Bolqarıstan (bolq. България), rəsmi adı Bolqarıstan Respublikası (bolq. Република България) — Avropa ölkəsi və Avropa İttifaqı, Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) üzvüdür.

Bolqarıstan
Република България
Republika Bǎlgarija
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
Съединението прави силата
Himn: Мила Родино
Tarixi
 • Müstəqillik 3 mart 1878
 • Aİ-yə qəbul 2007
Rəsmi dilləri
Paytaxt Sofiya
İdarəetmə forması Parlament respublikası
Prezident Rumen Radev (Румен Радев) 22.I.2017
Baş nazir Dimitar Glavchev (Димитър Главчев) 9.IV.2024
Sahəsi Dünyada 105-ci
 • Ümumi 110879 km²
 • Su sahəsi (%) 0,3
Əhalisi
 • Əhali 7 400 min nəfər (104-cü)
 • Siyahıyaalma (2011) 7 351 234 nəf.
 • Sıxlıq 67 nəf./km² (124-cü)
ÜDM (AQP)
 • Ümumi 128,6 milyard dollar  (78-ci)
 • Adambaşına 17 900 dollar  (93-cü)
ÜDM (nominal)
 • Ümumi (2010) 44,843 milyard dollar  (68-ci)
 • Adambaşına $5.955 dollar  (68-ci)
İİİ (2013) 0.782
Valyuta Bolqarıstan levi
İnternet domeni .bg
ISO kodu BG
BOK kodu BUL
Telefon kodu +359
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d][2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Bolqarıstan

Beş ölkə ilə – şimaldan Rumıniya, qərbdən SerbiyaŞimali Makedoniya, cənubdan YunanıstanTürkiyə ilə həmsərhəddir.

Bolqarıstanda yerli idarəetmələr, bölgə, şəhər tipli qəsəbə (district) və bələdiyyələrdir. 1991-ci ildə qurulan şəhər tipli qəsəbələr hələ ki, qurulma mərhələsini tamamlamamışdır.

Hal-hazırda Bolqarıstanda 9 bölgə və 255 bələdiyyə vardır.

Etimologiya

redaktə

XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə Bulğarstan (بولغارستان ) adlandırılmışdır.[3]

Demoqrafiya

redaktə

Bolqarıstan Milli Statistika İnstitutunun 31 dekabr 2011-ci ilə olan məlumatına əsasən ölkə əhalisi 7,327,224 nəfərdir .[4]

Milli tərkib

redaktə
Bolqarıstan əhalisinin milli tərkibi
Etnik qruplar 2001 sa.[5][6][7] 2011 sa.[8][9]
cəmi 7,928,901 7,364,570
bolqar 6,655,210 5,664,624
türk 746,664 588,318
qaraçı 370,908 325,343
rus 15,595 9,978
erməni 10,832 6,552
arumın 10,566 3,684
makedoniyalı 5,071 1,654
qaraqaçan 4,107 2,556
yunan 3,408 1,379
ukraynalı 2,489 1,789
yəhudi 1,363 1,162
rumın 1,088 891
krım tatarı 1,803 *
qaqauz 540 *
digər 16,449 19,659*
m.g. 86,915 53,391

Bolqarlar

redaktə
  • 2001-ci il siyahıya alınmasına əsasən 8.000.000 nəfər olan Bolqarıstan əhalisinin 83,94%-i (6.655.210 nəfər) öz milli mənsubiyyətini bolqar olaraq göstərmişdir. 2001-ci il siyahıya alması zamanı onlardan 6.622.850 nəfəri ana dilini Bolqar dili olduğunu bildirdi. 6.655.210 nəfər Bolqarın 6.315.938 nəfəri xristianlığa (6.263.536 nəfəri pravoslav, 37.811 nəfəri katolik, 14.591 nəfəri protestant), 131.531 nəfəri islama, 107.741 nəfəri isə digər dinlərə etiqad edir.[6]

Pomaklar

redaktə

2001-ci il əhali siyahıyaalınmasına əsasən pomaklar etnik anlamda bolqar olaraq siyahıya alınmışdırlar. Saylarının siyahıyaalmaya əsasən 131,531 nəfər olduğu məlum olmuşdur. Ancaq qeyri-rəsmi təxminlərə əsasən siyahıyaalınma zamanı pomaqların sayı təxminən 160,000–240,000 nəfər arasında olmuşdur.[10]

Türklər

redaktə

Türk əsilli tayfaların Bolqarıstan Respublikasının ərazisində məskunlaşması tarixi təxminən III əsrin sonu IV əsrin əvvəllərində başlanmış və Osmanlı İmperiyasının Bolqarıstanın ərazisinin fəthinədək davam etmişdir .

