Türkiyə İstiqlaliyyət müharibəsi

Mustafa Kamalın rəhbərlik etdiyi müqavimət hərəkatının işğalçı qüvvələrə və onların əməkdaşlarına qarşı siyasi və hərbi mübarizəsi
(Türkiyə Qurtuluş Savaşı səhifəsindən yönləndirilmişdir)

Türk İstiqlaliyyət müharibəsi (türk. Türk Kurtuluş Savaşı), İstiqlaliyyət müharibəsi (türk. İstiklâl Harbi) və ya Milli Mübarizə (türk. Millî Mücadele) — I Dünya Müharibəsindən məğlub olaraq ayrılan Osmanlı imperiyasının Antanta qüvvələri tərəfindən işğalı nəticəsində Misak-i Milli sərhədləri daxilində ölkənin bütövlüyü üçün başladılan çox cəbhəli siyasi və hərbi mübarizə.[20][21][22][23][24]

Türkiyə İstiqlaliyyət müharibəsi
Saat əqrəbi istiqamətində: Milli Mübarizənin məqsədlərini təyin etmək üçün Sivas Konqresində toplanan heyəti-təmsili; döyüşdə cəbhəyə güllə daşıyan türk xalqı; Ankara Ulus meydanında döyüşə qatılacaq son birliklərin cəbhəyə yola salınması; Qüvayi-milliyəyə bağlı piyadalar; Türkiyə ordusunun İzmirə girişi; düşmən arxasındakı türk süvariləri.
Saat əqrəbi istiqamətində: Milli Mübarizənin məqsədlərini təyin etmək üçün Sivas Konqresində toplanan heyəti-təmsili; döyüşdə cəbhəyə güllə daşıyan türk xalqı; Ankara Ulus meydanında döyüşə qatılacaq son birliklərin cəbhəyə yola salınması; Qüvayi-milliyəyə bağlı piyadalar; Türkiyə ordusunun İzmirə girişi; düşmən arxasındakı türk süvariləri.
Tarix 19 may 1919 – 11 oktyabr 1922 (atəşkəs) 24 iyul 1923 (sülh)
Yeri AnadoluFrakiya
Səbəbi Türkiyə torpaqlarının işğalı
Nəticəsi

Türk Milli Hərəkatının qələbəsi

Münaqişə tərəfləri

Türk Milli Hərəkatı


Texniki və maddi yardım:
Rusiya SFSR[1]
Azərbaycan SSR[2][3]
Buxara XSR[4]
Bütün Hindistan Müsəlman Liqası[5][6]
İtaliya (gizlicə)[7]

Yunanıstan
Fransa

Britaniya İmperiyası

Ermənistan (1920)
İstanbul Hökuməti (1922-ci ilədək)

ABŞ (Samsun Bombardmanı, 1922)[12]
İtaliya


Kürd üsyançılar
Yunan üsyançılar
Çərkəz Ethemin üsyançıları (1920–21)
Milli Mübarizə əleyhdarı cəmiyyətlər və mətbuat
Gürcüstan (Qızıl Ordunun Gürcüstanı işğalı, 1921)

Komandan(lar)

Mustafa Kamal Paşa
Fevzi Paşa
Kazım Qarabəkir Paşa
Əli Fuad Paşa
İsmət Paşa
Saqqallı Nurəddin Paşa
Əli Sahi Bəy
Əli Qılınc
Kazım Paşa
Xalid Paşa
Fəxrəddin Paşa
Mühiddin Paşa
Cavid Paşa
Refet Paşa
Osman Nuri Paşa
Çərkəz Ethəm
Dəmirçi Mehmed Efe
Yörük Əli Efe
Saleh Omurtak
Südçü İmam
Şahin bəy
Mehmed Suphi Qula
Səlahəddin Adil Paşa
Əhməd Zəki Soydəmir
Nihad Anılmış
Nuri Conkər
Mehmed Əmin Yazqan
Yaqub Şevki Subaşı

Anastasios Papulas
Yorqo Hacıanestis
Nikolaos Trikupis
Anri Jozef Quro
Lui Franşe d´Esperye
Corc Miln
Somerset Qof-Kaltorp
Çarlz Harinqton
Drastamat Kanayan
Movses Silikyan
Kürəkən Fərid Paşa
Süleyman Şəfik Paşa
Əhməd Anzavur
Mark Bristol

İtkilər

Türkiyə:
37.975 ölü[13]
31.173 yaralı[13]
22.000 hərbi və mülki əsir[14][15]
Ümumi: 91.148

Yunanıstan (Yunan rəsmi rəqəmlərı):
19.362 ölü, 4.878 döyüş xarici ölən,
18.095 itkin,
48.880 yaralı,
10.000 əsir[16]
Başqa mənbələrə görə: 120.000–130.000 itki[17]
Fransa: ~7.000 itki
Ermənistan: 1.100+ ölü[18], 3.000+ əsir[19]
Ümumi: 111.100-141.100

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Anadoluda türk milli mübarizəsi Mustafa Kamal Atatürk və yoldaşlarının Türkiyə Böyük Millət Məclisini qurması ilə özünün ən pik nöqtəsinə çatdı. Ermənistan–Türkiyə, Fransa–Türkiyə, Yunanıstan–Türkiyə[a] müharibələrindən sonra, bundan əvvəl I Dünya Müharibəsindən məğlub ayrılmış Osmanlı dövlətinin imzaladığı Sevr müqaviləsi qüvvədən düşdü. Əslində bu milli mübarizənin başlanmasının əsas səbəblərindən biri də Sevr müqaviləsi idi. Uğurlu hərbi əməliyyatlardan sonra Şərq cəbhəsindəki döyüşlərin nəticəsi kimi Qars müqaviləsi imzalandı (1921 oktyabr). 1922-ci il boyunca Mustafa Kamal Atatürkün rəhbərliyi altında aparılan hərbi əməliyyatlar tam uğurla yekunlaşdırıldı. Nəticədə 1923-cü ilin iyulunda Lozanna sülh müqaviləsi imzalandı. Antanta (Müttəfiqlər) AnadolunuŞərqi Frakiyanı tamamilə tərk etdilər. Türkiyə Böyük Millət Məclisi 1923-cü ilin 29 oktyabrında Türkiyə Respublikasınının yaradıldığını elan etdi.[25][26]

Osmanlı imperiyasının uzun illər durmadan torpaq itirməsi və zəifləməsi nəticəsində Anadoluda Antanta qüvvələrinin işğal rejimi qurması buradakı türklərin böyük milli mübarizəsinə səbəb oldu. Bu mübarizənin nəticəsində Antanta qüvvələri Anadoludan çıxarıldı, Osmanlı imperiyası süqut etdi və Atatürk islahatları nəticəsində yeni modern, sekulyar Türkiyə dövləti yaradılmağa başladıldı. 1924-cü ilin 3 martında rəsmi olaraq Xəlifəlik ləğv edildi və son xəlifə sürgün edildi.[27][28]

İtaliya zirehli gəmisi "RN Roma" (İstanbul, 1918)

Birinci Dünya müharibəsindən sonra

redaktə

I Dünya müharibəsinə Almaniya ilə birlikdə girən Osmanlı dövləti Çanaqqala döyüşündəki uğurlu müdafiəyə, İraqda Qut-ül Amarədə Britaniya ordusunu mühasirəyə alıb, təslimə məcbur etməsinə və müharibənin son aylarında Qafqaz cəbhəsindəki uğurlara baxmayaraq, müharibənin son günlərində Fələstin cəbhəsində Edmund Allenbi rəhbərliyindəki Böyük Britaniya ordusuna qarşı Nablus döyüşündə ağır məğlubiyyətə uğramışdı. "İldirim Orduları qrupu"nun 18 sentyabr 1918-ci ildəki bu məğlubiyyətindən sonra Liman fon Sanders komandanlıqdan istefa etmiş və yerinə Sultan tərəfindən özünün yavəri olan (Yavər-i Fəxri Həzrət-i Şəhriyari) Mustafa Kamal Paşa təyin edilmişdi. Bundan sonra 1 oktyabr 1918-ci ildə Dəməşq, 16 oktyabrda HamaHümüs, 25 oktyabr 1918-ci ildə isə Hələb ingilis orduları tərəfindən tutuldu.[29]

Suriya cəbhəsinin çökməsindən sonra İttihad və Tərəqqi hökuməti 8 oktyabr 1918-ci ildə istefa etdi. Hökumətin rəhbərlərindən olan Tələt, ƏnvərCamal Paşalar xaricə qaçdılar. Ümumi əfv elan edilərək sürgün və həbsdəki müxaliflərin İstanbula gəlməsinə icazə verildi. 30 oktyabr 1918-ci ildə imzalanan Mudros müqaviləsi ilə Osmanlı hökuməti məğlubiyyəti qəbul etdi.[30] Mudros müqaviləsinə görə, Antanta qüvvələrinin istədikləri yerləri tutmaq haqları var idi. 30 oktyabr 1918-ci ildə Mudros müqaviləsi imzalandığı zaman Mosul və ətrafı hələ də Əli İhsan Paşa komandanlığındakı türk qüvvələrinin əlində idi. Atəşkəs imzalandıqdan sonra britaniyalılar MosulZaho bölgələrindəki xristianların toplu şəkildə qətl edildiklərini bəhanə edərək türk qüvvələrinin Mosulu tərk etməsini istədilər. Əli İhsan Paşa bu istəyi rədd etdi, lakin SuriyaDəməşq cəbhəsində Mustafa Kamal Paşa komandanlığındakı İldırım Orduları qrupunun daha çox itki verməmək üçün Adanaya qədər geri çəkilməsi nəticəsində dəmiryolu təminat xətləri kəsilmişdi. İstanbul Hökumətinin də bu barədə əmr verməsindən sonra, Əli İhsan paşa Mosulu tərk edərək Nusaybinə geri çəkildi. Britaniya qüvvələri heç bir müqavimətlə qarşılaşmadan Mosula girdilər. İstanbuldan oxşar bir əmr Mustafa Kamal Paşaya Çukurova bölgəsini tərk etməsi üçün gəlsə də, Mustafa Kamal Paşa Adananı boşaltmamış və Hərbi Nəzarət İdarəsi ilə aralarında keçən teleqramlaşmada əmrin qanunsuz olduğuna görə onu yerinə yetirməkdən imtina etdiyini bildirmişdi. Hərbi Nəzarət İdarəsi onu vəzifəsindən kənarlaşdıraraq qərərgaha çağırdığında ordunun silahlarının bir hissəsini düşmən əlinə keçməməsi üçün xalqa paylamışdı. Bəzi silahlar isə Anadoluda istifadə edilmək üçün Təşkilat-i Məxsusa fədailəri tərəfindən daha təhlükəsiz olan Şərq Cəbhəsinə daşınmışdı.[31] Mustafa Kamal Paşanın İstanbula dönməsindən sonra Əli Fuad Paşa, əmrindəki XX Ordu Korpusunu təchizatla birlikdə əvvəl Konyaya, sonrada Ankaraya gətirərək İstiqlal Müharibəsinin hazırlıqlarına başladı. Bu zaman Kazım Qarabəkir Paşa da əmrindəki XV Ordu Korpusunu buraxmamış və Ərzurumdakı döyüş üçün saxlamaqda idi.[31]

İstanbulun işğalı

redaktə

6 noyabrda İstanbul boğazları silahsızlaşdırıldı. 7 noyabrda işğal qüvvələri Çanaqqaladan keçdi. 13 noyabr 1918-ci ildə Antanta dövlətlərinin 61 ədəd hərbi gəmidən ibarət donanması İstanbul limanına yanaşdı. Bu donanmada 15 döyüş gəmisi, 29 kruvazyor, 29 daşıyıcı və 6 sualtı gəmi var idi. Eyni gün İstanbul boğazından 11 hərbi gəmi ilə yunan donanması da İstanbula yanaşdı.[32] 13 noyabrda Antanta dövlətlərindən 2.616 Birləşmiş Krallıq, 540 fransız və 470 italyan əsgəri olmaqla, ümumi 3.626 əsgər İstanbula çıxarıldı.[32] 23 noyabr 1918-ci ildə Əhmət İzzət Paşa yeni hökuməti qurdu. 9 fevralda "Hadisat" qəzetində Süleyman Nazif "Qara gün" başlıqlı yazı yazdı. Yazıda türk millətinin belə bir işğalı yaşamadığını və bunu həzm edə bilməyəcəyini bildirdi. Antanta dövlətləri türk xalqının təzyiqinə məruz qalmamaq və işğala haqq qazandırmaq üçün işğalın müvəqqəti olduğunu, məqsədinin Sultanlığı, Xilafəti və etnik azlıqları qorumaq olduğunu, Sultanlığın ləğv edilmədiyini və İstanbuldan verilən qərarların keçərli olacağını bildirdi.[33] Əsası britaniyalılardan ibarət olan bir zabitəsgər qrupu məclisə hücum edərək deputatları qovdu, məclis qapadıldı. Beləcə, TBMM açılana qədər də qapalı qaldı. Millətçi millət vəkilləri Maltaya sürgünə göndərildi. Bu vəkillərin bir qismi 1921-ci ildə, bir qismi də 1922–1923-cü illərdə Anadoluya geri döndülər.

