının ekstremist və radikal üzvlərini, Xalq Komissarlarını və partiya üzvü yəhudiləri edam etməsi lazım olduğunu bildirirdi.[30] Digər "radikal ünsürlərin (təxribatçılar, təbliğatçılar, snayperlər, qatillər, təşviqatçılar və s.)" edamına dair daimi təlimat verilmişdi.[30] İşğal olunmuş ərazilərdə işğalçılar tərəfindən kortəbii şəkildə başlanan hər hansı bir talan hadisəsinin gizli şəkildə təşviq edilməsi əmri də verilmişdi.[30] İyulun 8-də o, bütün yəhudilərin partizan sayılması lazım olduğunu elan etdi və 15 ilə 45 yaş arasındakı bütün kişi yəhudilərin edam edilməsini əmr etdi.[31] By August the net Avqusta qədər bu siyahı qadınlar, uşaqlar və yaşlıları əhatə edərək bütün yəhudi milləti daxil edilərək genişləndi.[32]

1941-ci ilin avqustunda Kamenets-Podolskidə Avropadan deportasiya edilmiş yəhudilərin kütləvi şəkildə məhv edilməsi həyata keçirildi. Bunun ardınca noyabr ayında "Riqa gettosu"nda eyni hadisələr təkrarlandı. Oktyabrın 23-də yəhudilərin nasistlərin nəzarətində olan ərazilərdən köç etməsi tamamilə qadağan edildi. 1941-ci ilin dekabrında Xelmnoda yəhudilərin ilk məhv edilmə düşərgəsi fəaliyyətə başladı. Eyni vaxtda Beljets ölüm düşərgəsi tikilməyə başladı, Auşvitz həbs düşərgəsində isə "Siklon B" qazından zəhərlənmə ilə bağlı ilk təcrübələr edildi (ilk təcrübələr sovet hərbi əsirləri üzərində sınaqdan keçirildi).[33]

Vanze konfransının başlanmasına qədər yüz minlərlə Polşa, Serbiya və SSRİ yəhudiləri artıq öldürülmüşdü.[34] Nasistlərin ilkin planına görə Sovet İttifaqının işğalından sonra "Ost baş planı" həyata keçirilməli idi.[21][35] Yəni Avropa yəhudiləri yolun çəkilişlərində ölənə qədər çalışacaqları Rusiyanın işğal olunmuş bölgələrinə sürgün ediləcəklər.[34]

Xolokostun tədqiqatçısı İsrail tarixçisi Saul Fridlander hesab edir ki, bu hadisələr birlikdə yəhudilərin bu vaxta qədər kütləvi şəkildə məhv edilməsi planının mövcudluğunu göstərir.[33] İngilis tədqiqatçısı Kristofer Brovninq eyni fikri dəstəkləyir və onu əlavə edir ki, böyük ehtimalla köçürmə planlarından, tamamilə məhv olmaq planlarına keçid 1941-ci ilin sentyabr-oktyabr aylarında qəbul edilmişdir.[36] Beləliklə, 1941-ci ilin sonlarına yaxın "Yəhudi məsələsi"nin həll yollarının axtarışı başa çatmışdı.

Hazırlıq

redaktə
 
Herman Görinqin Reynxard Qeyndrixə "Yəhudi məsələsinin son həllinə" dair ünvanladığı məktub.

29 noyabr 1941-ci il noyabrın 29-da Heyndrix yəhudi əhalisini Avropadan sürətli şəkildə qovmaq üçün ən münasib iqtisadi və həll yollarını müzakirə etmək üçün konfransa dəvətnamələr göndərdi.[37] Müharibə dövründə Avropadakı yəhudilərin Madaqaskara köçürülməsi ilə bağlı əvvəllər qəbul edilmiş plan imkansız görünürdü. Bunun əvəzinə Avropanın hər yerindən yəhudilərin toplanması və şərqdəki ağır şəraitdən öləcəkləri əmək düşərgələrinə köçürülməsi planlaşdırıldı. Bura da sağ qalanlar isə "müvafiq tərbiyyədən" keçməli idilər.[38] Konfransda az sayda iştirakçı - müxtəlif dövlət qurumlarının cəmi 15 lideri iştirak etdi: Gestapo, SS təhlükəsizlik xidmətləri, NSAFP-ın yüksək vəzifəli üzvləri, Nasist Almaniyasının müxtəlif nazirliklərinin - ədliyyə və xarici işlər nazirliklərinin, millət və məskunlaşma agentlikləri, habelə yəhudi əmlakının paylanmasına cavabdeh qurumlar. Konfransda iştirak edənlərin yarıdan çoxunun Alman universitetlərindən doktorluq dərəcələri var idi. Onların yəhudi siyasəti haqqında ətraflı məlumatları vardı və hər bir agentliyin bu plana verdiyi töhfənin vacibliyini başa düşürdülər. Onlar "Şərqə evakuasiya"nın yəni konsentrasiya düşərgələrinə deportasiyanın son olduğunu başa düşürdülər və "son qərar"ın Avropa yəhudilərinin məhv edilməsinə yönəldiyini gözəl anlayırdılar.[38]

