ENIAC kompüteri (ing. Electronic Numerical Integrator And Computer : Elektronik Rəqəmsal İnteqral Hesaplayıcı), elektriklə işləyən və elektron emalı tutumuna sahib ilk kompüter. İkinci dünya müharibəsi dövründə ABŞ-lı elm adamları tərəfindən inşa edilən ENIAC, təxminən 167 [m² bir sahəni əhatə edirdi və ağırlığı 30 ton idi. Təxmini olaraq iki soyuducu boyda idi.

ENIAC kompüteri

Bu ilk kompüterin sifarişi, 1941-ci ildə ABŞ-nin İkinci Dünya müharibəsinə qatılmasıyla birlikdə ordu tərəfindən gizli olaraq Pennsylvania Universitetinə aid Elektrik Mühəndisliyi məktəbi olan Moore School of Electrical Engineering-ə verildi. Məqsəd daha az hədəf səhvi ilə uzun mənzilli top və mərmilərin hesablamalarında istifadə edilməsi idi.

Elm adamları Con MaukliPresper Ekkert tərəfindən təxminən 4 il müddətinə emal edildi. Təxmini olaraq 500.000 dollara başa gəldi. ENIAC ilk dəfə sınaq işinə 1945-ci ildə başladı. Həqiqi mənada işləyə bilməsi isə 1947-ci ilə təsadüf etdi. Ancaq 2 sentyabr 1945-ci ildə Yaponiyanın təslim olmasıyla müharibə sona çatmışdı və belə bir cihaz üçün ehtiyac da qalmamışdı. ENIAC 1947-ci ildə ilk dəfə mətbuata tanıdıldı.

Müharibədən sonra

redaktə

Müharibədən sonra ENIAC ən çox olaraq hava təxminlərində, atom enerjisi hesablamalarında, kosmik şüa işlərində, termal işlərdə, təsadüfi rəqəmlərin tapılmasında, külək tuneli dizaynında və digər elmi araşdırmalarda istifadə edildi. 1951-ci ildə isə artıq sənaye məqsədli olaraq istifadə edilməyə başlandı.

ENIAC hazırda Vaşinqtondakı Amerikan Milli Muzeyində nümayiş etdirilir.

Hesablama tutumu

redaktə

ENIAC bir ədədin görünüşünü ayıra bilir, bərabərlikləri qarşılaşdıra bilir, vura bilir, bölə bilir, toplaya bilir, çıxarda və kvadrat kökləri hesablaya bilir. ENIAC-in akkumulyatoru (ön qeydiyyat bölgələri) həm toplama həm də yaddaş funksiyası görürdü. ENIAC-a məlumatlar bir IBM kart oxuyucusu vasitəsilə verilirdi. İşlənmiş məlumatlar isə yenə bir IBM kart cihazı sayəsində alınırdı və bu kartlar yenə IBM-in çıxarmış olduğu bir kart oxuyucu tərəfindən (buna bənzər bir nümunə IBM 405 ola bilər) deşifrə edilirdi.

O zamanlarda 60 saniyə yol gedən bir topun marşrutunun (hədəf istiqamətinin uzunluğu) hesablanması üçün, təxminən 20 saatlıq vaxt lazım idi. ENIAC bu hesablama müddətini 15 saniyəyə azaltdı. 1 saniyədə edə bildiyi toplama əməliyyatı akkumulyator başına 5.000 ədəd idi (cəmi 100.000 ədəd). Saniyədə edə bildiyi vurma əməliyyatı 385, bölmə və ya kvadrat kök alma əməliyyatı isə 38 ədəd idi. Müvəqqəti yaddaşında yalnız 200 ədədi saxlaya bilirdi.

Proqramlaşdırma

redaktə

ENIAC, 6 qadın operator tərəfindən programlanırdı. Proqramlama üsulu isə əllə taxılıb çıxarılan kabellər və idarə olunan düyməllər vasitəsilə edilirdi.

ENIAC ümumilikdə 8 il (1947–1955) istifadə edildi. ENIAC-ı işlətmək üçün sərf olunan xərcləri özündən sonra inkişaf etdirilən "uşaqları", yəni o dövrün yeni nəsil kompüterleri olan EDVACORDVAC-dan çox olmağa başladığına görə, 2 oktyabr 1955-ci ildə saat 11:45-də elektrik xətti kəsildi. Beləcə dünyanın ilk elektronik kompüteri vəzifəsini tamamlamış olaraq tarixdəki yerini aldı.

2 oktyabr 1955-ci ildə ilk universal rəqəmli hesablama maşını olan ENIAC-ın (Electronical Numerical Integrator and Calculator) işi dayandırılmış və o, təntənəli şəkildə ABŞ-nin Hərbi Akademiya muzeyinə təhvil verilmişdir.

Ədəbiyyat

redaktə
  • Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.