Qüvayi-milliyə

redaktə

İttihad və Tərəqqi rəhbərliyinin gizli bir təşkilatı olan Təşkilat-i Məxsusa vasitəsilə AnadoluRumelidə müharibə sonrası bir müqavimət hərəkatı təşkil etdiyi aydın oldu.[34] Müqavimətin məqsədi şərq bölgəsini ermənilərə, Egey bölgəsini yunanlaraAdana ətrafını Fransa idarəçiliyindəki Suriyaya verilməsini özündə ehtiva edən şərtlərə qarşı mübarizə idi. Bundan əlavə, müharibə illərində müxtəlif vasitələrlə yüksək sərvətə və yerli iqtidara qovuşan İttihad və Tərəqqi tərəfdarı zümrənin mövqelərinin qorunması, müharibə dövründə sürgün edilən qeyri-müsəlman Osmanlı əhalisinin geri dönməsinin qarşısını almaq, buna görə də yarana biləcək toqquşmalarda güclü olan tərəf olmaq istəyi idi.

1919-cu ilin əvvəllərindən etibarən Qüvayi-milliyə (Milli qüvvələr) adı ilə silahlanan bəzi qruplar, EgeyQara dəniz bölgəsində rumlara, cənub-şərqdə isə ermənilərə qarşı toqquşmalara girdilər. Bu qrupların çoxu 50–200 arasında nizamsız olmaqla Təşkilat-i Məxsusa tərəfindən idarə olunan dəstələr idi. 1919-cu ilin fevral ayında müttəfiq işğal qüvvələri komandanı Edmund Allenbi Anadoluda təhlükəsizliyi təmin etmək və hələ də təslim olmamış olan Əli Fuad Paşa komandanlığında Ankarada olan XX və Kazım Qarabəkir Paşa komandanlığında Ərzurumda yerləşən XV Ordu korpuslarını təslim almaq üçün Britaniya ordusunun Suriya cəbhəsində Türk ordusunu necə qısa bir müddətə məğlub etməsini yaxşı bilən, üst rütbəli türk komandanının xüsusi səlahiyyətlərlə Anadoluya göndərilməsini təklif etdi. 15 may 1919-cu ildə "Anafartalar qəhrəmanı" və "Yavər-i Fəxri Həzrət-i Şəhriyari" (Sultanın fəxri yavəri) Mirliva Musafa Kamal Paşa IX Ordu Komandanı və Anadolu Ümumi Müfəttişi adı ilə Sultan VI Mehmed Vəhdəddin tərəfindən Anadoluya göndərildi.[35]

İzmirin işğalı

redaktə
  Əsas məqalə: İzmirin işğalı

İzmirin işğalı düşüncəsi 1919-cu ilin fevral ayında Yunanıstan baş naziri Venizelosun təklifi ilə Birləşmiş Krallığın baş naziri Lloyd Corc tərəfindən ortaya atıldı. İzmirin işğalı I Dünya Müharibəsi sonrasında Parisdə toplanan beynəlxalq sülh konfransında müzakirəyə çıxarıldı. ABŞ prezidenti Vudro Vilson bu təklifə əvvəl qətiyyətlə qarşı çıxdı, ancaq 25 mart hadisələrindən sonra daha yumşaq münasibət göstərdi. 7 mayda Birləşmiş Krallıq, ABŞFransa Yunanıstan donanmasının İzmirə göndərilməsinə razılıq verdilər.[36] İzmirin işğalı qansız başladı. Hətta İzmirin işğalının bir gün öncədən bilindiyindən Osmanlı ordusuna müqavimət göstərməmə əmri verilmişdi. Ordu yunanlara təslim oldu. İşğal günü yunan ordusunun ən amansız birlikləri olan Evzon əsgərləri şəhərdə zəfər paradı keçirdilər. Bu zəfər turu əsnasında türk zabitlərini sahil boyunca düzdülər. Əziz Nesin bu hadisəni daha sonra kitabında bu şəkildə təsvir etmişdir:

  "Bir türk zabiti Evzon əsgərinin "Zito Venizelos (Yaşasın Venizelos) deyə bağırmasını istədiyi halda, etmədiyi üçün öldürüldü. Evzon əsgərləri şəhəri hər gəzdiklərində və geri döndüklərində həmin zabitin nəşini süngüləyirdilər. Bu türk zabiti 22 dəfə süngüləndi. Yunanlar elə ilk gün bir çox türk hərbçi və vətəndaşı öldürdü. Beləcə işğal daha ilk gündə 400 nəfərin canını aldı."  

İzmirin işğalı türk əhalisi tərəfindən hiddətlə qarşılandı. Buradakı bir çox Osmanlı zabitləri istefa verərək, müqavimət üçün Anadolunun iç bölgələrinə keçdilər. Şəhərin mülki əhalisinin böyük bir qismi də Anadoluya olan bu köçə qoşuldu.[37]

İzmir şəhəri ilə birlikdə Ayvalıq, iki məntəqə arasındakı sahil xətti, Çeşmə yarımadası və Belkahveyə qədər torpaqlar işğal edilmişdi. 23 aprel 1920-ci ildə, Ankarada TBMM-nin açılmasından sonra yunan ordusu İzmirdən hərəkətə keçərək, Sevr müqaviləsi ilə italyan bölgəsi olaraq qəbul edilən Manisa, Uşak, Dənizli, Balıkesir, Bursa şəhərlərini də işğal etmişdir. Buna görə Yunanıstan ilə arasında soyuqlaşma olan İtaliya isə bu işğaldan sonra İstiqlaliyyət müharibəsi boyunca Ankara Hökumətini dəstəkləmişdir.[38]

Təşkilatlanma dövrü

redaktə

Parisdə toplanan beynəlxalq sülh konfransı o günlərdə açıqlanması gözlənilən türk sülh müqaviləsini 1919-cu il may ayında bilinməyən bir müddətə qədər ertələdi. 15 mayda Yunan qüvvələri Antanta dövlətlərinin qərarı ilə İzmiri işğal etdi. Milli fəlakət olaraq görülən bu hadisə Türkiyə miqyasında müdhiş bir milli çalxalantıya səbəb oldu. 23 mayda Fateh meydanında və Sultan Əhməd məscidində türk tarixinin o dövrə qədər ki ən böyük mitinqləri keçirildi. Müqavimət fikri İttihad və Tərəqqi yandaşlarının fikri olmaqdan çıxaraq bütün ölkəyə yayıldı.[39] 21 iyunda Mustafa Kamal Paşa, Anadoludakı mühüm hərbi birliklərin komandanları olan Kazım Qarabəkir, RefetƏli Fuad PaşalarEgey bölgəsindəki asayışı təmin etməkdə məsuliyyət daşıyan Rauf bəy ilə Amasiyada görüşərək, Amasiya bəyannaməsini yayımladı. Bəyannamə, milli müstəqilliyin ancaq millətin "əzm və iradəsi" ilə təmin ediləcəyini vurğulayaraq ölkə çapında bir müqavimət hərəkatının işarətini verməkdə idi. Kazım Qarabəkir Paşa rəhbərliyində Ərzurumda toplanan Şərq bölgəsi Müdafaa-i Hüquq Cəmiyyəti konqresi hərbi vəzifələrdən istefa verən Mustafa Kamalı konqres başqanı seçdi. Konqres, şərq bölgəsinin Ermənistana verilməsi ehtimalına qarşı müqavimət qərarı alarkən Türkiyənin inkişafı üçün Amerikan mandatlığı fikrinə heç bir ehtimal buraxmamaqda idi. 4 sentyabr, 1919-cu ildə, Türkiyənin hər bir yerindən gələn nümayəndələrin iştirakı ilə Sivasda toplanan konqres ümumi seçkilər keçirilib, yeni Məbusan Məclisi quruluncaya qədər İstanbul Hökumətiylə bütün rəsmi əlaqələrin kəsilməsi qərarını aldı. Ölkə miqyasında yeni bir idarəçilik və siyasi təşkilatlanma qurmaq məqsədilə Heyet-i Təmsiliyyə quruldu. Noyabr ayında, Adana, Maraş, AntepUrfanın fransızlar tərəfindən işğalından sonra, Heyet-i Təmsiliyyə tərəfindən idarə olunan müqavimət hərəkatı başladıldı. Müqavimət gözlənilməz uğura imza ataraq, 1920-ci ilin, may ayında fransızları atəşkəs imzalamağa məcbur etdi.[40]

Osmanlı Məclisinin açılması və Misak-i Milli

redaktə

Dekabr ayında keçirilən ümumi seçkilər nəticəsində son Osmanlı Məclis-i Məbusanı (1920, Məbuslar Məclisi) yaradıldı. Məclisə Anadoludan sadəcə Milli Mübarizə tərəfdarı millət vəkilləri seçildi. İki ayrı yerdən millət vəkili seçilən Mustafa Kamal Paşa haqqında çıxardılan həbs qərarı səbəbilə İstanbula getməməsinə görə, Sivas konqresi başqan vəkili olan Rauf Orbay Məclis üzvlüyünə seçildi. 28 yanvar 1920-ci ildə, Məbusan Məclisi daha sonra Misak-i Milli adı ilə anılan "Əhd-i Milli Bəyannaməsini" qəbul etdi. Bəyannamə Mudros müqaviləsinin sərhədləri içində tam müstəqillik təmin edilincəyə qədər mübarizəni davam etdirməyi nəzərdə tuturdu.[41]

Osmanlı Məclisinin ləğvi

redaktə

16 mart 1920-ci ildə Məclis-i Məbusan da daxil olmaqla, Babi-ali və bütün hökumət idarələriylə bərabər İstanbul ingilislər tərəfindən faktiki olaraq işğal edildi. Birləşmiş Krallıq qüvvələri İstanbulda olan, başda Rauf bəy olmaqla Milli Mübarizə tərəfdarı millət vəkillərini həbs etdilər. Bundan başqa teleqraf mərkəzləri də nəzarətə alınmış və rəsmi dairələr arasında əlaqə imkanı qalmamışdı. Bu vəziyyətə görə, Anadolu, İstanbul və rəsmi məqamlarla ortaq hərəkətdən məhrum qalmışdı. İstanbuldakı bu fövqəladə hal ortaya Osmanlı dövlətinin kimin idarəsi və hansı güclərin qanunlarının keçərli olduğu sualını ortaya çıxardı. Bu zaman Mustafa Kamal Paşa Təmsil Heyətinin rəhbəri olaraq bəyannamə yayımladı:

  Bu hərəkatın Anadoluda Osmanlı qanunlarının keçərliliyinə maneə olmayacağından və hər nə formada olursa olsun görüləcək tədbirlərə Osmanlı millətinin uyqarlıq bacarığı xüsusilə diqqət çəkici olduğundan qanundan kənar heç bir iş edilməməsi və bütün vəzifələrin xüsusi diqqətli şəkildə edilməsi həyatımızın reallığıdır.[42]  
 
Yunan qoşunlarının İzmirdəki zəfər paradı

Bundan sonra Məclis 18 mart 1920-ci ildə toplanaraq özünü buraxdığını açıqladı. Məclisin özünü buraxdığını açıqlaması Sultanın 11 aprel 1920-ci ildə ikinci məşrutiyyənin sona çatdığını açıqlaması ilə bir başqa məclis yaratma ehtimalını da məhv etmişdi. Eyni gün Şeyxülislam Dürrizadə Abdullahın "Padişah və Xəlifə qüvvələri xaricindəki milli qüvvələri kafir elan edən və qətllərinin vacib olduğunu" bildirən fətvası "Təqvim-i Vekayi"də yayımlandı.

Hakimiyyətin bərpa edilməsi

redaktə

Bu dövrdə Böyük Millət Məclisinin əsas məqsədi qarşı tərəflərə Anadolunun özünün imzalamadığı və ya onun müzakirəsində olmadığı heç bir sülhün keçərliliyinin olmadığını qəbul etdirməsi cəhdləri idi. Bir tərəfdən də beynəlxalq dəstək və yardım axtarışına başlayaraq, Batuminin geri verilməsi qarşılığında Sovetlərdən maliyyə yardımı aldı. Həmçinin Anadolunun müxtəlif yerlərindəki intizamsız müqavimət qruplarını təşkilatlandıraraq, nizami bir ordunun qurulması üçün addımlar atıldı.[43]

Böyük Millət Məclisinin açılması

redaktə

Osmanlı məclisinin ləğv edilməsi yeni bir müəssislər məclisinin çağırılmasını daha da labüd etdi. Müəssislər məclisi və seçkilərlə əlaqədar 19 mart 1920-ci ildə bəyannamə yayımlandı. Sultan İstanbulda idi və məclisi Mustafa Kamal "fövqəladə səlahiyyətlərə sahib məclis" olaraq təqdim etdi. Seçkilərin keçirilməsi üçün yayımlanan bu bəyannamə tələbilə Anadolunun hər yerində seçkilər keçirildi. 16 mart 1920-ci ildəki basqından qurtulan millət vəkilləri gizli yollarla Ankaraya keçdilər. Boluda, Düzcədə başlayan və Nallıxan, Bəybazarı ətrafına yayılan üsyanlar oldu. Buna görə də seçilən bütün millət vəkillərinin gəlməsi gözlənilmədən Millət Məclisi işə başladı.[44] TBMM 23 aprel 1920-ci ildə Ankarada Mustafa Kamal Paşanın rəhbərliyində toplandı. Bu tarixdən etibarən İstanbul Hökumətinin təsiri İstanbul şəhəri və ətrafı ilə kifayətlənərkən, Ankarada yaradılan TBMM və hökumət faktiki olaraq Türkiyənin idarəçiliyini ələ aldı. Mustafa Kamal 24 aprel 1920-ci ildə Məclisin sədri seçildi.