  • 2001-ci ildə aparılmış siyahıya almaya əsasən ölkə əhalisinin 9,42%-i (746.664 nəfər) öz etnik mənsubiyyətini Türk olaraq göstərmişdir. Beləliklə bu siyahıya alma zamanı türklərin 720.136 nəfəri ana dilini türkcə, 26.147 nəfəri isə Bolqar dili olaraq göstərmişdir. Dini inanc baxımından isə türklərin 713.024 nəfəri islama (660.003 nəfəri sünni, 53.021 nəfəri qızılbaş), 10.052 nəfəri xristianlığa (5.425 nəfəri provoslav, 2.561 nəfəri katolik, 2.066 nəfəri protestant), 23.588 nəfəri isə digər dinlərə etiqad edirlər.[6]

Qaraçılar

redaktə
  • 2001-ci il siyahıya alması zamanı 370.908 nəfər öz etnik mənsubiyyətini Qaraçı (bolqarca : Роми) olaraq göstərmişdir. Onların 204.977 nəfəri xristianlığa (180.326 nəfəri pravoslav, 24.651 nəfəri protestant), 103.436 nəfəri islama, 62.495 nəfəri isə digər dinlərə etiqad edir. Siyahıya almaya əsasən Qaraçıların 319.821 nəfəri ana dilini qaraçı dili (bolqarca : майчин език), 26.147 nəfəri bolqar dili, 24.214 nəfəri türkcə, 726 nəfəri isə digər dillər kimi göstərmişdir.[6]

Bölgələrlə bağlı statistik göstəricilər

redaktə
# Bölgənin adı Əhalisi Ərazisi (kv. km) Sıxlıq
1 Sofiya şəhəri 1.220.196 1.241.5 983.4
2 Burqaz 878.145 14.659.7 59.7
3 Varna 991.901 11.927.8 83.0
4 Loveç 1.048.025 15.150.0 69.0
5 Montana 653.285 10.622.0 61.7
6 Plovdiv 1.289.991 13.625.2 94.5
7 Ruse 835.713 10.838.2 77.8
8 Sofiya 1.003.761 19.100.4 52.9
9 Haskovo 1.055.010 13.897.0 76.0
10 Cəmi 8.976.027 110.618 80.8

Adın etimologiyası

redaktə

Bolqar xalqının etnonimindən.

Bolqarıstan beş əsr ərzində Osmanlı imperiyasına daxil olub. Buna baxmayaraq, bütün bu dövr ərzində Bolqarıstanda pravoslav ənənələri güclü olub.

Müasir tarix

redaktə

Birinci dünya müharibəsində Almaniya imperiyası tərəfində döyüşən Bolqarıstanın vəziyyəti müharibədəki məğlubiyyətdən sonra daha da pisləşdi. 1919-cu ilin əvvəli üçün ölkədəki 300 iri sənaye müəssisəsindən ancaq 74-ü işləyirdi. 1919-cu ilin avqustunda və 1920-ci ilin martında keçirilən seçkilərdə Bolqarıstan Xalq Əkinçilik İttifaqı (BXƏİ) və Bolqarıstan Kommunist partiyası (tesnyaklar) qələbə qazandılar. BXƏİ lideri A. Stanboliyskinin başçılığı ilə hökumət təşkil olundu. Hökumət bir sıra demokratik islahatlar keçirdi. 1922-ci ildə Bolqarıstanda Xalq Anlaşması və Hərbi cəmiyyət kimi faşist təşkilatları meydana gəldi. Onlar 1923-cü ilin iyununda dövlət çevrilişi edərək Stanboliyski hökumətini devirdilər. Onun özü faşistlər tərəfindən vəhşicəsinə öldürüldü. Ölkədə faşist diktaturası yaradıldı. 1931-ci ildə Xalq Məclisinə keçirilən seçkilərdə müxalifətdə olan burjua partiyalarının təşkil etdiyi Xalq bloku qələbə qazandı. Malinovun başçılığı ilə onların nümayəndələrindən ibarət koalisyon hökumət yaradıldı. Hökumətdə əsas rolu vaxtilə faşist çevrilişində iştirak etmiş Demokratik partiya oynayırdı. 1932-ci ildə faşist tipli yeni Nasional-Sosialist Hərəkat partiyasıZveno təşkilatları meydana gəldi. 1934-cü ilin mayında K. Georgiyevin Zveno qrupu tərəfindən dövlət çevrilişi edildi. 1935-ci ildə təşkil olunmuş yeni dövlət çevrilişi nəticəsində İtaliya kralının qızı ilə evlənmiş çar Boris hakimiyyətə gəldi. Beləliklə, Bolqarıstanda monarxist faşist diktaturası bərqərar oldu. Faşist Almaniyasının və İtalyanın köməyi ilə ölkədə sürətli silahlanma başlandı. İkinci dünya müharibəsindən sonra, Bolqarıstan demək olar ki, yarım əsr Sovet İttifaqının əlaltısına çevrildi. Ölkənin 2004-cü il mart ayında NATO-ya daxil olması Qərb dünyasına inteqrasiya yolunda Bolqarıstanın ən böyük uğuru oldu.

