Aşağı Kartli diyarı (gürc. ქვემო ქართლის მხარე) — Gürcüstanda I dərəcəli inzibati – ərazi vahidlərindən biri. 1994–1996–cı illərdə həyata keçirilmiş inzibati islahatlar nəticəsində təşkil edilmişdir. Diyarın inzibati mərkəzi Rustavi şəhəridir.

Aşağı Kartli diyarı
gürc. ქვემო ქართლის მხარე

41°31′ şm. e. 44°31′ ş. u.HGYO


Ölkə
İnzibati mərkəz Rustavi
Ən böyük şəhəri Rustavi
Qubernator Şota Rehviaşvili[1]
Tarixi və coğrafiyası
Yaradılıb 1995
Sahəsi 6 527.6[2] km²
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi 425 000[3] nəfər (2015)
Rəqəmsal identifikatorlar
ISO kodu GE-KK
Rəsmi sayt
Aşağı Kartli diyarı xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İnzibati bölgü

redaktə

İnzibati cəhətdən respublika tabeli Rustavi şəhərindən və altı bələdiyyədən (Başkeçid, Bolnisi, Marneuli, Qarayazı, Salka, Tetri Tskaro) ibarətdir. Aşağı Kartlinin inzibati mərkəzi Rustavi şəhəridir. Ətraflı olaraq bax: Borçalı

Əhalisi

redaktə
Əhali sayının dinamikası
Tarix Əhali Tarix Əhali Tarix Əhali
17.01.2002 497 530[4] 01.01.2006 507 600[3] 01.01.2007 508 300[5]
01.01.2008 486 900[5] 01.01.2009 488 800[5] 01.01.2010 499 900[6]
01.01.2011 505 700[7] 01.01.2012 511 300[7] 01.01.2013 511 100[7]
01.01.2014 513 100[3] 05.11.2014 424 769[4] 01.01.2015 425 000[3]

01 yanvar 2020-ci il tarixinə əsasən diyarın ümumi əhalisi 434.200 nəfər olmuşdur. Onlardan 189.700 nəfəri şəhərlərdə, 244.500 nəfəri isə kəndlərdə yaşayırdı.[8] 2002-ci ildə kənd əhalisinin 152.456 nəfəri kişilərdən, 158.569 nəfəri isə qadınlar təşkil edirdi. Həmin il yekunlarına əsasən kənd əhalisinin 62.50%-i azərbaycanlılardan, 28.40%-i gürcülərdən, 6.70%-i ermənilərdən, 1.50%-i urumlardan, 0.40%-i ruslardan və 0.50%-i digərlərindən ibarət idi. Siyahıyaalınma vaxtı diyarın tərkibinə 6 rayon (2006-cı ildən sonra "bələdiyyə"), 7 şəhər, 8 qəsəbə, 104 sakrebulo və 348 kənd daxil idi. 348 kənddən 147-də azərbaycanlılar, 128-də gürcülər, 31-də ermənilər, 25-ində urumlar, 2-də isə osetinlər əksəriyyət təşkil edirdi, qalan 15 kənddə isə əhali yaşamırdı.

2014-cü ildə Gürcüstan əhalisinin rəsmi siyahıyaalmasına görə diyarın əhalisi 423 986 nəfər təşkil edib və bu göstəriciyə görə Aşağı Kartli Gürcüstanda 2-ci yerdədir.[9] 51,3% əhali təşkil edirlər gürcülər isə 41,8% azərbaycanlılar.[10] Vilayətin qubernatoru Şota Rehviaşvilidir.

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. "7 ახალი გუბერნატორიდან ყველა კაცია". 2022-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-03.
  2. საქართველოს მოსახლეობის 2002 წლის პირველი ეროვნული საყოველთაო აღწერის შედეგები: ტომი I. მთავარი რედაქტორი: თეიმურაზ ბერიძე. თბილისი: საქართველოს სტატისტიკის ეროვნული სამსახური, 2003, გვერდი 53. ISBN 99928-0-768-7
  3. 1 2 3 4 Population. — Number of population by municipalities, page 18. // Demographic Situation in Georgia. Statistical Abstract. Author: National Statistics Office of Georgia. Editor: Tsekvava Tengiz; Responsible for the edition: Shavishvili Paata. Tbilisi — 2015, 100 pages.  (gürc.)  (ing.)
  4. 1 2 "Preliminary Results of 2014 General Population Census of Georgia" (PDF). National Statistics Office of Georgia. 23 October 2015 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 1 may 2015. Arxivləşdirilib: gürc. ing.
  5. 1 2 3 "Population by Municipalities for the Beginning of the Year (Thousands)" (ingilis). National Statistics Office of Georgia. Archived from the original on 2015-10-24. İstifadə tarixi: 2015-10-24..
  6. "Number of Population is Increasing" (PDF) (ingilis). National Statistics Office of Georgia. 31 may 2012. Archived from the original on 2015-10-23. İstifadə tarixi: 2015-10-24..
  7. 1 2 3 "Number of Population as of January 1, 2013" (PDF) (ingilis). National Statistics Office of Georgia. 30 aprel 2013. Archived from the original on 2015-10-23. İstifadə tarixi: 2015-10-24..
  8. "Gürcüstanda əhali azalıb". 2022-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-10.
  9. "მოსახლეობის საყოველთაო აღწერა 2014". საქართველოს სტატისტიკის ეროვნული სამსახური. ნოემბერი 2014. 2018-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 ივლისი 2016.
  10. "georgia-ethnic-2014". 2018-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-03.