Daxili cəbhə

redaktə

1920-ci ildə İstiqlaliyyət müharibəsi dövründə üsyan edən və soyğunçuluqla məşğul olanları, orduya aid silah və təchizatları oğurlayanları, casusları, fərariləri, Milli Mübarizəyə maneə olmaq məqsədilə propaqanda aparanları mühakimə etmək üçün İstiqlal Məhkəmələri quruldu. Yenə avqust 1921-ci ildə Tekalif-i milliyə qərarları yayımlandı və xalq milli vəzifələrini yerinə gətirməyə təşviq edildi. Həm Anadolu torpaqlarının bir hissəsində yeni dövlət qurmağı məqsəd kimi qəbul edən, həm də səltənətxilafət tərəfdarı olanlar tərəfindən çıxarılan üsyanlar yatırıldı. Ölkə içindəki ermənirum azlıqların üsyanları da yatırıldı.[45]

Üsyanların adı Davam etməsi
Əli Batı hadisəsi 11 may 1919 – 18 avqust 1919
Əli Qalib hadisəsi 20 avqust 1919 – 15 sentyabr 1919
Birinci Bozqır üsyanı 29 sentyabr 1919 – 4 oktyabr 1919
İkinci Bozqır üsyanı 20 oktyabr 1919 – 4 noyabr 1919
Birinci Əhməd Anzavur üsyanı 25 oktyabr 1919 – 30 noyabr 1919
Birinci Düzcə üsyanı 13 aprel 1920 – 31 may 1920
İkinci Düzcə üsyanı 19 iyul 1920 – 23 sentyabr 1920
Şeyx Əşrəf üsyanı 26 oktyabr 1919 – 24 dekabr 1919
Qızılquyu hadisəsi 28 oktyabr 1919 – 20 noyabr 1919
Apa çarpışması 28 oktyabr 1919
Dinək çarpışması 1 noyabr 1919
Dəmirqapı çarpışması 15 noyabr 1919
İkinci Əhməd Anzavur üsyanı 16 fevral 1920 – 19 aprel 1920
Qüvayi İnzibatiyyə 18 aprel 1920 – 19 aprel 1920
Üçüncü Əhməd Anzavur üsyanı 10 may 1920 – 22 may 1920
Birinci Yozqat üsyanı 15 may 1920 – 27 avqust 1920
İkinci Yozqat üsyanı
Zilə üsyanı 25 may 1920 – 21 iyun 1920
Aynaçıoğulları üsyanı 1918 – 21 noyabr 1923
Milli Aşirət hadisəsi 1 iyun – 8 sentyabr 1920
Cəmil Çeto hadisəsi 20 may 1920 – 7 iyun 1920
İnəğöl hadisəsi 20 iyul 1920 – 20 avqust 1920
Çopur Musa üsyanı 21 avqust 1920
Qula hadisəsi 27 iyun 1920 – 28 iyun 1920
Konya üsyanı 2 oktyabr 1920 – 22 noyabr 1920
Dəmirçi Mehmed Efe üsyanı 1 dekabr 1920 – 30 dekabr 1920
Çərkəz Ethəm üsyanı 27 dekabr 1920 – 23 yanvar 1921
Koçgiri üsyanı 6 mart 1921 – 17 iyun 1921
İntiqam alayı qiyamı iyul 1920
Pontus üsyanı 1920 dekabr – 6 fevral 1923
 
TBMM-nin açılışında Mustafa Kamal Atatürk və tərəfdaşları dua edərkən

Şərq cəbhəsi

redaktə

I Dünya müharibəsinin sonunda şimal-şərq cəbhəsi Antanta dövlətlərinin tələbi ilə 1914-cü il sərhədlərinə çəkilmişdi. Bu sərhəd Ardaşen–Yusifeli–Bəyazit xəttindən keçirdi. Sərhədin digər tərəfində, 1918-ci ildə Ermənistan Demokratik Respublikası quruldu. Şərq cəbhəsindəki hadisələr Rusiya imperiyasında 1917-ci ildən sonra baş verən hadisələrlə çox yaxından əlaqəlidir. Fevral inqilabı ilə süqut edən çarlıq rejimi, Oktyabr inqilabı ilə birlikdə yerini Rusiya Sovet Federativ Sosialist Respublikasına buraxdı. Bu iqtidar dəyişikliyi həm Rusiya içində, həm də beynəlxalq güclər fonunda müqavimətlə qarşılanmışdır. Meydana çıxan və çox qanlı keçən Rusiya vətəndaş müharibəsi bu dövrdə baş vermişdir.[46] 1920-ci ilin sentyabrında TürkiyəSSRİ razılaşmasının baş verməsindən sonra, 28 oktyabr 1920-ci ildə Qarabəkir Paşa komandanlığındakı ordu 10 gün davam edən bir hücum sonunda Ermənistanı mütləq məğlubiyyətə uğratdı.[47] Bu hücumda türklər tərəfindən 6 əsgər, ermənilər tərəfindən isə 95 əsgər ölmüşdür.[48] 1 dekabrda imzalanan Gümrü müqaviləsi ilə türk-erməni sərhədi, 1878-ci il əvvəlindəki Osmanlı-rus sərhəd xəttinə çəkildi. Bu sərhəd bugünkü TürkiyəErmənistan sərhədidir. 2 dekabrda Qızıl ordu Ermənistanı işğal edərək müstəqil Ermənistanın varlığına son verdi. Bundan sonra 16 mart 1921-ci ildə imzalanan Moskva müqaviləsi də iki ölkə arasında əhəmiyyət daşıyan sənədlərdəndir. Bu müqavilələr davam etməkdə olan Türk İstiqlaliyyət müharibəsi dövründə, beynəlxalq ictimaiyyətdə hüquqi olaraq tanınan İstanbul hökumətinə baxmayaraq, Ankara Hökuməti tərəfindən beynəlxalq miqyasda imzalandığı üçün diplomatiya sahəsində mühüm yer tutur.[49]

Əl-Cəzirə cəbhəsi

redaktə
 
Yunan ordusunun Bandırmaya daxil olması.

Birləşmiş Krallıq atəşkəs imzalanmasından sonra ilk iş kimi Mosulu işğal etdi. Britaniyalıların bura gəlməsi Mosul vilayətində yaşayan insanları narahat etmişdi. İnsanların üsyan etməsi də özünü çox gözlətmədən başladı. 23 may 1919-cu ildə Zaho bölgəsində Şeyx Mahmud Bərzançının rəhbərliyi ilə üsyan başladı. İngiltərə bu üsyanı yatırsa da, bu ilk üsyanın ardından 1920-ci ildə Təlafərdə yeni üsyan başladı. Ancaq ehtiyat qüvvələrin gecikməsi nəticəsində bu üsyan ingilislər tərəfindən yatırıldı. Bu zaman dağlarda müqavimət davam edirdi. Müqavimət nəticəsində Rəvanduz azad edilmişdi. Özdəmir bəy komandanlığındakı Qüvayi-milliyə dəstəsi və kürd tayfaları ilə Mosul bölgəsinə hücuma keçmiş, ingilisləri Dərbənd döyüşündə məğlub etmişdi. Özdəmir bəyin qüvvələri arasında parçalanma yaratmaq üçün sürgündə olan Şeyx Mahmud Bərzançi Mosula gətirilərək azad edilmişdi, lakin o, Özdəmir bəy ilə razılaşaraq, ona qoşulmuşdu. Bundan sonra üsyançılar Süleymaniyyə şəhərini azad etmişdilər, lakin Boğazlar bölgəsində olan döyüş vəziyyəti səbəbiylə buradakı qüvvələrin çoxu o bölgəyə göndərilmiş və qalan qüvvələr ilə ingilislər arasında baş verən döyüşlər nəticəsində Özdəmir bəyin dəstəsi məğlub olmuş, Özdəmir bəy isə İrana çəkilmişdi.

Cənub cəbhəsi

redaktə

TürkiyəFransa cəbhəsi və ya Cənub cəbhəsi milli qüvvələrinin fransız legioner qüvvələrinə (fransız, əlcəzairliermənilərdən ibarət) qarşı mübarizəsindən ibarətdir.

İngiltərə Mosul, İskəndərun, Kilis, Antep, Maraş, ElbistanUrfanı, Fransa isə Adana, MersinOsmaniyəni işğal etmişdi.

Molla Mehmed Karayılan 6400 nəfərlik dəstə ilə özündən dəfələrlə çox işğalçı qüvvələri Antepdə məğlub etdi. Fransızların Adananın bu gün qəsəbələri olan Haçin (Saimbəyli), Sis (Kozan) və Pozantıda xalqa verdikləri böyük zülmə görə onlara qarşı burada da üsyan qalxdı. Haçin qəsəbəsində fransızların qadınları qaynar suya salması xəbəri yayılandan sonra daha da şiddətlənən üsyan, 2 iyun 1920-ci ildə mərkəz olan Sis (Kozan) məntəqəsini azad edərək qələbə ilə yekunlaşdı.[50]

Maraşda Südçü İmamın rəhbərliyini etdiyi mübarizə sonunda burada qala bilməyən fransız qoşunu şəhəri tərk etdi (12 fevral 1920).

Urfa şəhərində Əli Saip (Ursavaş) bəy tərəfindən təşkilatlandırılan türk müqaviməti də uğurla nəticələndi. Fransızlar 11 aprel, 1920-ci ildə şəhəri tərk etdi. Anteplilər 1 aprel 1920-ci ildə fransızlara qarşı üsyan etsələr də, 9 fevral 1921-ci ildə təslim oldular.[51] TBMM, Fransa ilə Ankara müqaviləsini imzalayaraq cənub cəbhəsindən çəkildi.[52]

Qərb cəbhəsi

redaktə

Qərb cəbhəsinin yaradılması

redaktə

20 sentyabr 1919-cu ildə, polkovnik-leytenant İsmayıl Haqqı, mayor İsmət, kapitan Süleyman və kapitan Mühazim bəylər Qüvayi-milliyə təşkilatı qurmaq üçün Kütahyada görüşərək, əhalidən 150 min lirə ianə topladılar. Təşkilatın rəhbəri olaraq polkovnik Nüzhət bəy təyin olundu.

Əvvəlcədən bu bölgədə saxlanılan silah-sursatın ingilislərin əlinə keçməməsi üçün gecə ilə şəhər kənarına daşınaraq gizlədildi.

Məscidlərdə xalq mübarizəsinə qarşı xütbələrin oxunduğu, əhalini silahı yerə buraxmasını üçün təbliğat aparıldığı üçün Qüvayi-milliyə təşkilatı bəyanat yayaraq mübarizələrini sona qədər aparacaqlarını bildirdilər. Nəticədə təkcə Kütahyada xeyli silah-sursat və pul toplanıldı.[53]

İstiqlaliyyət mübarizəsində əsas cəbhə olan Qərb cəbhəsi, yunanların hücumuna qarşılıq olaraq, faktiki olaraq 1920-ci ilin 25 iyununda qurulmuşdu. Cəbhə komandanı Əli Fuad Paşanın yunan hücumları qarşısında məğlub olması səbəbiylə, o komandanlıqdan azad edildi. Qərb cəbhəsi TBMM qərarı ilə 2 hissəyə bölündü. Bu qərara görə Şimal cəbhəsi İzmit, Ərtoğrul, Əskişəhər, Kütahya bölgəsini əhatə edirdi. Ora komandan olaraq isə polkovnik İsmət bəy təyin olundu. Cənub cəbhəsi isə Afyonqarahisar, İsparta, Dənizli, Aydın, Muğla, Antalya, Konya, Silifkə, NiğdeAdana bölgələrini əhatə edirdi.[54] Bura komandan olaraq Daxili İşlər naziri Refet Bele təyin olundu. Bu cəbhələrdə döyüşəcək ordunun sayı ilk qurulduğu zaman 1.728 zabit və 27.571 əsgərdən ibarət idi.[55]

 
Yunanıstan ordusu Ədirnəyə girərkən (1920-ci il).