Konfrans əvvəlcədən 1941-ci il dekabrın 9-na təyin edilmişdi,[37] ancaq Qırmızı Ordunun dekabrın 5-də Moskva yaxınlığında əks hücum təşkil etməsi, Yaponiyanın dekabrın 7-də Pörl-Harbora hücum etməsi[39]Hitlerin ABŞ-yə müharibə elanı onun 1942-ci ilin 20 yanvarına qədər təxirə salınmasına gətirib çıxardı.[40] [41]

Heydrix konfransın keçiriləcəyi məkan kimi Berlindəki rahat və mənzərəli "Marlir" malikanəsini seçdi.[42] Qonaqlar səhər yeməyinə saat 9:00-da dəvət olunur, görüşlər isə saat 12:00-da keçirilirdi.[43] Konfransın hazırlanmasında və keçirilməsində mühüm rolu Gestaponun IV-B-4 şöbəsinin SS oberşturmbannfüreri Adolf Eyxman oynamışdı.[39]

Konfransa hazırlıq gedərkən, Eyxman müxtəlif Avropa ölkələrindəki yəhudilərin siyahısını hazırlamışdı. Ölkələr iki qrupa ayrılırdı: "A" və "B". "A" ölkələri birbaşa Reyxin nəzarəti və ya işğalı altındakı ölkələr (Vişi Fransası kimi qismən işğal edilmiş və ya dinc münasibətlər olan); "B" ölkələri müttəfiq və ya əməkdaş dövlətlər, bitərəf və ya Almaniya ilə müharibə vəziyyətində olanlar idilər.[44]

Rəqəmlər hər ölkədəki təxmin edilən yəhudi əhalisini əks etdirirdi; məsələn, Estoniya Judenfrei (yəhudilərdən azad) olaraq siyahıya salınmışdı, çünki Alman işğalından sonra Estoniyada 4500 yəhudi 1941-ci ilin sonuna qədər məhv edilmişdi.[45] İşğal olunmuş Polşa siyahıda deyildi, çünki 1939-cu ilədək ölkə qərbdə nasist Almaniyası tərəfindən ilhaq edilmiş Polşa əraziləri, şərqdə Sovet İttifaqı tərəfindən ilhaq edilmiş Polşa əraziləri ilə bir çox sürgünlü polyakların yerləşdiyi Baş Hökumət arasında bölünmüşdü. Bu səbəbdən yəhudilər də artıq köçürülmüşdü.[46]

Konfransın gedişi

redaktə

Heydrix giriş nitqi ilə faşistlərin 1933-cü ildə hakimiyyəti ələ keçirməsindən sonra Almaniyada həyata keçirilən yəhudilər əleyhinə tədbirlərdən bəhs edərək konfransı açdı.[47] 1933-cü ildən 1941-ci ilin oktyabr ayına qədər 537.000 Alman, Avstriya və Çex yəhudisinin mühacirət etdiyini söylədi. Bu məlumat, Eyxmanın keçən həftə onun üçün hazırladığı hesabatdan götürülmüşdür. [48] Vanze konfransı cəmi saat yarım davam etdi. Vaxtın üçdə ikisini Heydrixin çıxışı tutdu.[40] Heydrix həmçinin, Avropada təxminən on bir milyon yəhudi olduğunu, bunların yarısının Almaniyanın nəzarəti altında olmayan ölkələrdə yaşadığını bildirdi.[44] Yəhudilərin başqa yerə mühacirətinin Himmler tərəfindən qadağan olunduğundan onun yerinə yeni bir həll yolunun gələcəyini izah etdi.[49] İştirakçılara müraciət edən Heyndrix deyirdi:

  ... yəhudi probleminin başqa bir həlli yəhudilərin mühacirət etməsi üçün bir yer tapmaqdır, yəni yəhudilərin şərqə təxliyəsi... Bu cür hərəkətlər müvəqqəti bir tədbir kimi görülsə də, praktik təcrübə artıq toplanmışdır və yəhudi məsələsinin gələcəkdə son həlli üçün son dərəcə əhəmiyyətlidir.[38]  
 
Malikanədə iclasın keçirildiyi yemək salonu

Alman tarixçi Piter Lonqeriç, rejim üzvləri üçün spesifik bir məna kəsb edən terminologiyada tərtib edilmiş qeyri-müəyyən əmrlərin, xüsusən də insanlara cinayət işləri ilə məşğul olma əmri verildiyi zaman yaygın olduğunu qeyd edir. Liderlərə "sərt" və "zəhmli" olmağın vacibliyi izah edildi; bütün yəhudilərə qarşı amansızlıqla mübarizə aparmaq lazım olan potensial düşmən kimi qəbul edilməli idi.ruthlessly.[50] Vanze protokolunun ifadəsi - ümumi iclas protokolları - iştirakçılara şərqə evakuasiyanın ölüm hökmü olduğunu aydınlaşdırdı.[51]

