Tebulosmta

Gürcüstan və Rusiyada dağ

Tebulosmta, Dakuox-Kort (çeç. ТӀуьйли-лам, gürc. თებულოსმთა) — Şərqi Qafqazda dağ; Çeçenistan Respublikasının ən yüksək zirvəsi; Ən yüksək zirvəsi 4494 m.

Tebulosmta
Ümumi məlumatlar
Dağ silsiləsi Böyük Qafqaz
Mütləq hündürlüyü 4.493 m
Nisbi hündürlüyü 2.145 m[1]
Hündür zirvəsi 4494 m.
Yerləşməsi
42°34′24″ şm. e. 45°18′43″ ş. u.HGYO
Ölkə
Tebulosmta xəritədə
Tebulosmta
Tebulosmta
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Haqqında

redaktə

Tebulosmta dağı Çeçenistan, Gürcüstan (Tuşetiya) sərhəddində yerləşir. Çeçenistan Respublikasının cənub hissəsi Böyük Qafqaz dağları silsiləsi ilə əhatə olunmuşdur. Sıx meşəli dağların cənubunda otlaq silsilə uzanır. Otlaq silsiləsinin arxa hissəsində daha hündür və daha sərt qaya silsiləsinin yamaclarında və Gürcüstana sərhəd boyunca dəniz səviyyəsindən 4494 metr yüksəklikdə Tebulosmta zirvəsi (Tuloy-Lam) ilə yanal silsiləsinin qarlı dağ silsiləsi uzanır. Bu təkcə Çeçenistanın deyil, bütün Şərqi Qafqazın ən yüksək nöqtəsidir. Otlaq, qaya və yanal silsilələrinin şimal yamaclarının ətəyi meşələrlə örtülmüşdür.

Tebulosmta zirvəsi daima qarla örtülü olur. dəniz səviyyəsindən hündürlüyü 4492 metr təşkil edir. Buzlaqların sahəsi təxminən 3 km²-dir. Yura şistləri və qum daşlarından ibarətdir.[2]

Etimologiyası

redaktə

Tebulosmta adının mənşəyi bu dağın ətəyində yerləşən çeçen aulu Tebulanın və çeçencə mta (yer) sözlərinin birləşməsindən yaranan toponimdir. [3][4]

Həmçinin bax

redaktə

Bazardüzü

İstinadlar

redaktə
  1. https://www.peakbagger.com/peak.aspx?pid=10426.
  2. Значение слова тебулосмта
  3. Сулейбанова Маржан Умаровна. Комипозитное словообразование в нахских языках Arxivləşdirilib 2022-05-06 at the Wayback Machine // автореферат дис. ... доктора филологических наук : 10.02.02. — 2009. — P. 34. — Махачкала.
  4. "Военно-топографическая пятиверстная карта Кавказского края 1877 года". 2022-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-17.