Yunan hücumlarının xülasəsi

redaktə

Bu dövrdə yunanlar 8 avqust, 1920-ci ildə Bursanı, 12 avqustda İzniki işğal etdi. Simav bölgəsində türk qoşunlarının vəziyyəti yaxşı deyildi. Yunanlar Dəmirçini tutmuş, Simava doğru irəliləməkdə idilər. 5 sentyabr, 1920-ci ildə, yunanlar Gedizi tutaraq Əfəndi körpüsünə çatdılar. Buradan Kütahyaya 6 saatlıq məsafə olduğundan əhali arasında həyəcanlar başladı. Bir çox məmurun ailələri ƏskişəhərAnkaraya getdi. Bu zaman Uşak da yunanlar tərəfindən ələ keçirildi.[56]

Birinci İnönü döyüşü

redaktə

Yanvar ayının əvvəlində general Papulasın başçılığı altında olan yunan ordusu Bursadan Əskişəhər istiqamətində hərəkət etməyə başladı.[57] 9 yanvarda onlar ilk türk qoşunları ilə rastlaşıb İnönü dəmir yolu stansiyasında döyüşə girdilər.[58] Döyüş axşam saatlarınadək davam etsə də, türklərin müqavimətini qırmaq münkün olmadı.[59] 10 yanvarda yunan diviziyası Kovalca–Aknınar xətti, digəri isə Yeniköy–Teke–Hayriye istiqamətində hücuma keçdi. İlk həmlə uğurlu alındı və Mustafa Fevzinin başçılıq etdiyi türk müdafiə korpusu geri çəkilərək qərb cəbhəsinin komandanı İnönünün məsləhəti ilə Çuxurhisarda cəmləşdi. Yunanların Kovalca–Aknınar xəttini almaqlarına baxmayaraq, yardıma gələn əlavə türk dəstələrini görüb anladılar ki, türklər bu hissədən çıxmayacaqlar. Əlavə döyüşə hazır olmadıqlarını düşünən yunanlar 11 yanvar İnönü stansiyasından geri çəkildilər.

Bu döyüşdən sonra Polkovnik İsmət bəyə General rütbəsi verilmişdir.

İkinci İnönü döyüşü

redaktə

London Sülh Konfransında təklif edilən şərtlərin TBMM hökuməti tərəfindən rədd edilməsindən sonra Antanta qüvvələri istəklərinin məcburi olaraq qəbul edilməsi üçün yunanları yenidən hücuma keçməyə təşvik etdilər.[60] Yunanlar Bursadan Əskişəhərə, Uşakdan Afyona doğru 23 mart 1921-ci ildə hücuma keçdilər. Türkiyə milli müdafiə ordusu ilə yunan ordusu arasında baş verən İkinci İnönü döyüşündə Türk ordusu ümumilikdə 40 min əsgər olmaqla, 235 ağır tüfəng, 55 yüngül tüfəng və 104 topa malik idi.

Yunan ordusu isə 30 min əsgər olmaqla 720 ağır tüfəng, 3134 yüngül tüfəng və 220 topa malik idi.[61][62][63]

 
Kazım Qarabəkir Paşa Gümrü müqaviləsini imzalamağa gedərkən

Birinci İnönü döyüşündə məğlub olan və Bursa bölgəsində olan Üçüncü Yunan Qvardiyası, Uşak bölgəsində olan Birinci Yunan Qvardiyası London Konfransına getmək üçün hazırlanan türk nümayəndələri hələ yolda ikən bütün qapıları bağlayaraq, AfyonqarahisarƏskişəhər istiqamətlərindən hücuma keçdilər. General-mayor İsmət İnönü rəhbərliyindəki bölmələr qərargah Əskişəhər olmaqla cənubdan şimala doğru 11, 24 və 61-ci Piyada Divizyaları birinci xəttə, 3-cü Piyada Divizyası və 1-ci Süvari Briqadasını ehtiyatlı bir şəkildə İnönü mövqeyində müdafiə məqsədilə hərəkətə keçirdi. Yunan ordusu döyüşün ilk dörd günündə çox əhəmiyyətli qələbələr ələ keçirərək 24 martda Dumlupınarı, 27 martda Afyonqarahisarı ələ keçirdilər. Əskişəhər istiqamətində hərəkət edən Yunan ordusu isə Birinci İnönü döyüşündə istifadə edilən yolla irəliləməkdə davam edirdi. İnönü istiqamətində çatışma 27 martda başladı. Yunan qüvvələri ilk günlərdə əhəmiyyətli hücumlar etməsi nəticəsində türk qüvvələrinə dəstək məqsədilə Türkiyə Böyük Millət Məclisində alınan qərarla Məclis Mühafizə Briqadası ilə birikdə Milli Təhlükəsizlik Naziri Fevzi Çaxmaq cəbhə bölgəsinə yollandı. Mövqelərin mühafizəsində heç zəiflik göstərməyən və əmrləri son dərəcə mükəmməl yerinə yetirən Qərargah rəisi general-mayor İsmət İnönü keyfiyyətli hücumları nəticəsində yunan qüvvələri geri çəkilmək məcburiyyətində qaldılar. Yunan ordusunun geri çəkilməsi anında türk süvarilərinin onları təqib etməsi nəticəsində çoxlu sayda canlı qüvvə itirdilər. Ancaq cənub cəbhəsində Afyonqarahisarı işğal edən yunan qüvvələri Çay-Bolvaldin xəttinə qədər irəliləmişdi. Ancaq Yunan qüvvələri 30 martdaki ikinci hücumlarında da geri çəkilmək məcburiyyətində qaldılar və Afyonqarahisarı boşaltmağa məcbur qaldılar. Geri çəkilən Yunan ordusu türk süvariləri tərəfindən Yenişəhər düzənliyində ağır məğlubiyyətə uğradıldı.[64] Yunanların məğlubiyyəti qərb cəbhəsi komandanı İsmət İnönü tərəfindən 1 aprel 1921-ci ildə TBMM sədri Mustafa Kamal Atatürk telegrafla bildirildi.[65][66]

İkinci İnönü döyüşü türk qüvvələrinin qalibiyyəti ilə başa çatdı. Yunan ordusu İnönü mövqelərindən geri çəkilmək məcburiyyətində qaldılar. Bu döyüşdə türk ordusu 44 zabit və 637 əsgər itirdi. 102 zabit və 1720 əsgər yaralandı, 10 zabit və 1359 əsgər itkin və əsir götürüldü, 3 əsgər edam edildi. Yunan qüvvələri isə 53 zabit və 669 əsgər itirdi, 149 zabit və 2874 əsgər yaralandı, 9 zabit və 384 əsgər itkin və əsir götürüldü.[67] Bu döyüş nəticəsində TBMM hökuməti varlığını Avropa dövlətlərinə rəsmi olmasa da, faktiki olaraq qəbul etdirdi, Türkiyənin daxilində və xaricində nüfuzu yüksəldi,[68] Avropa ölkələrində, ingilisyunan siyasətinə qarşı narazılıqlar başladı. Bu qələbədən sonra fransızlar Zolquldaqdan, italyanlar isə Cənubi Anadoludan tamamilə çıxdılar.

 
Əli Ehsan Paşa, Dadaylı Həmidingilis nümayəndələri (Şimali İraq, 1918-ci il

Kütahya–Əskişəhər döyüşləri

redaktə

10 fevralda yunan hücumu İnönü–Əşkişəhər, AfyonKütahya xəttində bir cəbhədə başladı. Bu vəziyyətdə Mustafa Kamal Paşa çox itki vermədən ordunun Sakarya çayının şərqinə çəkilməsinə qərar verdi.[69] Yunanların bu hücumu nəticəsində türk qoşunları geri çəkilməyə məcbur oldu.[70] Türk ordusu, Sakaryanın şərqində toplanmağa başladı. yunanlar da Sakarya çayının qərb sahilinə qədər irəlilədilər. Bu döyüş nəticəsində Ankara hökuməti Əskişəhər, AfyonKütahya Ankara Hökumətinin əlindən çıxdı. Yunanların irəliləməsinə mane olmaq üçün Ankaraya gedən bütün dəmir yolları partladıldı. Məclis tərəfindən Mustafa Kamal 5 avqust, 1921-ci ildə Baş Komandan seçildi. Mustafa Kamal bundan başqa 3 ay müddətinə TBMM-in orduya aid səlahiyyətlərinə də sahib oldu.

Sakarya meydan döyüşü

redaktə
  Əsas məqalə: Sakarya meydan döyüşü
 
Türk ordusu İzmirə daxil olarkən.

1921-ci ilin 23 avqust – 13 sentyabr tarixlərində baş verən və türk milləti üçün ölüm-qalım savaşı olan Sakarya meydan döyüşü istiqlaliyyət müharibəsində əsas döyüş olmuşdur. Bu döyüşdən əvvəl yunanların başlıca hədəfi Ankara istiqamətində irəliləyərək, türk ordusunu yox etmək və İstiqlaliyyət müharibəsininin simvolu və müqavimət mərkəzi halına gələn Ankaranı ələ keçirmək idi.[71] Beləcə türklərin müqaviməti yox edilmiş olacaqdı. Bəzən Zabitlər döyüşü adlanan bu döyüş 21 gün, demək olar ki, dayanmadan davam etmişdir. 23 avqust, 1921-ci ildə yunan ordusunun hücumu ilə başladı. Baş Komandan Mustafa Kamal, Sakarya döyüşündən əvvəl ölkənin müdafiəsini belə ifadə etmişdi:

  Xətti müdafiə yoxdur, səthi müdafiə vardır. O səth bütün vətəndir. Vətənin hər qarış torpağı vətəndaşın qanı ilə islanmadıqca buraxılmaz. Onun üçün kiçik-böyük, hər birlik olduğu mövqedən atıla bilər, fəqət kiçik-böyük hər birlik dura bildiyi nöqtədən yenidən yunan qüvvələrinə qarşı cəbhə təşkil edib, müharibəyə davam edər. Yanındakı birliyin geri çəkilməyə məcbur qaldığını görən birliklər, ona fikir verməməlidir, olduğu mövqedə sonuna qədər durmağa və dirənməyə məcburdur.  

Bu döyüş türk ordusunun son müdafiə döyüşüdür.[72] Döyüş türk ordusunun mütləq zəfəri ilə nəticələnir. Bu döyüşün nəticəsində yunan ordusunun hücum qüvvəsi tükədilmiş, türk torpaqlarını ələ keçirmə istək və ümidi yox olmuş, ordu müdafiəyəyə keçmişdir. Sovetlərlə Qars, fransızlarla Ankara müqaviləsi imzalanmışdır. TBMM Anadoluda mütləq güc vəziyyətinə çatmışdır. Yunan ordusu Afyon-Kütahya xəttinə qədər geri çəkilmişdir. Sakarya döyüşü türk ordusunun milli qurtuluş mübarizəsində son müdafiə döyüşüdür. Bu döyüşdən sonra Mustafa Kamala marşallıq rütbəsi və Qazi fəxri adı verilmişdir (19 sentyabr 1921).

Böyük hücum

redaktə
  Əsas məqalə: Böyük hücum
 
Çərkəz Ethem, Mustafa Kamal Atatürk və Qüvvayi-səyyarə əsgərləri

Uzun bir hazırlıq dövründən sonra, 26 avqust 1922-ci ildə, Mustafa Kamalın baş komandanlığında Böyük Hücum başladı. 30 avqust 1922-ci ildə Dumlupınarda döyüş oldu.[73]

Mustafa Kamal yunan ordusuna son zərbəni vurmaq üçün sürətli şəkildə hazırlıqlara başladı. ŞərqCənub cəbhələrində təhlükəsizlik tam təmin olunduğundan buradakı qoşunlar Qərb cəbhəsinə gətirildi. Orduda olan bəzi əskikliklər təmin edildi.

Dumlupınar döyüşü

redaktə
  Əsas məqalə: Dumlupınar döyüşü
 
Mustafa Kamal paşaSivas konqresinin üzvləri (Sivas, 1919-cu il).

Türkiyənin hücumu 1922-ci ilin avqust ayının 25-dən 26-na keçən gecə V süvari korpusunun Kirkə aşırımı ilə yunan müdafiə xəttinin arxasına keçməyi nəticəsində başladı. Aşırım irəliləyən türk süvarilərinin asanlıqla məhv etdiyi bir qrup yunan əsgəri tərəfindən nəzarət altında saxlanılırdı. türk süvariləri yunanların teleqraf xətlərini və dəmiryol xəttini kəsməyə nail oldu (hər ikisi 26 avqustda saat 18:00-da baş vermişdir). Beləliklə, yunanların İzmir və Qara Hisar arasındakı əlaqələri ciddi formada kəsildi.[30]

Avqustun 26-sı səhəri türk birinci və ikinci orduları eyni vaxtda hücuma keçdi. Güclü artilleriya atəşindən sonra İkinci Ordunun hücumu yunanları şoka saldı və türklər 5-ci yunan diviziyasının (Yunan I korpusunun) bəzi mövqelərini ələ keçirməyə nail oldu. Türklər tərəfindən yenidən başladılan hücumlar az uğur əldə etdi. Əlavə qüvvələrin gəlməsiylə yunan 5-ci diviziyası məhdud əks-hücumlar edərək öz cəbhəsini bərpa etdi. İkinci Ordu III korpusun mövqelərinə də hücum etmiş və nəticədə II korpusun kömək etməsinin qarşısını almışdı.