Heydrix, "son qərarın praktiki həyata keçirilməsində" Avropanın "qərbdən şərqə tərəf təmizlənəcəyini", ancaq Almaniya, Avstriya və Bohemya və Moraviya protektoratına siyasi, əmlak və əlavə sosial üstünlüklər veriləcəyini söylədi.[52] Bu, müttəfiqlərin bombardmanı nəticəsində evsiz qalan almanlara boşalan əmlaklarda məskunlaşmaq icazəsi vermək və eyni zamanda Nasist Partiyasının regional liderlərinə yəhudiləri bölgələrindən qovması üçün təzyiqləri artırmaq üçün işarə idi. Həmçinin bunun boşalan yəhudi əmlaklarında işğal olunmuş ərazilərdən gətirilən işçilərin yerləşdirilməsi icazəsi kimi də başa düşmək olardı. "Evakuasiya edilmiş" yəhudilər əvvəlcə Baş Hökumətdəki "tranzit gettolara" göndəriləcək və oradan şərqə göndəriləcəkdilər.[52] Heydrix, hüquqi və siyasi çətinliklərdən qaçmaq üçün “evakuasiya” məqsədi ilə kimin yəhudi olduğunu müəyyənləşdirməyin vacib olduğunu söylədi. Öldürülməyən insanların kateqoriyalarını göstərdi. Ağır yaralanan və ya Dəmir xaç ordeni qazanan 65 yaşından yuxarı yəhudilər və Birinci Dünya müharibəsi veteranı yəhudi öldürülmək əvəzinə Theresienstadt toplama düşərgəsinə göndərilə bilərdi. Heydrix “Bu ağıllı həll yolu ilə, bir çox müdaxilənin qarşısı alına bilər” - deyirdi.[52]

Konfransın əvvəlində artıq Hitler yəhudi məsələsinin məqsədləri və həlli üsulları ilə bağlı əsaslı bir qərar vermişdi. Konfransda texniki məsələlər müzakirə edildi. Bunlardan biri qarışıq yəhudi-ari nigahları problemi idi - insanları yəhudi hesab etmək, valideynlərindən biri yəhudi, digəri alman olan və bir yəhudi babası və ya nənəsi olanlarla nə etmək məsələləri idi. Bu məsələ ilə bağlı qərar qəbul edilmədi və növbəti iclaslara qədər təxirə salındı.[53]

Heydrix işğal altında olan Fransada yəhudilərin təxliyə üçün qeydiyyatının çətinlik çəkmədən davam edəcəyini bildirdi,[54] lakin sonda Fransız əsilli yəhudilərin böyük əksəriyyəti sağ qaldı.[55] Almaniyanın müttəfiqləri RumıniyaMacarıstanla daha böyük çətinliklər gözlənilirdi. Heydrix Rumıniyada hökumətin yəhudi işləri üçün bir komissar təyin etdiyini bildirdi.[54] Əslində, antisemitizmin yüksək dərəcəsinə baxmayaraq Rumıniya yəhudilərinin sürgün edilməsi ləng və təsirsiz oldu.[56] "Macarıstandakı problemi həll etmək üçün," Heydrix, tezliklə Macarıstan hökumətinə yəhudi məsələləri üzrə bir müşavir tətbiq etmək lazım olduğunu qeyd etdi.[54] Macarıstanın Miklosş Hort rejimi tərəfindən almanların yəhudi siyasətinə müdaxiləsinə müqavimət göstərməsi, 1944-cü ilin baharına, Vermaxtın Macarıstanı işğal etdiyi günə qədər davam etdi. Tezliklə Macarıstandakı 600.000 yəhudi (və Macarıstan tərəfindən işğal olunmuş Çexoslovakiya, Rumıniya və Yuqoslaviyanın bir hissəsi) Macarıstan rəhbərliyinin köməyi ilə Eyxman tərəfindən ölümə göndərildi.[57] Heydrixin çıxışından sonra təqribən otuz dəqiqəlik sual və şərhlər davam etdi. Daha sonra rəsmilırin çıxışı başladı.[58]

