Delta (çay)
Delta — çayların mənsəblərində gətirilmə çöküntülərindən əmələ gəlmiş geniş düzənliklərdi. Çayın yatağı deltada bir çox qollara ayrılır.
Ümumi məlumat
redaktəDelataların meydana gəlməsində çay və dəniz suyunun hərəkətləri(qabarmalar), sahillərin forması, quru və dəniz dibinin hündürlük fərqi əsas rol oynayır. İlk mərhələdə sualtı deltalar əmələ gəlir (Hind, Şimali Dvina çaylarında). Sonra, çəküntülərin qalınlığı artdıqca körfəzin işçərilərinə yerləşmiş deltanın özü (Qanq və Brahmaputranın deltası) və dənizə irəliləmiş deltalar meydana gəlir ( Lenanın, Volqanın, Missisipi və digər bir çox çayların deltaları) Deltaların əmələgəlməsində və böyüməsində dəniz fəal iştirak edir. Axınlar və sahilə çarpan ləpələr mənsəbqabağı tirələri dəniz qumu ilə örtür, deltaların böyüməsinə səbəb olur. Bəzən deltalar (məsələn, Kamçatka çaylarının deltaları) dəniz axınlarının gətirdiyi çöküntülərdən ibarətdir, çayın rolu belə halda ancaq passiv olur. Nəhayət, bəzi çaylar (məsələn, Neva) saxta deltalı olur. Nevanın suyu olduqca təmizdir; gətirilmə çay çöküntüləri çox nazik lay — sualtı delta və deltaqabığı say əmələ gətirir. Sankt-Peterburqun salındığı adalar çay çöküntülərindən əmələ gəlməmişdir, onlar materikin Neva tərəfindən parçalanmış qədim ovalıq hissələridir. Bu, psevdodeltadır.
Deltalar arasıkəsilmədən böyüyür. Missisipinin deltası ildə 4-dən 100 m-dək, Sırdəryanınkı 97-dən 108 m-dək, Amudəryanınkı 2000 m-dək artır. Bəzi çayların deltaları (Dunay, Po) çox zəif artır. Deltaların böyük sürətlə artmasından allüvial düzənliklər əmələ gəlir. Dünyada ən böyük deltalardan biri Xuanxe çayının mənsəbində yaranmışdır. Hal hazırda bu delta Şandun yaramadası adlanılır[1]. Onun sahəsi 445 min km²-dir. Benqal körfəzinə tökülən Qanq və Braxmaputrana çaylarının mənsəbindədə böyük sahə tutan delta var.
Adın etimologiyası
redaktəDelta termini əslində sami mənşəlidir və sonradan yunan əlifbasının dördüncü hərfinə verilən addır. Yazılış forması (Δ) üçbucaq şəklində olan bu hərfin adından Herodot Nilin mənsəbini təsvir edilərkən istifadə edilmiş. Nilin yuduğu sahə formasına görə "delta" hərfini xatırladır. Sonradan bu ad bütün məsnsəblərə aid olundu, baxmayaraq ki, delta həmişə yunan hərfinə oxşamır.
Delta tipləri
redaktəAsılı gətirmələrin toplanma formasına görə deltalar bir necə qrupa bölünür:
- Yelpikvari (Nil çayı)
- Saçağaoxşar (Missisipi çayı)
- Dimdiyəoxşar (Tibr çayı)
- Qövsvarı (Lena çayı)
Dünyanın ən böyük deltaları
redaktəÇaylar | Deltasının sahəsi, km² ilə |
---|---|
Xuanxe | 445 000 |
Qanq | 82 700 |
Mekonq çayı | 70 000 |
Niqer | 70 000 |
Yukon–Kuskokvim Deltası | 70 000 |
Lena | 45 000 |
Missisipi | 36 000 |
Volqa | 27 200 |
Nil | 24 000 |
Orinoko | 24 000 |
Mars planetində deltalar
redaktəAvropa Kosmik Agentliyinə məxsus olan Mars Express Avtomatik planetlərarası stansiyanın göndərdiyi fotolara əsasən məlum olmuşdur ki, vaxtilə Mars planetində su hövzələri mövcud olmuşdu. Vaxtilə mövcud olmuş göl sahilində ki, deltanın izləri bunu sübut edir. Uzunluğu 60 km, sahəsi 115 km² olan bu delta müasir Ebersvald kraterinin yaxınlığında yerləşir və təxminən 3.7 milyard il öncə formalaşmış.[2][3]
Şəkillər
redaktə-
Qanq və Braxmaputra çaylarının deltası
-
Missisipi deltasının inkişafı
-
Marsın səthində meydana gəlmiş delta.
Həmçinin bax
redaktəİstifadə olunmuş ədəbiyyat
redaktə- L.P.Şubayev. Ümumi Yerşünaslıq. "Maarif" Bakı. 1986.
- Geologiya. Ensiklopediya. "Şərq-Qərb" 2008.
- Coğrafiya ensiklopediyası. I kitab. Bakı.2012.
- Uşaqlar üçün ensiklopediya. Coğrafiya."Şərq-Qərb" 2012.
İstinadlar
redaktə- ↑ "Энциклопедия Кругосвет. Универсальная научно-популярная онлайн-энциклопедия. ДЕЛЬТА". 2022-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-15.
- ↑ "Rare martian lake delta spotted by Mars Express. "Mars Express"". 2019-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-17.
- ↑ "На Марсе найдена речная дельта". 2015-12-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-17.