26 avqust, 1922-ci il sabahı başladılan Böyük hücumu Mustafa Kamal şəxsən özü Qocatəpədən idarə edirdi. Əsas zərbə qüvvəsi olmaqla I Ordu mərkəzdən, II Ordu şimaldan, III Ordu isə cənubdan hücuma keçdi. Uğurla başlayan əməliyyatda yunan mövqeləri ələ keçirildi. 27 avqustda, Afyon yunanlardan geri alındı. 30 avqustda yunan ordusunun böyük bir qismi mühasirəyə alındı. Bu qüvvələrin böyük bir qismi məhv edildi. Yunan ordusu baş komandanı General Trikopis əsir alındı. Kütahya yunanlardan təmizləndi. Bu döyüşə, Mustafa Kamalın şəxsən özü idarə etdiyi üçün, bəzən Başkomandanlıq meydan döyüşü də deyilir. İzmirə gedən yol açıldı.

İzmirin azad edilməsi

redaktə
  Əsas məqalə: İzmirin qurtuluşu

Baş Komandan Mustafa Kamal Paşa 1 sentyabr 1922-ci ildə türk ordusuna yeni bir əmr verdi, əmrin son başlığı belə idi: "Ordular, ilk hədəfiniz Aralıq dənizidir". 9 sentyabr günü 1-ci Korpus Kamalpaşaya, 2-ci Korpus Manisaya, 4-cü Korpus Turquta çatdı. Şimalda Kazancıbayırında yunanların yerləşən mövqelərinə hücum edən 3-cü korpus düşməni məğlub edərək Bursaya girdi. Türk süvariləri üç ildən çox müddətdə işğal altında olan İzmirə girdi. Süvarilər İzmirə daxil olarkən bir neçə yerdə yüngül atəş açılmasından başqa bir hadisə olmadı, Kordonboyundan keçərkən bir İngilis gəmisi tərəfindən salamlandı. Türk bayrağı hökumət binasına və Kadifeqalaya sancıldı.[74] Birinci Süvari Diviziya komandiri Mürsəl Paşa bir Fransız hərbi gəmisindən əlaqə yaradaraq İzmirə girdiyini Ankaraya bildirdi. İzmirdə türk xalqının sevinci o qədər böyük idi ki, əsgərlər çiçək yağışı altında qaldı. Baş komandan İzmirin azad edilməsinə görə orduya bu tarixi məktubunu yazdı:

 
Mustafa Kamal Atatürk düşünərkən (Qocatəpə, 1922-ci il)
  İlk qarşıya qoyulan hədəfin, Aralıq dənizinə çatmaqda ordunun göstərdiyi səy və fədakarlığı hörmət və təqdirlə anıram. Əldə edilən böyük qələbəninin qurucusu olan qiymətli dostlarıma ən səmimi təşəkkür və təbriklərimi bildirirəm. Ordumuzun bundan sonrakı hədəflərin alınmasında da eyni fədakarlıq və yarışmanı göstərəcəyinə inamım tamdır.  

9 sentyabr günü 3-cü Korpus qoşunları Bursanı müdafiə edən yunan qoşunlarını geri ataraq şəhəri xilas etdi. Türk Ordusunun İzmirBursanı alması ilə Mustafa Kamal Paşa, millətə bir bəyannamə ünvanladı. Kisəli və Meandr Vadisindən çəkilən yunan qoşunları Seydiköy ətrafında qısa toqquşmadan sonra süvarilər tərəfindən əsir alındı. 9 sentyabr günü Menemen yandırılmadan azad edildi, Seydiköy türk qüvvələrinin əlinə keçdi. Ağıla gəlməz bir sürətlə irəliləyən piyada birlikləri də bir gün sonra Baş Komandan ilə birlikdə İzmirə gəlmişdi. 18 sentyabr 1922-ci il tarixinə qədər aparılan Təqib Hərəkatı ilə bütün Qərbi Anadoludakı yunan əsgərləri sərhədlər xaricinə çıxarıldı. 15 may 1919-cu ildə İzmiriAnadolunun yarısını zəbt edərək burada yunan Asiya İmperiyasını qurmaq istəyən yunan orduları, nəhayət 18 sentyabr 1922-ci günündə regiondan tamamilə təmizlənmiş oldu. Təqib hərəkatının uğurlu nəticələnməsi təkcə Qərbi Anadolunun yunanlardan təmizləməkdən ibarət deyildi. Türk ordusunun etdiyi bu hərəkat ilə, İzmit zonasından İstanbul boğazına, Balıkəsir zonasından Dardanel boğazına qədər həyati əhəmiyyət daşıyan digər strateji hədəflər də böyük bir məharətlə Antanta dövlətlərinin işğalından, insidentsiz olaraq və sülh yolu ilə azad edildi. Türkiyə ordusunun qazandığı bu qələbə, Mudanya barışığına gedən prosesi başladı. Türkiyə, Mudanya barışığından sonra 24 iyul 1923-cü ildə Lozanna sülh müqaviləsini imzaladı.

Qərb cəbhəsinin ləğvi

redaktə
 
Hal-hazırda muzey kimi istifadə olunan Sivas konqresinin keçirildiyi zal.

Böyük hücumun ardıyca Mudanyada başlayan atəşkəs görüşlərinə İsmət paşa Qərb cəbhəsi komandanı olaraq qatıldı. Mudanya barışığının ardından İsmət Paşa Qərb cəbhəsi komandanlığından ayrılaraq Xarici İşlər naziri oldu. Qərb cəbhəsi komandanlığını Ümümqoşun Qərərgah Rəisi Fevzi Paşa təhvil aldı. Lozanna müqaviləsinin imzalanmasından sonra müharibə ortamı tamamən ortadan qalxdı və 1 sentyabr 1923-cü ildə Qərb cəbhəsi ləğv edildi.[75]

London Sülh konfransı

redaktə

1921-ci ilin yazında London Sülh Konfransı ilə müttəfiqlər Sevr müqaviləsini Ankara Hökumətinə qəbul etdirmək istədilər. TBMM hökumətinin sərt münasibətindən sonra yunan ordusu bu dəfə Ankaranı ələ keçirmək üçün hərəkata keçdi. Sakarya meydan döyüşü bir güc göstərişi olaraq reallaşmalı idi. Sonrakı il, 1922-ci ilin ilk yarısıda baş tutmayan danışıqlarla keçdi. Ortaya bir qədər yumşaldılmış Sevr müqaviləsi atıldı. TBMM hakimiyyəti hamısını rədd etdi.[76]

Sülhün təmin edilməsi

redaktə

Mudanya barışığı

redaktə
 
Yörük Əli Efe qrupu

Mudanya barışığı türk xalqının Аntanta dövlətlərinin təcavüzünə qarşı milli azadlıq müharibəsinin uğurla başa çatdığı və türk ordusunun İstanbulа və Frakiyaya həll edici hücuma hazırlaşdığı bir şəraitdə bağlanmışdı.[77] İlk əvvəl danışıqların üç günə başa çatacağı gözlənilirdi, lakin Mudanyada aparılan danışıqlar oktyabrın 3-dən 10-dək davam etmiş, bəzən isə kəsilmək təhlükəsi qarşısında qalmışdı (hətta bir dəfə Antanta nümayəndələri Türkiyənin Frakiyanı bir ay ərzində boşaldaraq türklərə qaytarmaq tələbini öz hökumətləri ilə razılaşdırmaq üçün Mudanyanı tərk etmiş, İsmət paşa isə türk ordusuna İstanbul və Frakiya üzərinə irəliləmək əmri vermişdi).[78] Mudanya barışığına görə yunan qoşunları Maritsa çayına qədər şərqi Frakiyanı (Ədirnə şəhəri də daxil olmaqla) boşaldıb türklərin ixtiyarına verməli, Maritsanın sağ sahili (Qaraağac da daxil olmaqla) isə sülh müqaviləsi bağlanana qədər müttəfiqlərin ixtiyarında qalmalı idi. Mudanya barışığında Türkiyə tərəfi güzəştə gedərək, "qarşıdakı sülh konfransının qəti qərarınadək İstanbul və Boğazlar zonasına" qoşun yeritməmək barədə öhdəlik götürmüşdü. Mudanya barışığı türk xalqının qazandığı qələbənin beynəlxalq səviyyədə ilkin olaraq tanınması və təsdiqi idi. Mudanya barışığını imzalamaqla Аntanta dövlətləri həm də TBMM hökumətini ölkənin yeganə qanuni hökuməti kimi tanıdılar.[79]

Mudanya barışığı Lozanna sülh müqaviləsi (1923) bağlanana qədər qüvvədə olmuşdur.

Monarxiyanın ləğvi

redaktə

Səltənətin ləğv edilməsinə yol açan hadisə İstiqlaliyyət müharibəsinin uğurla nəticələnməsindən sonra toplanması düşünülən konfransa Ankaraİstanbul hökumətlərinin birlikdə dəvət edilmələridir.

17 oktyabr tarixli teleqrafda sərdəzəm Tevfiq paşa sülh konfransında ortaq mövqe nümayiş etdirmək üçün Mustafa Kamala müraciət etmişdir. 20 oktyabr tarixli TBMM rəhbərliyinə ünvanlanmış ikinci teleqrafda Tevfiq paşa Babiali ilə TBMM arasında məqsəd baxımından tam birlik olduğunu, Sevr müqaviləsini ləğv etdirmək və işğalın nəticələrini ortadan qaldırmaq üçün bərabər şəkildə mübarizə aparıldığını bildirərək milli birliyin önəmini vurğulamış, vətən uğruna şəxsi ambisiyalardan əl çəkilməsinin lazım olduğunu bildirmişdir.[80]

28 oktyabrda İsveçrənin Lozanna şəhərində keçiriləcək olan konfransa İstanbulAnkara hökumətləri rəsmən dəvət edilmişdir. Bundan iki gün sonra toplanan TBMM İstanbul hökumətinin ləğvinə dair 82 imzalı qərarı müzakirə etmiş, lakin bir nəticəyə gələ bilməmişdir. 1 noyabrda Mustafa Kamalın müdaxilə etməsindən sonra səltənətin ləğvi barədə qərar qəbul edilmişdir. Eyni gündə alınan bir başqa qərarlarla 1 və 2 noyabr günləri milli bayram elan edilmişdir.

Mustafa Kamalın yazdıqlarına görə millət vəkillərinin bir çoxu səltənətin ləğvinə qarşı çıxmışdılar. Nazirlər kabinetinin rəhbəri Rauf Orbay əvvəldə buna qarşı çıxmış, lakin 20 oktyabrda Mustafa Kamalla görüşdükdən sonra fikrini dəyişdirmişdir. Buna qarşılıq, liberal fikirləri ilə tanınan Mersin nümayəndəsi Səlahətdin Köseoğlu sonuna qədər müxalif qalmışdır. Səsvermə zamanı səs-küylə açıq səsvermə və sayım istəyən millət vəkillərinə baxmayaraq sayım aparılmamış və qərarın səs birliyi ilə alındığı elan edilmişdir.[81] Həm Rauf Orbay, həm də Səlahətdin Köşeoğlu sonradan qələmə aldıqları xatirələrində respublika quruluşuna prinsip baxımından qarşı olmadıqlarını, sadəcə səltənəti şəxsi diktatorluq cəhdlərinə qarşı maneə olaraq gördükləri üçün ləğvinə qarşı olduqlarını yazmışdır.

Xəyanət-i Vətəniyyə qanununda 15 aprel 1923-cü ildə edilmiş olan dəyişikliklə səltənətin ləğvinə dair olan qərarnaməyə qarşı sözlə və ya mətbu orqanlar vasitəsilə müxalif olmaq vətən xainliyi hesab edilmiş və edamla cəzalandırılmışdır.