 
Vanze konfransı protokolunu aşkar etmiş Robert Kempnerin məzarı

Otto Hofmann (SS-nin İrqçilik və Köçürmə Baş İdarəsinin rəhbəri; RuSHA) və Vilhelm Stukart (Reyx Daxili İşlər Nazirliyinin Dövlət Katibi) qarışıq nikahlarla əlaqəli qanuni və inzibati çətinliklərə işarə etdilər və qarışıq nikahların zorla ləğv edilməsini və ya daha sadə bir alternativ olaraq sterilizasiyanın daha geniş istifadəsini təklif etdilər.[59] Dörd İllik Plan çərçivəsindən çıxış edən Erix Neumann, müharibə üçün həyati əhəmiyyət daşıyan sahələrdə çalışan və əvəz edilə bilməyən yəhudilərin azad edilməsini təklif etdi. Heydrix onu bunun artıq əsas məsələ olduğuna əmin etdi; bu cür yəhudilər öldürülməyəcəkdir.[60] Baş Hökumət Dövlət Katibi Yozef Bühler, planı dəstəklədiyini və məhv etmənin ən qısa müddətdə başlayacağına ümid etdiyini söylədi.[61] İclasın sonlarına yaxın konyak verildi, bundan sonra söhbət daha az rəsmi xarakter aldı.[59][58] Eyxman Heydrixin görüşün gedişindən məmnun olduğunu yazırdı. Sonralar O, xatırlayırdı ki, əslində Heydrix iştirakçılardan müqavimət gözləyirdi, amma bunun əvəzinə əvvəllər onların arasında olmayan həmrəylik hiss olunurdu.[62]

Sonda konfransın protokolu tərtib edildi. Heydrix Eyxmana protokolda göstəriləcəklər barədə qəti təlimat verdi. Eyxman məhkəməsində bu barədə bunları demişdi: “Bunu necə izah edə bilərəm - bəzi həddən artıq sadə söhbətlər və jarqon ifadələr rəsmi dilə tərcümə edilməli idi. Yekun sənədlər yalnız çıxışlardan tərtib edilməməli, hər şey dəqiq göstərilməlidir".[61]

Konfransın protokolunu tərtib edən Adolf Eyxman, Hitlerin əvvəllər göstərişinə əsasən, yəhudilərin dərhal Şərqi Avropaya (işğal edilmiş Polşanın ərazisinə, daha sonra konsentrasiya düşərgələrinin inşa edildiyi əraziyə) çıxarılmasının lazım olduğunu bildirdi. Protokolda qaz kameraları və krematoriyalardan bəhs edilmir, ancaq "inşallah çoxları ağır əməkdən" məhv olar və həmçinin sağ qalanların yaşamağına imkan vermək olmaz çünki, onlar yenidən yəhudilərin doğub çoxalması üçün başlanğıc olacaqlar.[53]

Hər bir iştirakçı protokolun bir nüsxəsini aldı. Müharibənin sonuna yaxın demək olar ki, bütün iştirakçılar öz nüsxələrini məhv etdilər, lakin bir nüsxə alman tarixçi Robert Kempner tərəfindən 1947-ci ildə Xarici İşlər Nazirliyinin arxivində,[63] sahibinin - Martin Lüterin müharibənin sonunda konsentrasiya düşərgəsində olması səbəbindən tapıldı.

1961-ci ildə Eyxmanın Qüdsdəki məhkəməsi zamanı ifadəsində bildirirdi ki, konfransın rəsmi hissəsi bitdikdən sonra qeyri-rəsmi şəraitdə iştirakçılar konyak içə-içə iclasın nəticəsini müzakirə etməkdən çəkinmirdilər, utanmadan qətllər, məhv və yox etmə haqqında birbaşa danışırdılar.[64][53]

Son protokolun məzmunu

redaktə
 
Avropa ölkələrində olan yəhudi əhalinin ümumi sayı.

Protokolda bu konfransın əsas məqsədi - "yəhudi məsələsinin son həlli"nin həyata keçirilməsi və müxtəlif şöbələrin hərəkətlərinin əlaqələndirilməsi üçün dəqiq bir planın hazırlanması aydın şəkildə göstərilmişdir. Planın icrasına cavabdeh olan əsas şəxs Himmler idi.

Heydrix həmin gün nasistləri irqçilik siyasətinin əsas "uğurlarını" qısa şəkildə izah etdi. Bunların arasında - Nürnberq irqçi qanunlarının köməyi ilə Reyxin həyatının bütün sahələrindən yəhudilərin sıxışdırılması və məcburi mühacirəti dururdu. Bununla birlikdə, yəhudilərin Reyxdən kənarda mühacirət etmələrini məcbur etmə siyasətinin özünü doğrultmadığı qeyd edildi. Bunun əsas səbəbləri, bütün potensial ölkələrin yəhudi qaçqınlarını qəbul etməkdən imtina etməsi və qaçqınların mühacirət etmələri üçün vəsaitlərin olmamasıdır. Bundan əlavə, müharibənin başlaması ilə Himmlerin təhlükəli sayaraq yəhudi mühacirətini qadağan etdiyi deyildi.