Kommunizmin dağılmasından sonra Bolqarıstanın demokratiya və bazar iqtisadiyyatına keçidi asan olmadı. 90-cı illərin birinci yarısında siyasi qeyri-stabillik və tətillər davam etdi. Öz partiyalarının adını sosialist kimi dəyişdirən kommunistlər yenə də böyük təsirə malik idilər. 90-cı illərin ikinci yarısında isə ölkədə daha çox stabillik, iqtisadi islahatların həyata keçirilməsində inkişafın hiss edilməsi müşahidə olunub. 2001–2005-ci illər arasında baş nazir vəzifəsini keçmiş çar II Simeon tutanda, ölkə iqtisadiyyatını Avropa Birliyi meyarlarına uyğunlaşdırmaq məqsədilə aktiv bazar islahatları keçirdi. Nəticədə, Bolqarıstan inflyasiyanın və həmin vaxta qədər 20 faizə çatan işsizliyin azalması ilə iqtisadi inkişafa nail oldu. Buna baxmayaraq, əhalinin həyat səviyyəsi və gəliri hələ də aşağı olaraq qalır. 2004-cü ildə Bolqarıstan Avropa Birliyinə (AB) namizədlər arasına düşmədi, amma artıq 2005-ci ilin aprel ayında ölkə birliyə daxil olmaq barədə müqavilə imzaladı və 2007-ci il yanvarın 1-dən Avropa Birliyinin tərkibinə daxil olması ilə əlaqədar razılıq əldə etdi.

Siyasət

redaktə

1. Demokratik Qüvvələr İttifaqı – DQİ (1989) sədr: N. Mixaylova;

2. Bolqarıstan Sosialist Partiyası – BSP (1991) sədr: S. Stanişev;
3. Xalq İttifaqı: Demokratik Partiya və Bolqarıstan Xalq Əkinçi İttifaqı, lider: A. Mozer;
4. Azad Demokrat İttifaqı, lider: S. Sofyaneki.

İnzibati ərazilər

redaktə

8 vilayətdən ibarətdir. Vilayətlər icmalara bölünür.

Silahlı qüvvələr

redaktə

İllik hərbi xərclər 356 mln. dol. (2002)

İqtisadiyyat

redaktə

İxracat

Maşınqayırma məhsulları, ərzaq məhsulları, çaxır, tütün, yanacaq, xammal, ayaqqabı, dəmir.

İdxal

Enerji daşıyıcıları, avtomobilılər, xalq istehlakı malları.

Bolqar dili.

2001-ci il siyahıya almasının yekunlarına əsasən Bolqarıstanda 96 dini cərəyan qeydə alınmışdır .[6]

MİLLİ STATİSTİKA İNSTİTUTU HESABATI (2001)
Dini cərəyanlar Say, 2001 s.a.[6] Say, 2011 s.a.[11]
Toplam 7 928 901 7 364 570
Pravoslav xristianlar 6 552 751 4 374 135
Katolik xristianlar 43 811 48 945
Protestant xristianlar 42 308 64 476
Qriqoryan xristianlar 6 500 1 715
Müsəlmanlar 913 957 546 004
Qızılbaş müsəlmanlar 53 021 27 407
Digər müsəlmanlar * 3 728
Buddistlər 1 042 *
İudaistlər 653 706
Digər 314 858* *

İstinadlar

redaktə
  1. 3 // Constitution of Bulgaria.
  2. http://chartsbin.com/view/edr.
  3. Султан-Меджид Ганиев, Русско-татарский словарь, Баку, 1909
  4. Национален Статистически Институт :6.1.1. Население по области, общини, местоживеене и пол – Данни Arxivləşdirilib 2012-11-13 at the Wayback Machine
  5. National, regional and minority languages in Europe. Frankfurt am Main, 2011. İSBN: 9783631603659. Contents: On the minority languages in Bulgaria, page 97–106 Arxivləşdirilib 2023-07-03 at the Wayback Machine
  6. 1 2 3 4 5 6 Национален съвет за сътрудничество по етническите и интеграционните въпроси :Етнически Малцинствени Общности Arxivləşdirilib 2019-10-14 at the Wayback Machine
  7. Национален Статистически Институт :Население към 1. mart 2001 г. по области и етническа група Arxivləşdirilib 2020-06-16 at the Wayback Machine
  8. Национален Статистически Институт: Преброяване на населението и жилищният фонд в Република България 2011 :Население по местоживеене, пол и етническа група Arxivləşdirilib 2018-04-08 at the Wayback Machine
  9. Национален Статистически Институт: Преброяване на населението и жилищният фонд в Република България 2011 :Население по местоживеене, възраст и етническа група 1 Arxivləşdirilib 2019-08-15 at the Wayback Machine
  10. Minority Rights Group International: Bulgaria :Bulgarian-speaking Muslims (Pomaks) Arxivləşdirilib 2015-07-09 at the Wayback Machine
  11. Национален Статистически Институт: Преброяване 2011 окончателни резултати :Население по местоживеене, възраст и вероизповедание Arxivləşdirilib 2012-01-28 at the Wayback Machine---..Данните са конфиденциални съгласно Чл. 25 от Закона за статистиката

Xarici keçidlər

redaktə