Qərarın elanından sonra sərdəzəm Tevfiq paşa rəhbərliyində 4 noyabr günü son iclasını edən Osmanlı hökuməti istefasını sultana təqdim etmişdir. 5 noyabrda Ankara hökumətinin İstanbuldakı nümayəndəsi Refet Bele paşa bütün nazirlik nümayəndələrini Divanyoluna toplayaraq hər cür fəaliyyətlərinə son vermələrini tələb etmişdir. 7 noyabrda Babialidəki nazirlik dairəsi rəsmən boşaldılmış və Osmanlı dövlətinin rəsmi qəzeti olan Təqvim-i Vəkayinin nəşrinə son verilmişdir.[82]

Hüquqi baxımdan Xəlifə ünvanını qoruyan VI Mehmed Vəhdəddin 10 noyabrda son cümə xütbəsinə qatılmış, ancaq azadlığına və həyatına təhlükə olduğunu səbəb göstərərək, 17 noyabrda Boğaziçində olan ingilis zirehli gəmisi ilə Maltaya getmişdi. Bundan sonra 10 noyabrda TBMM vəliəhd Abdülməcid əfəndini Xəlifə elan etmişdir.[83]

Lozanna müqaviləsi

redaktə
  Əsas məqalə: Lozanna Sülh Konfransı
 
Yunan əsgərlərinin İzmirə girişi

1923-cü il, iyulun 24-də Türkiyə ilə Qərb dövlətləri arasında Lozanna razılaşması imzalandı. Türkiyənin indiki sərhədlərini, regiondakı statusunu müəyyən edən bu müqavilə tarixin sonrakı mərhələlərində baş verəcək bir çox hadisə üçün də platforma rolunu oynadı.[84] Birinci dünya müharibəsini məğlub bitirənlər arasında olan Osmanlı Türkiyəsi faktiki olaraq suverenliyini itirmişdi. 1920-ci ildə Yunanıstanın təkidi ilə imzalanmış Sevr müqaviləsinə əsasən, Osmanlı dövlətinin qəti sərhədləri, orduya malik olmaq hüququ və Aralıq dənizindəki adalara olan iddiası ləğv edilmişdi, amma Yunanıstandan başqa, heç bir dövlətin müqavilənin şərtlərini tanımaması Lozanna konfransının çağırılmasına səbəb oldu. 8 ay davam edən mübahisələrdən sonra nəhayət 1923-cü il iyulun 24-də tarixi Lozanna müqaviləsi bağlandı.[85]

  • Türkiyə–Suriya sərhədi: Fransızlarla imzalanan Ankara müqaviləsində müəyyən edilən sərhədlər qəbul edilmişdir.
  • İraq sərhədi: Mosul məsələsində razılaşma müəyyən edilmədiyi üçün bu mövzuda Birləşmiş Krallıq və Türkiyə hökuməti öz aralarında görüşün razılaşmalı idi. Bu məsələ sonradan Mosuk probleminə çevrilmişdir.
  • Türkiyə–Yunanıstan sərhədi: Mudanya barışığında müəyyən edilən sərhədlər qəbul edildi. Meriç çayının qərbindəki Qaraağaç stansiyası və Bosnaköy Yunanıstanın Qərbi Anadoluda etdiyi dağıntılara qarşılıq döyüş təzminatı olaraq Türkiyəyə verildi.
  • Adalar: Midilli, Limni, Saqqız, Semadirek, Sisam və Ahıkerya adaları üstündə yunan hakimiyyəti ilə Osmanlı dövlətinin imzalamış olduğu 1913-cü il tarixli London müqaviləsi, Afina razılaşmasının adalar haqqındakı maddələri və 13 fevral 1914-cü il tarixində Yunanıstana bildirilən qərar, adaların hərbi məqsədlərlə istifadə edilməmisi şərti ilə eyni formada qəbul edilmişdir.[86] Anadolu sahilində üç mildən az məsafədə olan adaların və Bozcaada, Gökçəada ilə Dovşan adaları üzərindəki türk hakimiyyəti qəbul edilmişdir.[87]
  Müsəlman olmayan azlıqlara mənsub türk vətəndaşaları həm hüquq baxımından, həm də tədbiq etmədə digər türk vətəndaşları ilə eyni tutulacaqdı. Xüsusilə, xərclərini özləri ödəmək şərtilə, hər cür xeyriyyə qurumları ilə, dini və sosial qurumlar, hər cür məktəblər və buna bənzər təhsil qurumları qurmaq, idarə etmək və nəzarət etmək, buralarda öz dillərini sərbəst şəkildə istifadə etmək, dini ayınlərini yerinə yetirmək kimi məsələlərdə bərabər haqqa sahib olacaqlardır.[88]  

Qərbi Trakyadakı türklərlə, İstanbuldakı rumlar xaricində, Anadolu və Şərqi Trakyadakı rumlar ilə Yunanıstandakı türklərin mübadilə edilmələri qərara alınmışdır.

  • Müharibə təzminatları: Antanta dövlətləri I Dünya müharibəsinə görə tələb olunan təzminatları istəmədilər. Türkiyə təmir işlərinə gprə Yunanıstandan 4 milyon altın tələb etdi, lakin bu istək qəbul edilmədi.[89] Buna qarşılıq 59-cu maddə ilə Yunanıstan müharibə cinayəti işlədiyini qəbul etdi və Türkiyə təzminat istəyindən əl çəkdi, sadəcə müharibə təzminatı olaraq Yunanıstan Qaraağaç bölgəsini Türkiyəyə verməli oldu.[90]
  • Osmanlı borcları: Osmanlı borcları Osmanlı imperiyasından ayrılan dövlətlər arasında bölündü. Türkiyəyə düşən hissənin kredit yolu ilə fransız frankı olaraq ödənməsinə qərar verildi. Büyün-ü Umumiyyə idarə heyətində olan məğlub alman imperiyasıAvstriya-Macarıstan imperiyası dövlətlərinin nümayəndələri idarə heyətindən çxıardılmış və qurumun fəaliyyəti davam etdirilərək, müqavilə ilə birlikdə yeni vəzifələr verilmişdir.
  • Boğazlar: Boğazlar məsələsi konfransda ən çox müzakirə olunan məsələ olmuşdur. Sonunda müvəqqəti həll tapılmışdır. Buna görə hərbi olmayan gəmi və təyyarələr sülh zamanında boğazlardan keçə bilərdi. Boğazların hər iki tərəfi hərbsizləşdirilib, keçişi təmin etmək üçün rəhbəri türk olan beynəlxalq qurum yaradılırdı. Bu dəyişikliklərin Millətlər Cəmiyyətinin təminatı altında davam etdirilməsinə qərar verilirdi. Beləcə, boğazlar bölgəsinə türk hərbçilərinin girməsi qadağan edilirdi. Bu vəziyyət 1936-cı ildə imzalanan Montrö Boğazlar müqaviləsi ilə dəyişdirilmişdir.[91]
  • Xarici məktəblər: Təhsillərinə Türkiyənin təyin edəcəyi qanunlar əsasında davam etməsi qərara alındı.
  • Kilsələr: Dünya Ortodokslarının dini lideri vəziyyətindəki kilsənin Osmanlı dövləti zamanındakı bütün üstünlüklərinin ləğv etdirilərək, sadəcə dini işləri yerinə yetirmək şərti ilə və bu mövzuda yerilən sözlərə güvənilərək İstanbulda qalmasına icazə verildi, lakin müqavilə mətninə kilsənin statusu barədə heç bir söz yazılmamışdır.[92]
  • Kipr: Osmanlı dövləti ruslara qarşı ingilisləri yanına çəkə bilmək üçün 1878-ci ildə Kipri müvəqqəti olaraq Birləşmiş Krallıq idarəçiliyinə vermişdi. Birləşmiş Krallıq I Dünya müharibəsinin başlamasından sonra 5 noyabr 1914-cü ildə Kipri torpaqlarına qatdığını rəsmən elan etmişdir. Osmanlı dövləti bu qərarı tanımamışdır. Türkiyə Lozanna mqüqaviləsinin XX maddəsi ilə Birləşmiş Krallığın Kiprdəki suverenliyini tanımışdır.[93]

Bununla, yüz illərlə davam edən türk-yunan ixtilafı qismən həllini tapdı və iki dövlət arasındakı sərhəd dəqiqləşdirildi. Egey dənizindəki xırda adalar bölüşdürüldü. Bir milyona yaxın yunan Türkiyədən Yunanıstana, 500 min türk isə Yunanıstandan Anadoluya köç etdi. Lozanna razılaşması faktiki olaraq Türkiyəni DardanelBosfor boğazlarındakı haqlarından məhrum etdi. Türkiyə bu qiymətli keçidlər üzərindəki haqlarını bir də 1936-cı ildə imzalanmış Montrö sazişi ilə geri ala bildi. Lozanna müqaviləsi həm də Osmanlı sərhədləri daxilində yaşayan erməniyəhudilərin statusunu müəyyən etdi. Bu milli azlıqlar tam hüquqlu Türkiyə vətəndaşı elan edildi, amma Lozannada həllini tapmayan məqamlar da oldu. İraqla Türkiyə sərhəddindəki Mosul vilayətinin statusunun qeyri-müəyyən qalması, Kipr məsələsində razılığın tam əldə edilməməsi, sonradan regionda ciddi münaqişələrin formalaşmasına gətirib çıxardı..[94]

 
Samsunda nəşr olunan ilk təbliğat afişalarından biri — Halâskârân-ı İslâm

Respublikanın elanı

redaktə

1 noyabr 1922-ci ildən etibarən səltənətin olmadığı ölkə məclis hökuməti tərəfindən idarə edilirdi. Bu hökumət sistemində hər nazir məclis tərəfindən seçildiyinə görə bir-birinə uyuşmayan adamların bir araya gəldiyi hökumət formasına yol açırdı. Bundan əlavə, hər nazirlik üçün uzun müddət davam edən mübahisələr yaşanırdı. Yeni məclis seçildikdən sonra qurulan İcra Vəkilləri Heyətinin üzvləri bu şərtlərlə işləməyin çətinliyindən şikayət edirdi.[95] Hökumətin zəifliyi 23 oktyabrda tamamilə ortaya çıxdı. Həm də Daxili İşlər naziri olan İcra Vəkilləri Heyətinin sədri Fəthi bəy Daxili İşlər naziri vəzifəsini Fərid Təkə buraxmaq istəmiş, lakin məclis bunu qəbul etməyərək Ərzincan millət vəkili Sabit bəyi seçmişdi. TBMM-in ikinci sədri Əli Fuad da bu vəzifəsindən Yusif Kamalı namizəd göstərərək istefa vermiş, lakin məclis qəbul etməyərək Rauf bəyi seçmişdi.[95]

Bundan sonra Məclis sədri olan Mustafa Kamal 25 oktyabr 1923-cü ildə hökuməti Çanqayada topladı. İclasda Vəkillər Heyətinin istefa etməsinə və yeni seçiləcək Vəkillər Heyətində vəzifə almamasına qərar verildi.[96] Beləcə, ölkəni respublikanın elanına aparacaq hökumət böhranı yarandı.

27 oktyabr 1923-cü ildə Vəkillər Heyətinin istefası TBMM-də oxunduqdan sonra yeni Vəkillər Heyəti qurma yolunda işlər başladıldı. Müxalifətin yeni hökumət qurma cəhdləri nəticə əldə edə bilmədi. 28 oktyabrda Çanqayadakı axşam yeməyində İsmət paşa, Fəthi bəy, Kazım paşa, Kəmaləddin Sami paşa, Xalid paşa, Rizə deputatı Fuad və Afyon deputatı Ruşən Əşrəf bəri qonaq olaraq qəbul edən Mustafa Kamal hökumət böhranından çıxma yolu barədə danışdı və qonaqlarına "sabah respublikanı elan edəcəyik" dedi.[97] Yeməkdən sonra Mustafa Kamal və İsmət paşa birlikdə qanun layihəsini hazırladı.

29 oktyabr, 1923-cü ildə Mustafa Kamal Paşa, millət vəkilləri ilə görüşdükdən sonra qanun layihəsini hazırlayaraq Respublika təklifini TBMM-ə verdi. Məclis layihəni qəbul etdi.[98] Beləcə, Türkiyə dövlətinin idarəçilik forması Respublika, adı isə Türkiyə Respublikası olaraq müəyyən edildi. Atatürk, qurulan Türkiyə Respublikasının ilk prezidenti oldu.

Yardımlar

redaktə

SSRİ dəstəyi

redaktə
 
VI Mehmed Maltaya getmək üçün saraydan ayrılarkən.