Yəhudi məsələsinin yeni bir həll təklifi edildi: "yəhudilərin şərqə qovulması", Polşadakı konsentrasiya düşərgələrində yəhudilərin məhv edilməsini ifadə edən bir təklif. İştirakçıların nəzərinə bir siyahı təqdim edildi - Avropa ölkələrinin hər birindəki yəhudi əhalisinin statistik qiymətləndirməsi, cəmi 11 milyon yəhudi. Bu siyahıda Albaniya yəhudilərinin sayı xüsusilə diqqətə çarpır - cəmisi 200 nəfər. Bu da bütün yəhudilərin məhv edilməsini nəzərdə tutan "yəhudi məsələsinin son həlli"nin yerinə yetirilməsindən xəbər verir. 11 milyon yəhudinin heç biri sağ qalmamalı idi.[65]

Konfransın nəticələri

redaktə

1942-ci il yanvarın 31-də Adolf Eyxman bütün polis komandanlığına, gizli təhlükəsizlik xidmətlərinə və SD rəhbərlərinə, Almaniya, AvstriyaÇexiyadan yəhudilərin deportasiyasına dair ətraflı təlimatları olan təcili əmrlər göndərdi. Bu andan sistematik və diqqətlə hazırlanmış soyqırım başlayır. Sovet İttifaqı və Polşada işğal edilmiş ərazilərdə yəhudilərin qırğınları davam etdi və Belzecdəki konfrans zamanı artıq yeni bir ölüm düşərgəsi inşa edildi; digər ölüm düşərgələri planlaşdırma mərhələsində idi.[34][66] Yəhudilərin məhv edilməsi qərarı artıq verilmişdi və Heydrix, Himmlerin nümayəndəsi olaraq, deportasiyaların həyata keçirilməsində müxtəlif şöbələrin əməkdaşlığını təmin etmək üçün bir toplantı keçirmişdi.[67] Tarixçi Lourens Ris Lonqriçin yəhudilərin taleyi ilə bağlı qərarın konfransdan əvvəl verildiyi mövqeyini dəstəkləyir. Ris, Vanze konfransının əslində "ikinci dərəcəli məmurların" bir görüşü olduğunu qeyd edir və nə Himmler, nə Göbbelsin, nə də Hitlerin iştirak etdiyini vurğulayır.[68]

 
Vanze Konfrans Mərkəzinin xatirə zalında şüşə altında nümayiş etdirilən Vanze konfransının protokolları və Eyxmanın siyahısı.

Longeriçə görə, iclasın əsas məqsədi deportasiya başa çatdıqdan sonra deportasiya olunanların taleyinin tamamilə başqa bir şöbənin səlahiyyətlərindən kənarda SS-nin daxili işinə çevrildiyini vurğulamaq idi. İkinci məqsəd sürgünün miqyasını müəyyənləşdirmək və kimin yəhudi, kimin Mişlinq (qarışıq nigahdan olanlar) olduğunu müəyyənləşdirmək idi.[69]

Lonqriçin sözünə görə: "Nazirlik bürokratiyasının nümayəndələri bu kimi deportasiya prinsipindən narahat olmadıqlarını açıq şəkildə bildirdilər. Bu, həqiqətən də görüşün həlledici nəticəsi və Heydərixin ətraflı protokollar hazırlayıb geniş yaymasının əsas səbəbi idi".[70] İclasdakı iştirak hər kəsin törədilmiş qətllərdə əlbir olmasını da təmin etdi.[71]

Eyxmanın bioqrafı David Cesarani, Lonqeriçin təfsiri ilə razılaşır. O, qeyd edir ki, Heydərixin əsas məqsədi yəhudi siyasəti ilə məşğul olan müxtəlif nazirlik və idarələrə öz səlahiyyətlərini göstərmək və məhv kampaniyasında əvvəllər ortaya çıxan mübahisələri təkrarlamamaq idi. “Heydrixin maneəsiz sürgün axınını təmin etməsinin ən sadə və ən qətiyyətli yolu, Reyxdəki və Şərqdəki yəhudilərin, eləcə də başqalarının taleyi üzərində tam nəzarətini təmin etmək idi. Bütün təşkilatlar RTBİ xəttinə sadiq olmalı idi", - deyə Cesarani bildirir.[72]

Professor Dan Mixmanın sözlərinə görə Vannze konfransı məhv prosesində vacib bir mərhələ idi, çünki Nasist hakimiyyətinin hərəkətləri daha ardıcıl və mütəşəkkil hal aldı. Ancaq o, hesab edir ki, konfransda kütləvi qırğınla bağlı qərar verilməyib.[39]

Konfransda razılaşdırılmış siyasətə uyğun olaraq, nasist hakimiyyəti insanları öldürmək üçün hazırlanan ölüm düşərgələri şəbəkəsini yaratdı. 1942-1944 illərdə bu düşərgələrdə 3 milyon yəhudi öldürüldü.[73]

Konfrans iştirakçıları və onların sonrakı taleyi

redaktə

Heydrix konfransa bir sıra hökumət nazirliklərinin nümayəndələrini, o cümlədən xarici işlər, ədliyyə, daxili işlər və dövlət nazirliklərinin dövlət katiblərini və SS nümayəndələrini dəvət etmişdi. Konfransın iclası keçirildiyi zaman yəhudilərin taleyi barədə məlumat yaymaq prosesi artıq sürətlə başlamışdı.[74] O Konfransda iştirak edən 15 nəfərdən 8-nin akademik və ya elmlər doktoru dərəcəsi var idi.[75]

Təşkilat Adı Vəzifəsi Şəkili Gələcək taleyi
İmperiyanın işğal olunmuş Şərq əraziləri nazirliyi Alfred Meyer İmperiyanın İşğal Olunmuş Şərq əraziləri nazirliyinin məsləhətçi katibi, qaulyayter və reyxsştatqalter   1945-ci aprelin 11-də Xessiş Oldendorfda intihar etmişdir (Aşağı Saksoniya)[76]
İmperiyanın işğal olunmuş Şərq əraziləri nazirliyi Georq Leybbrant İmperiyanın işğal olunmuş Şərq əraziləri nazirliyinin Baş siyasi idarəsinin rəisi, reyxsamtslyayter   1943-cü ilin yayında dövlət xidmətindən istefa vermiş, 1982-ci il iyunun 16-da Bonnda vəfat etmişdir
İmperiyanın Daxili İşlər Nazirliyi Vilhelm Ştukkart İmperiyanın Daxili İşlər Nazirliyi məsləhətçi katibi   1947-ci ildə Vanze konfransında iştirak etmədiyini bildirirdi. 1949-cu ildən azadlıqda. 1953-cü ildə avtomobil qəzasında həlak olmuşdur[77]
Dördillik plan idarəsi Erix Noyman Dördillik plan idarəsinin məsləhətçi katibi   1948-ci ildə səhəti ilə əlaqədar həbsdən azad edilmişdir, 1951-ci il martın 23-də vəfat etmişdir[78]
İmperiyanın Ədliyyə Nazirliyi Roland Freysler İmperiyanın Ədliyyə Nazirliyinin məsləhətçi katibi   1945-ci il fevralın 3-də Berlində amerika bombardmanı zamanı həlak olmuşdur[76]
General-qubernatorluğun höküməti (Üçüncü reyx) Yozef Buler General-qubernatorluğun hökümətinin məsləhətçi katibi   Polşaya təhvil verilmiş və 1948-ci il avqustun 22-də Krakovda polyak xalq məhkəməsinin hökmü ilə edam edilmişdir[76]
İmperiya Xarici İşlər Nazirliyi Martin Lüter İmperiya Xarici İşlər Nazirliyinin Alman şöbəsinin kiçik məsləhətçi katibi   Ribentropa qarşı fitnə qurmağa görə konslaqerə göndərilmişdir, azad edildikdən sonra 1945-ci ilin 12-si və ya 13 mayında Berlində vəfat etmişdir (və ya sovet hərbçiləri tərəfindən güllələnmişdir)[77][76][79]
Nasional Sosialist Alman Fəhlə Partiyasının dəftərxanası Qerxard Klopfer Partiya Dəftərxanasının nazir-direktoru, SS oberfürüri   1949-cu ildə məhkəmədə "müəyyən dərəcədə günahkar" sayılmışdır. Ulmedə vəkilin vergilər üzrə köməkçisi. 1987-ci ildə vəfat etmişdir.[77]
İmperiya dəftərxanası Fridrix Vilhelm Kriçinger İmperiya dəftərxanasının nazir-direktoru   1947-ci ildə sağlamlığına görə həbsdən azad edildikdən sonra vəfat etmişdir[77][76]
Reyx Təhlükəsizliyinin Baş İdarəsi(RTBİ) Reynhard Heydrix Reyx Təhlükəsizliyinin Baş İdarəsini rəisi, SS oberqruppenfüreri   1942-ci il mayın 27-də Böyük Britaniyadan göndərilən çex vətənpərvərlərinin təşkil etdiyi sui-qəsd nəticəsində ağır yaralandıqdan sonra iyunun 4-də Praqada etmişdir.[76]
Reyx Təhlükəsizliyinin Baş İdarəsi(RTBİ) Henrix Müller IV İdarənin rəisi (Dövlət Gizli Polisi (Gestapo)), SS qruppenfüreri   Ehtimal olunur ki, 1945-ci ilin mayında Berlində naməlum şəraitdə həlak olmuşdur
Reyx Təhlükəsizliyinin Baş İdarəsi(RTBİ) Adolf Eyxman Dövlət Gizli Polisinin (Gestapo "yəhudi şöbəsinin" rəhbəri, SS oberşturmbannfüreri   1961-ci ilin dekabrında Qüdsdə məhkəmə tərəfindən ölüm hökmü qərarına əsasən 1962-ci il mayın 31-də Ramlada edam edilmişdir
SS-in irq və köçürülmə baş idarəsi Otto Hofman SS-in irq və köçürülmə baş idarəsinin rəisi, SS qruppenfüreri   1948-ci il martın 10-da Nürnberqdə ABŞ hərbi tribunalında SS-nin irqiçilik cinayətlərində mühakimə olunaraq 25 il həbs cəzasə aldı. 1951-ci ilin yanvarında cəza müddəti 15-ilə endirildi və 1954-cü ildə azadlığa çıxdı. Vyutemberqdə ticarət xidmətçisi kimi fəaliyyət göstərdi 1982-ci ildə vəfat etmişdir.[77][76]
SS ali rəhbərinin təşkilatında və General-qubernatorluğun polisində Karl Ebxard Şenqart General-qubernatorluqda Təhlükəsizlik xidməti (SD) polisinin komandanı, SS oberfüreri   1946-cı il mayın 16-da Britaniya tribunalının hökmü ilə Hamelndə edam edilmişdir (Aşağı Saksoniya)[77]
"Ostland" Reyxskomisariatında SS ali rəhbərinin təşkilatında və polisdə Rudolf Lanqe "Latviya" general komisarlığının təhlükəsizlik polisinin və SD-nin komandanı, SS şturmbannfüreri   1945-ci ilin fevralında Poznanda döyüşlərdə həlak olmuşdur.[76]