Moskvadan gələcək olan yardımları ilk dəfə təşkil edən şəxs Ənvər paşanın əmisi Xəlil Qut olmuşdur.[99]

İstanbulda həbsdə olan Xəlil paşa, qaçaraq Sivasa gəlmiş, bundan sonra isə Mustafa Kamal tərəfindən Naxçıvandan Azərbaycana göndərilmişdir. Bu zaman Xəlil paşa, Xarici İşlər Naziri Çiçerin və köməkçisi Karaxanla görüşüb, anti-ipmerialist cəbhə təklif edərək, hərbi və maliyyə yardımı istəmişdi. Bunun ardınca Hərbi komissar Lev Kamenyev ilə də görüşərək, gizli qalmaq şərtilə bir milyon lirə dəyərində qızıl, 60 min tüfəng, 108 səhra topu və 12 ağır top yardımı edilməsində razılığa gəldi.[100] Azərbaycandakı Ənvər paşanın qardaşı Nuru Paşanın (Killigil) fəaliyyətlərinə görə gecikmə olsa da, 2 iyul 1919-cu ildə yardım heyəti yola çıxdı.[101] Heyət yardımın ilk mərhələsi kimi 125.000 lirə dəyərində olan 500 kq qızıl və Çiçerinin Mustafa Kamal Paşaya məktubunu aparırdı.[102] Xəlil paşa, 3 avqustda yazdığı raportunda 6 sandıq içində 500 kq qızıl ilə yola çıxdığını, yanlarında iki müsəlman Qızıl Ordu zabitinin və 20 əsgərin olduğunu yazmışdır.[103] Azərbaycan üzərindən Anadoluya keçərkən erməni hücumları səbəbilə yardımın hamısının toplu formada çatdırılması mümkün olmadı.[104] Heyət bölündü və qızılların 1/3-i Karakösedə (indiki Ağrıda) tümən komandanı Cavid bəyə (bir başqa mənbəyə görə Kazım Orbaya[105]) təslim edildi.[106][107][108] 27 avqust günü Karaköseyə çatan Sovet heyətinin gətirdikləri ilə birlikdə toplam qızıl miqdarı 400 kq oldu. Qızılın bir qismi yolda buraxılmışdı.[102] Cavid bəy, Sovet heyətini 8 sentyabrda Ərzuruma çatdıra bildi. Heyəti qarşılayan Qarabəkir Paşa, Ankaraya teleqram göndərərək xəbəri verdi. Kazım Qarabəkir paşa 200 kq qızıl Şərq Cəbhəsinin ehtiyacları üçün ayırdıqdan sonra yerdə qalan 200 kq qızılı Sovet nümayəndə heyəti ilə birlikdə Ankaraya göndərdi.[103] Xəlil paşanın uğurlu görüşmələrindən sonra Anadolunun mübarizəsi üçün kritik bir vaxt olan 4 – 11 sentyabr, 1919-cu il tarixində Sivas konqresinə Mahmudov adında Sovet nümayəndəsi qatıldı.[109][110] Yardımların toplam miqdarı haqqında dəqiq məlumatlar yoxdur, əldə olan məlumat və sənədlər arasında uyğunsuzluqlar var.[111] Bunun əsas səbəbi Ankara Hökumətinin alınan yardımları münkün olan qədər gizli saxlamaq istəyi idi. Xüsusilə də, Qara dəniz vasitəsilə gələn yardımların bilinməsinin bu yolda yoxlamaları artıracağını düşünürdülər.[112] Həmçinin də təhvil-təslim zamanı qeydiyyatın aparılmadığı, hərbi sursatların fərqli adlarla qeyd edilməsi kimi hallar da sənədlərdəki qeydiyyatların bir-birilə uyğun olmamasına şərait yaratmışdır, lakin ümumi olaraq qəbul edilənə və Sovet sənədlərinə görə, Sovetlər tərəfindən İstiqlaliyyət müharibəsi üçün edilən 125.000 lirə dəyərindəki qızıldan əlavə, göndərilən silah-sursat siyahısı belədir:[113][114][115]

Sursat Ədəd
Tüfəng 39.000
Pulemyot 327
Top 54
Fişəng 63 milyon
Top mərmisi 147.000
Ovçu gəmisi 2
Əl bombası 4.000
Qılınc 1.500
Əleyhqaz 20.000
 
Mustafa Kamal Atatürk yardım gətirən Sovet nümayəndələri ilə birlikdə çay fasiləsində.

1921-ci ilin aprel, may və noyabr aylarında üç mərhələli formada ümumi 6.500.000 qızıl rubl dəyərində yardım edilmişdir. Sovetlərin bu müddətdə etdiyi qızıl rubl yardımı ümumi 17.500.000 qızıl rubl dəyərində olmuşdur.[116] 1922-ci ildə İosif StalinOrcenikidze kimi kommunist liderləri yardımın dayandırılmasını müdafiə etsələr də, Vladimir LeninLev Trotski yardımın davam etdirilməsini təmin etmişdilər.[113]

Sovetlərin İstiqlaliyyət müharibəsinə yardımı, Böyük hücumdan əvvəlki hesablara görə 35 faiz həndəvərində olmuşdur.[117] Ən böyük yardımlar başda İstanbul olmaqla, işğal altındakı torpaqlardan qaçırılan silah və sursat, satınalmalar, İmalat-i Hərbiyyə və Təkalif-i Milliyə vasitəsilə təmin edilmişdir. Bundan başqa, 16 mart, 1921-ci il tarixli Moskva müqaviləsi ilə verilən siyasi dəstək də çox əhəmiyyətli olmuşdur.[118][119]

Digərləri

redaktə

Böyük Britaniya Qərbi Anadolunu işğal edən Yunanıstan ordusuna siyasi və maliyyə dəstəyi versə də, yunan hökumətinin israrlı tələblərinə baxmayaraq yunan ordusuna təlimçi sifətiylə belə zabit göndərməmişdir. Yunanıstana Böyük Britaniyanın hərbi yardımları təxminən 1922-ci ilin əvvəllərində kəsilmişdi. İstiqlaliyyət müharibəsi zamanı qeyri-nizamı türk qüvvələri Adana, Maraş, AntepUrfanı işğal edən fransız ordusuna qarşı savaşmışdır. 1919-cu ilin dekabr – 1920-ci ilin may ayları arasında 6 ay davam edən toqquşmalar 31 may 1920-ci ildə atəşkəş ilə nəticələndi. Bu tarixdən sonra Fransa beynəlxalq arenada ümumilikdə Ankara Hökumətini dəstəkləmiş, 1921-ci ilin oktyabrında Anadoludan çəkilən qüvvələri türk tərəfinə xeyli sayda silah və sursat təhvil vermişdir. 1919-cu ilin mayında İzmirin yunanlar tərəfindən işğalını özünə qarşı yönəlmiş bir hücum kimi dəyərləndirən İtaliya İstiqlaliyyət müharibəsi ərzində türk tərəfini dəstəkləmişdir. Hətta, 1919-cu ilin yazında Quşadası cəbhəsində yunanitalyan qüvvələri toqquşmuşdur.[120]

Qalereya

redaktə

Həmçinin bax

redaktə

Qeydlər

redaktə
  1. Bu müharibələrin hər biri Türkiyə İstiqlaliyyət müharibəsinin ayrıca bir cəbhəsini təşkil edir: Şərq cəbhəsi, Cənub cəbhəsi və Qərb cəbhəsi