Marlir Villası dövrümüzdə

redaktə
 
Konfransın keçirildiyi 56-58 Am Grossen Vanzedədə yerləşən villadan Grosser Vanze gölünün mənzərəsi.

Villada hal-hazırda Xolokost Xatirə Mərkəzi yerləşir.[3] Lakin mərkəzin yaradılması heç də asan başa gəlməmişdi. Belə ki, müharibədən 20 il sonra 1965-ci ildə tarixçi Yozef Vulff Vanze konfransının keçirildiyi Marlir villasının Holokost xatirə və sənədli mərkəzinə çevrilməsini təklif etdi. Lakin Qərbi Almaniya hökuməti o zaman bu məsələyə ciddi yanaşmadı. Bina məktəb kimi istifadə olunurdu və muzey üçün maliyyə yox idi. Layihənin uğursuzluğa uğramasından və Qərbi Almaniya hökumətinin nasist müharibə cinayətkarlarını mühakimə edib cəzalandırmamasından kədərlənən Vulf 1974-cü ildə intihar etdi.[80]

20 yanvar 1992-ci il tarixində konfransın əllinci ildönümündə "Haus der Wannsee-Konferenz" (Vanza Konfransının Evi) adı altında Holokost xatirə mərkəzi və muzeyi olaraq açıldı.[81] Muzeydə Holokost hadisələrini və onun planlaşdırılmasını sənədləşdirən rəsmi mətnlər və fotoşəkillər sərgiləri də var.[82] The İkinci mərtəbədəki Yozef Vulf Kitabxanası/Media Kitabxanasında Nasist dövrü haqqında zəngin kitab fondu, həmçinin mikrofilmlər və orijinal Nasist sənədləri kimi digər materiallar saxlanılır.[82]

Vanze konfransı mədəniyyətdə

redaktə

2001-ci ildə Frenk Pirsonun konfransa həsr etdiyi "Sui-qəsd" filmi işıq üzü gördü. Filmdə əsas rolları Kennet Brana (Heydrix), Stanli Tuççi (Eyxman) və Kolin Fört (Ştukkart) oynayıblar. Konfrans Robert Harrisin alternativ hekayə mövzusunda "Faterland" (1992) romanında xatırlanır. Romanın süjetində müharibədə qalib gələn nasistlər Avropadakı yəhudiləri məhv edir və ABŞ prezidenti Con Kennedinin Almaniyaya Hitlerlə ittifaq imzalamaqdan əvvəl Gestapo şahidləri aradan götürmək üçün konfrans iştirakçılarını öldürür. Kitab əsasında eyni adlı film də çəkilmişdir.