İstinadlar

redaktə
  1. Jelavich, Barbara. History of the Balkans: Twentieth century. Cambridge University Press. 1983. səh. 131. ISBN 978-0-521-27459-3.
  2. Джамиль ГАСАНЛЫ. "ИСТОРИЯ ДИПЛОМАТИИ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ" (PDF). 2013. 2014-12-21 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-10-28.
  3. "Hüseyin Adıgüzel – Atatürk, Nerimanov ve Kurtuluş Savaşımız". 2014-12-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-10-28.
  4. "RUS YARDIMI DEĞİL, BUHARA EMİRLİK HAZİNESİ ALTINLARI". 2017-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-08.
  5. "İki Halk Kahramanı M. Kemal Atatürk ve M. Ali Cinnah". Archived from the original on 2018-09-20.
  6. "Hindistan Müslümanlarının Milli Mücadelede Türkiye'ye Yardımları". 2017-12-13 tarixində orijinalından arxivləşdirilib.
  7. The Place of the Turkish Independence War in the American Press (1918–1923), Bülent Bilmez Arxivləşdirilib 2018-06-02 at the Wayback Machine: "Antanta dövlətlərinin nəzarəti altında qərbi Türkiyənin Yunanıstan orduları tərəfindən işğalı, aralarındakı anlaşılmazlıq açıq və ictimaiyyətə məlumdu. İtalyanlar əvvəlcə bu işğala qarşı çıxdılar və Kamalistlərə "gizli" kömək etməyə başladılar, Antanta arasında bu münaqişə və Kamalistlərə İtalyan dəstəyi müntəzəm olaraq Amerika mətbuatında bildirildi."
  8. Western Society for French History. Meeting: Proceedings of the … Annual Meeting of the Western Society for French History, New Mexico State University Press, 1996, sayfa 206 Arxivləşdirilib 2014-09-17 at the Wayback Machine.
  9. Briton Cooper Busch: Mudros to Lausanne: Britain's Frontier in West Asia, 1918–1923, SUNY Press, 1976, ISBN 0-87395-265-0, sayfa 216 Arxivləşdirilib 2013-06-08 at the Wayback Machine.
  10. "British Indian troops attacked by Turks; thirty wounded and British officer captured-- Warships' guns drive enemy back Arxivləşdirilib 2013-12-03 at the Wayback Machine," New York Times (June 18, 1920).
  11. "Allies occupy Constantinople; seize ministries; Turkish and British Indian soldiers killed in a clash at the War Office Arxivləşdirilib 2013-12-03 at the Wayback Machine," New York Times (March 18, 1920).
  12. "ABD "Türkiye'nin paylaşılması"nda nasıl rol almıştı". 2019-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-19.
  13. 1 2 Ergün Aybars, Türkiye Cumhuriyeti Tarihi 1, Ege Üniversitesi Basımevi, 1986, sayfalar 341-348
  14. Osman Akandere, 1923 Yılı Ortalarında Uluslar Arası Kızılhaç Komitesince Görevlendirilen Heyetin Anadolu’daki Teftiş Gezileri ve Hazırladıkları Rapor Arxivləşdirilib 2011-12-10 at the Wayback Machine, Atatürk Araştırma Merkezi Dergisi, Sayı 53, Cilt: XVIII, Temmuz 2002
  15. Ahmet Özdemir, Savaş Esirlerinin Milli Mücadeledeki Yeri Arxivləşdirilib 2017-09-18 at the Wayback Machine, Ankara Üniversitesi Türk İnkılap Tarihi Enstitüsü Atatürk Yolu Dergisi, Cilt: 2 Sayı: 6 Yayın Tarihi: 1990, sayfa 325-333 (PDF sayfa 5-13)
  16. Επίτομος Ιστορία Εκστρατείας Μικράς Ασίας 1919–1922 (Abridged History of the Campaign of Minor Asia), Directorate of Army History, Athens, 1967, Table 2 (Yunanca)
  17. Ali Çimen, Göknur Göğebakan: Tarihi Değiştiren Savaşlar, Timas Yayınevi, ISBN 9752634869, 2. Cilt, 2007, sayfa 321
  18. Pars Tuğlacı: Tarih boyunca Batı Ermenileri Arxivləşdirilib 2016-03-10 at the Wayback Machine, Pars Yayın, 2004, ISBN 975-7423-06-8, sayfa 794.
  19. Christopher J. Walker, Armenia: The Survival of a Nation, Croom Helm, 1980, sayfa 310. Arxivləşdirilib 2013-06-07 at the Wayback Machine
  20. Harp Tarihi Dairesi Kitaplığı – Resmi Yunan Harp Tarihi (Küçük Asya Seferi, II. Cilt)
  21. Berman, Şeri. "Islamism, Revolution, and Civil Society". Perspectives on Politics. 1 (2). 2003: 258. doi:10.1017/S1537592703000197. ISSN 1537-5927.
  22. Madeley, John T. S. and Zsolt Enyedi, Church and state in contemporary Europe: the chimera of neutrality Arxivləşdirilib 2016-05-03 at the Wayback Machine, p. __, 2003 Routledge
  23. Jean Baubérot The secular principle Arxiv surəti 22 fevral 2008 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2008-02-22 at the Wayback Machine
  24. Şimşir, Bilal. "Ankara'nın Başkent Oluşu" (türk). atam.gov.tr. 4 may 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 March 2013.
  25. Hanioglu, Sükrü. Ataturk: An Intellectual Biography. Princeton University Press. 2011. səh. 53.
  26. Feldman, Noah, Fall and Rise of the Islamic State, Princeton University Press, 2008, p.2
  27. Jacob M. Landau "Atatürk and the Modernization of Turkey" səh 57.
  28. Cleveland, William L & Martin Bunton, A History of the Modern Middle East: 4th Edition, Westview Press: 2009, s. 82.
  29. Vahdettin, M. Kemal ve Milli Mücadele, yalanlar, yanlışlar, yutturmacalar, Turgut Özakman
  30. 1 2 Baskın Oran, ed., Türk Dış Politikası, İletişim Yay. 2001, C. I, sf. 146.
  31. 1 2 20. Yüzyıl Siyasi Tarihi – Fahir Armaoğlu, 5C
  32. 1 2 Zekeriya Türkmen İstanbul’un İşgali ve İşgal Dönemindeki Uygulamalar (13 Kasım 1918 – 16 mart 1920) Arxivləşdirilib 2011-12-10 at the Wayback Machine, ATATÜRK ARAŞTIRMA MERKEZİ DERGİSİ, Sayı 53, Cilt: XVIII, Temmuz 2002
  33. Zekeriya Türkmen. İstanbul’un İşgali ve İşgal Dönemindeki Uygulamalar (13 Noyabr 1918-16 Mart 1920). Atatürk Araştırma Merkezi Dergisi. İyul 2002. 2011-12-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-22.
  34. Sina Akşin, Ana Çizgileriyle Türkiye'nin Yakın Tarihi, s. 137.
  35. [1] Arxivləşdirilib 2011-12-10 at the Wayback Machine Kuva-yı Milliye'nin Askeri Açıdan Etüdü, Atatürk Araştırma Merkezi
  36. Lord Kinross: Atatürk, ISBN 0-688-01084-9, Vilyam Morrou & Co, 1969, səhifə 154
  37. Allies lost 300 in Smyrna fighting Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine, New York Times, 21 may 1919  (ing.).
  38. Stevart, Metyu. "İzmirdə Fəlakət" Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. 54. buraxılış, 2004. 27 fevral 2014-cü ildə alındı. (İngilis dilində)
  39. "Ulusal Ant (Misak-ı Millî)". ttk.gov.tr. 28 yanvar 1920. 2014-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-23.
  40. Nejat Kaymaz, "Misak-ı Millî Üzerinde Yapılan Tartışmalar Hakkında", VIII. Türk Tarih Kongresi, Ankara, 1977, s. 2.
  41. Metin Ayışığı. Millî Mücadelede Develi. T.C. Balıkesir Üniversitesi. 2005-12-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-23.
  42. "Arxivlənmiş surət". 2002-06-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-22.
  43. TÜRK İSTİKLAL HARBİ SIRASINDA MEYDANA GELEN AYAKLANMALAR. mevzuvatan.com. 06 May 2011. 12 August 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 February 2018.
  44. Metin Ayışığı. Millî Mücadelede Develi. T.C. Balıkesir Üniversitesi. 2005-12-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-23.
  45. Dr. Yunus Kobal. Milli Mücadelede İç Ayaklanmalar. Hacettepe Üniversitesi. 2014-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-23.
  46. "Vikikaynak "Qars müqaviləsi"". 2008-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-23.
  47. Anahide Ter Minassian: La république d'Arménie. 1918–1920 La mémoire du siècle., éditions complexe, Bruxelles 1989 ISBN 2-87027-280-4, sayfa 220
  48. İSTİKLÂL HARBİ'NİN ANA HATLARI Arxivləşdirilib 2008-08-14 at the Wayback Machine Türk Tarih Kurumu
  49. Andrew Andersen. "TURKEY AFTER WORLD WAR I: LOSSES AND GAINS" (İngiliscə). conflicts. 2017-10-12 tarixində arxivləşdirilib.
  50. Cezmi Yurtsever. "saimbeyli tarixi". 2013-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-22.
  51. Ulvi Kurtuluş. "Milli Mucadele". 2007-12-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-23.
  52. Ahmet Mumcu (1984). "Tarih açısından Türk devriminin temelleri ve gelişimi. Tarih açısından Türk devriminin temelleri ve gelişimi. Ankara: İnkılâp Yayınevi. 1984. səh. 80.
  53. Uzunçarşılı, İ. H. Kütahya Şehri, İstanbul Devlet Matbaasıi 1932, s, 180, 181, 183
  54. Kate Fleet, Suraiya Faroqhi, Reşat Kasaba. The Cambridge History of Turkey. IV. Cambridge University Press. 2008. səh. 138.
  55. Uzunçarşılı, İ. H. Kütahya Şehri, 1932, sayfa, 185
  56. Genelkurmay Başkanlığı, Türk İstiklal Harbinde Batı Cephesi, C. II, 2. Kısım, Ankara 1999, sayfa 225
  57. Türk İstiklal Harbi, VI. Cilt, İstiklal Harbinde Ayaklanmalar, T. C. Genelkurmay Harp Tarihi Başkanlığı Resmî Yayınları, Ankara 1974, sayfa 236–237
  58. General Trikupis / Hatıralarım, Çeviren:Ahmet Angın, Hüsnütabiat Matbaası, 1967, Sayfa:67
  59. Savaşlar ve Antlaşmalar: TBMM'ne karşı ayaklanmalar Arxivləşdirilib 2012-10-13 at the Wayback Machine, kurtulussavasi.org
  60. "İsmət İnönünün Lozannadakı müsahibəsi". 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-23.
  61. "KurtuluşSavaşı.Ord – Savaşlar və Anlaşmalar: Qərb Cəbhəsi". 2011-08-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-23.
  62. Επίτομος Ιστορία Εκστρατείας Μικράς Ασίας 1919–1922 (One Volume History of the Campaign in Asia Minor 1919–1922), History Department of Army, Athens 1967, page 116
  63. "İkinci İnönü Müharibəsi". 2015-11-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-23.
  64. Sebahattin Selek; Anadolu İhtilali, Ankara, 1968, s.233. Harp Tarihi Vesikalar Dergisi; s.55, Vesika No:1255.
  65. Nutuk, Ankara, 1982, c:2, s.394.
  66. Selahattin , Türk Kurtuluş Savaşında ikinci inönü Meydan Muharebesi, istanbul, 1933. 90 sayılı Askerî Mecmua'nın eki, s.140, Nutuk, c.2, s.394.
  67. Turgut Özakman, Vahidettin, M. Kemal ve Milli Mücadele, 7. basım, s.500
  68. Επίτομος Ιστορία Εκστρατείας Μικράς Ασίας 1919–1922 (One Volume History of the Campaign in Asia Minor 1919–1922, History Department of Army, Athens 1967
  69. 5 Ağustos 1337 (1921) TBMM Gizli Celse Zabıtları
  70. Nutuk'ta Sakarya Meydan Muharebesi yan başlıklı bölümde bu konu anlatılmıştır.
  71. Christopher Chant "Warfare of the 20th. Century – Armed Conflicts Outside the Two World Wars" Chartwell Books Inc. New Jersey 1988. ISBN 1-55521-233-6, sayfa 23
  72. Nutuk, Büyük Millet Meclisince bana Müşir rütbesiyle Gazi unvanı verilmesi yan başlıklı bölüm
  73. Jelavich, Barbara. History of the Balkans: Twentieth century. Cambridge University Press. 1983. səh. 131. ISBN 978-0-521-27459-3.
  74. Atalay, Kerrar Esat. "İzmir'in İşgali ve Mustafa Kemal". Yeniçağ gazetesi 9 sentyabr 2014. 2016-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-23.
  75. Atilla, Nedim. "Acıyı tazelemeden unutmamak mümkündür…". Egedensoz.com 9 sentyabr 2016. 2016-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 sentyabr 2016.
  76. "Biography on biyografi.net". 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-23.
  77. Eraslan, Cezmi. Mudanya Mütarekesi // TDV Diyanet İslam Ansiklopedisi. İstanbul: Türkiye Yayınevi. 2005. 357–358.
  78. "İşgal Kuvvetlerinde Ek Donanma ve Birlikler". 2017-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-22.
  79. "ABD'den gönderilen 12 Savaş Gemisi". 2018-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-22.
  80. Son Sadrazamlar. İstanbul: Muteverrih yayınları. 2010. (#first_missing_last)
  81. "TBMM Hükümeti dönemi" (PDF) (Türkcə). 1920. 2022-03-03 tarixində arxivləşdirilib (PDF).
  82. D. Mehmet Doğan. Türkiye Cumhuriyeti Tarihine Giriş. İstanbul: Yazar Yayınları. 2013. səh. 184.
  83. Gözler, Kemal. "1921 Teşkilât-ı Esasîye Kanunu". http://www.anayasa.gen.tr/. Bursa, Ekin Kitabevi Yayınları, 2000 say 44-55'ten alınmıştır. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-23.
  84. "Kurtuluş Savaşı'nda İşgal Kuvvetleri". 2017-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-22.
  85. "Zafer'in ardından ABD'ce gönderilen 13 Savaş Gemisi". 2018-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-22.
  86. TDV İslam Ansiklopedisi. Adalar meselesi. 33. səh. 354.
  87. Fuat İnce. Lozan Barış Antlaşması ve Ege Adaları. Ankara: Ankara Üniversitesi Türk İnkılâp Tarihi Enstitüsü. səh. 122.
  88. Doç. Dr. Özge Yücel. "Lozan Barış Antlaşması'nda Azınlıklar" (Türkcə). Türk Hukuk Sitesi. 11-02-2007. 2012-01-18 tarixində arxivləşdirilib.
  89. TDV İslam Ansiklopedisi. Adalar meselesi. 27. səh. 215.
  90. Çağla D. TAĞMAT. LOZAN BARIŞ KONFERANSI’NA YUNANİSTAN TARAFINDAN BAKIŞ: VENİZELOS’UN DÜNYASINDA LOZAN. Ankara: Türkiye Tarihi Araştırmaları. 2014. səh. 162.
  91. Carnegie Endowment for International Peace. "Treaty of Lausanne" (Ingilisc'). 2018-06-13 tarixində arxivləşdirilib.
  92. TDV İslam Ansiklopedisi. Adalar meselesi. 12. səh. 357.
  93. TDV İslam Ansiklopedisi. Adalar meselesi. 25. səh. 357.
  94. Kurtuluş Savaşında Musevi Cemaati ve Hahambaşı Hayım Nahum Efendi Arxivləşdirilib 2014-08-12 at the Wayback Machine, Genelkurmay Başkanlığı (Türkiye), 2003.
  95. 1 2 Ömer Aymalı. "Cumhuriyet nasıl ilan edilmişti ?" (Türkcə). Dünya Bülteni. Archived from the original on 2016-12-20. İstifadə tarixi: 2011 29 oktyabr.
  96. Həmzə Əroğlu. "Türkiye Cumhuriyetinin İlân" (PDF) (Türkcə). Atatürk Araştırma Merkezi Dergisi. 2016-12-02 tarixində orijinalından (PDF) arxivləşdirilib.
  97. Mustafa Kamal Atatürk. Nutuk. Ankara: Atatürk Araştırma Merkezi. 2004. səh. 231.
  98. Gözler, Kemal. "1921 Teşkilât-ı Esasîye Kanunu". http://www.anayasa.gen.tr/. Bursa, Ekin Kitabevi Yayınları, 2000 say 44-55'ten alınmıştır. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 dekabr 2016.
  99. Pakman, Bülent. "Kurtuluş Savaşına Sovyet Yardımı". dekabr 2015. 2017-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyul 2017.
  100. Jurado C. C.; Bujeiro, R. The German Freikorps 1918–23. Osprey Publishing. 2001. ISBN 1-84176-184-2.
  101. Yüceer, Nasır. Birinci Dünya Savaşı'nda Osmanlı Ordusu'nun Azerbaycan ve Dağıstan Harekâtı. Ankara: Gnkur. Askeri Tarih ve Stratejik Etüt Başkanlığı yayınları. 2002. səh. 201. 2020-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-22.
  102. 1 2 Yerasimos, Stefanos. Kurtuluş Savaşı'nda Türk-Sovyet İlişkileri. İstanbul. 2000. 150–151.
  103. 1 2 Karabekir, Kâzım. İstiklâl Harbimiz. İstanbul. 1988. 799.
  104. Atakan, Rauf. "Türk İstiklâl Harbinde İdarî Faaliyetler ve Lojistik" (25). Ankara. 1988. 104.
  105. Aslan, Yavuz. "Bolşeviklerle İlişki Kurmak Amacıyla Oluşturulan Bir Siyasi Kuruluş: Türk Komünist Fırkası (1920)" (6). İstanbul. 2002. 45.
  106. Cebesoy, Ali Fuat. Moskova Hatıraları. Ankara. 1982. 177, 428, 452.
  107. "Türk Kurtuluş Savaşında Sovyet Rusya'nın Malî ve Askerî Yardımları". 2017-08-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-23. (#first_missing_last)
  108. TBMM Gizli Celse Zabıtları I. İstanbul. 1999. 72, 73.
  109. Kaymak. Sultan Galiyev ve Sömürgeler Enternasyonali. 78.
  110. Benhür, Çağatay. "1920'li Yıllarda Türk-Sovyet İlişkileri: Kronolojik Bir Çalışma". 279.
  111. Özalp, Kâzım. . Ankara: Türk Tarih Kurumu. 1971. 74. ISBN 9789751609939 https://books.google.com/books?id=PyKwAAAACAAJ (#bare_url_missing_title).
  112. Mütercimler, Erol. Kurtuluş Savaşı'nda Denizden Gelen Destek Sovyetler Birliği'nden Alınan Yardımlar Kuva-yı Milliye Donanması. İstanbul. 1992. 110–112.
  113. 1 2 Armaoğlu, Fahir. Siyasi Tarih 1789–1960. Ankara Üniversitesi Siyasal Bilgiler Fakültesi yayınları. 1975. səh. 819. 2020-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-23.
  114. Çukurova. Kurtuluş Savaşı'nda Haber Alma ve Yeraltı Çalışmaları. Ankara: Ardıç Yayınları. 1994. səh. 283. ISBN 9789757902164. 2020-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-23.
  115. Göktaş, Faysal. "Türkiye Kurtuluş Savaşı'nda S.S.C.B yardımları". Sol.org.tr/. 7 Mart 2014. 2016-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-23.
  116. Müderrisoğlu, Alptekin. Kurtuluş Savaşı'nın Malî Kaynakları. Ankara. 1990. 522–523.
  117. "Rusya Federasyonu Türkiye Büyükelçiliği internet sitesi". Rusya Federasyonu'nun Türkiye Büyükelçiliği. 2017-06-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-23.
  118. Ataşer. Milli Mücadele Döneminde Sovyet Yardımı ve Türk-Rus İlişkilerinde Kafkasya'nın Yeri. Ankara. 2003. 530–531.
  119. Aydın. Milli Mücadele Döneminde TBMM Hükümeti Tarafından İstanbul'da Kurulan Gizli Gruplar ve Faaliyetleri. İstanbul: Boğaziçi Yayınları. 1992. səh. 322. ISBN 9789754510737. 2020-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-23.
  120. Türk İstiklal Harbi – II nci Cilt – Batı Cephesi – 3 ncü Kısım. — T. C. Genelkurmay Başkanlığı Harp Dairesi Başkanlığı Resmî Yayını

Xarici keçidlər

redaktə