İstinadlar

redaktə
  1. Longerich, 2010. səh. 309–310
  2. Browning, 2004. səh. 309
  3. 1 2 "Дом Ванзейской Конференции". 2015-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-1-9.
  4. Evans, 2008. səh. 7
  5. Longerich, 2010. səh. 132
  6. Longerich, 2010. səh. 38–39
  7. Longerich, 2010. səh. 67–69
  8. Longerich, 2010. səh. 41
  9. Kershaw, 2008. səh. 346
  10. Evans, 2005. səh. 544
  11. Kershaw, 2008. səh. 347
  12. Longerich, 2010. səh. 127
  13. Evans, 2005. səh. 555
  14. 1 2 Longerich, 2010. səh. 144
  15. Longerich, 2010. səh. 144–145
  16. Longerich, 2012. səh. 429
  17. Evans, 2008. səh. 15
  18. Longerich, 2012. səh. 430–432
  19. "Письменное полномочие Геринга Гейдриху от 31 июля 1941 года". Archived from the original on 2010-05-05. İstifadə tarixi: 2020-05-20.
  20. Browning, 2007. səh. 315
  21. 1 2 Snyder, 2010. səh. 416
  22. Roseman, 2002. səh. 112
  23. Tooze, 2006. səh. 476–486, 538–549
  24. Snyder, 2010. səh. 162–163, 416
  25. Tooze, 2006. səh. 669
  26. Snyder, 2010. səh. 411
  27. Gerhard, 2009
  28. Tooze, 2006. səh. 539
  29. Tooze, 2006. səh. 538–549
  30. 1 2 3 Longerich, 2012. səh. 523
  31. Longerich, 2010. səh. 198
  32. Longerich, 2010. səh. 207
  33. 1 2 Даниил Романовский, Давид Зильберкланг. От антисемитизма к уничтожению: историография нацистской политики по отношению к евреям и попытка интерпретации. (сборник). Иерусалим: Яд ва-Шем. 2010. 68—69. ISSN 1565-9941.
  34. 1 2 3 Longerich, 2010. səh. 309
  35. Kershaw, 2008. səh. 683
  36. Christopher Browning. По поводу моей книги «Истоки „окончательного решения“»: замечания об «окончательном решении», его предпосылках и важнейших последствиях Arxivləşdirilib 2013-05-10 at the Wayback Machine
  37. 1 2 Roseman, 2002. səh. 57
  38. 1 2 3 (#empty_citation). "Wannsee Conference" (ingilis). Encyclopædia Britannicas Reflections on the Holocaust. 2022-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-1-9.
  39. 1 2 3 Михман, 2001
  40. 1 2 Бриман Ш. "60 лет после Ванзее". Хроники Иерусалима. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-1-9.
  41. Browning, 2007. səh. 407
  42. Browning, 2007. səh. 406
  43. Roseman, 2002. səh. 65
  44. 1 2 Roseman, 2002. səh. 111–112
  45. Longerich, 2010. səh. 237, 239
  46. Browning, 2007. səh. 93
  47. Roseman, 2002. səh. 110
  48. Cesarani, 2005. səh. 112
  49. Roseman, 2002. səh. 110–111
  50. Longerich, 2010. səh. 189–190
  51. Roseman, 2002. səh. 77
  52. 1 2 3 Roseman, 2002. səh. 113
  53. 1 2 3 Browning, 2004. səh. 413
  54. 1 2 3 Roseman, 2002. səh. 114
  55. Marrus, Paxton, 1981. səh. 343–344
  56. Cesarani, 2005. səh. 151–155
  57. Cesarani, 2005. səh. 159–195
  58. 1 2 Browning, 2007. səh. 413
  59. 1 2 Cesarani, 2005. səh. 113
  60. Roseman, 2002. səh. 71
  61. 1 2 Cesarani, 2005. səh. 114
  62. Browning, 2007. səh. 414
  63. Roseman, 2002. səh. 1
  64. "Показания Адольфа Эйхмана о Ванзейской конференции на процессе против него в окружном суде Иерусалима, июнь-июль 1961" (PDF). Дом Ванзейской конференции. 2017-09-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-12-12.
  65. "Протокол обсуждения «Окончательного решения еврейского вопроса» 20 января 1942 года" (PDF). Дом Ванзейской конференции. 2015-12-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-12-12.
  66. Breitman, 1991. səh. 229–233
  67. Longerich, 2010. səh. 310
  68. Rees, 2017. səh. 251–252
  69. Longerich, 2000. səh. 14
  70. Longerich, 2010. səh. 306, 310
  71. Longerich, 2000. səh. 7
  72. Cesarani, 2005. səh. 110–111
  73. "«Окончательное решение еврейского вопроса»: первый этап. Подготовка к тотальному уничтожению. Ванзейская конференция". Холокост (Шоа). ru:Яд ва-Шем. 2015-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-1-17.
  74. Browning, 2007. səh. 410–411
  75. Rees, 2017. səh. 252–253
  76. 1 2 3 4 5 6 7 8 Залесский, 2005
  77. 1 2 3 4 5 6 "60 лет после Ванзее". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-22.
  78. "Биография Эриха Ноймана в «Актах Рейхсканцелярии Веймарской республики»". 2012-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-26.
  79. Döscher, 1993
  80. Lehrer, 2000. səh. 134–135
  81. Wannsee House
  82. 1 2 Lehrer, 2000. səh. 135

Ədəbiyyat

redaktə

Xarici keçidlər

redaktə