Bavariya
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bavariya (alm. Bayern; Freistaat Bayern — Müstəqil Bavariya Dövləti) — Almaniyanın cənub-şərqində yerləşən və ərazisinə görə ölkənin ən böyük vilayəti. Vilayətin tərkibinə yeddi inzibati dairə — əyalət Yuxarı Bavariya, Aşağı Bavariya, Yuxarı Pfalts, Yuxarı Frankoniya, Mərkəzi Frankoniya, Aşağı Frankoniya və Şvabiya daxildir. Vilayətin paytaxtı Münhen şəhəridir. Əhalisi üç əsas etnik tərkibdən: bavarlar, frankonlar və şvablardan ibarətdir[3].
Bavariya | |
---|---|
Freistaat Bayern | |
49°04′43″ şm. e. 11°23′08″ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Münxen |
İcra başçısı | Markus Zöder |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 12 yanvar 1919 |
Sahəsi |
|
Hündürlük | 503 m[2] |
Saat qurşağı |
|
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | DE-BY |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
"Müstəqil Bavariya Dövləti" tarixi termini göstərir ki, Bavariya monarxiya əyaləti olmamışdan əvvəl respublika idi. Almaniyadakı ən böyük əyalət (ərazisinə görə) və onun on iki milyon əhalisi özlərinin VI əsrə gedib çıxan tarixləri ilə fəxr edirlər.
Adət-ənənələrin gündəlik həyatın ayrılmaz hissəsi olduğu buradan fərqli olaraq, Almaniyanın heç bir yerində ənənələr bu cür möhkəm saxlanılmayıb; insanlar rəngli ənənəvi paltarı hər il Münhendə keçirilən Oktoberfest festivalı kimi əsas xalq musiqisi festivallarından başqa, həm də gündəlik həyatda da geyinirlər. Bavariya özünün həm də mədəni və tarixi irsi, o cümlədən əzəmətli təbiət gözəllyinin cazibəsi ilə turistləri cəlb edir. Almaniyada ən hündür zirvə olan Zugspitze (2 962 metr) dağının yerləşdiyi Alp dağları — Çimsi və Köniqsi kimi heyrətamiz gölləri olan Alp yamacları, milli parkı olan Bavariya meşəsi, Frankonian Jura, Fiçtel təpələri, Steyqervald, Spessart və əyalət ətrafındakı digər mənzərəli yerlər istirahət, əyləncə və təbiətdən həzz almaq üçün turistlərə müqayisə olunmaz dərəcədə xoş imkanlar yaradır. Dağlar piyada səyahət edənlər üçün cənnətdir; Alp yamaclarındakı göllər və Meyn-Dunay Kanalı tikintisinin axını üzərində Frankoniyada yaradılmış yeni süni göllər istirahətə gələnləri su oyunlarında iştirak etməyə dəvət edir.
Əyalət geniş parklarla kifayət qədər zənginləşib. Bunlara Aşaffenburqdakı Şönbuş Parkını, Ansbakdakı Hofqarten və Münhendəki İngilis Bağını, o cümlədən gözəl sarayları, hər şeydən əvvəl "sehirli-nağıl kralı" olan II Lüdviqin nəhəng saraylarını: Lindeohof, Noyşvanştayn qəsri və Herrençimsi saraylarını aid etmək olar. Vürzburq və Bamberqdəki kral iqamətgahları, özünün zəngin mis həkkarlıq kolleksiyası olan Vestekoburq kimi, nəhəng gözəlliyə malikdir.
Tarixi
redaktəBavariya Avropanın qədim dövlətlərindəndir. Hesab olunur ki, bavarların etnogenezində bu ərazilərdə yaşamış qədim romalılar, keltlər və gəlmə germanlar mühüm rol oynamışlar. Qədim bavar torpaqlarının ilk sakinləri keltlər və cənubda etrusklar olmuşlar. İlk yaşayış məskəni e.ə. 365-ci ildə Bohemiya hesab olunur. Qalliyanın barbarlardan daha müvəffəqiyyətlə müdafiə etmək məqsədilə Avqust öz sərkərdələri Druz və Tiberiyaya indiki Bavariya ərazilərini ələ keçirməyi və yerində iki, mərkəzi Avqusta olmaqla Resiya və Norik əyalətlərini düzəltməyi əmr edir. Onların arasındakı sərhəd İnna çayı olur. VI əsrdən Bohemiyadan bura yeni sakinlər — markomanlar, kvadlar gəlməyə başlamışlar və özlərilə Bajuwarii adını da gətirmişlər.
Dövlətçilik ənənələri eramızın VI əsrlərinə gedib çıxır. XIX əsrin əvvəllərinə kimi bu ərazidə, Alp dağlarının şimal ətəklərində VI əsrdə Agilolfinqlər hersoqluğu, X əsrdə Velflər daha sonra Vittelsbaxlar hersoqluğu höküm sürmüşdür. 1158-ci ildə Henrix Lev İzar çayı sahilində indiki Münhen şəhərini saldırmışdır. XVIII əsrin ortalarına kimi Regensburq hersoqluğun inzibati mərkəzi — paytaxtı olmuşdur.
Vittelsbaxlar
redaktəHenrix Lev öldükdən sonra 1180-ci ildə Müqqəddəs Roma imperatoru I Fridrix Barbarossa əyalətin idarəsini Bavariyanın Pfalts qrafı Otton fon Vittelsbaxa tapşırır. Sonrakı dövrlərdə Vittelsbaxlar öz hakimiyyətlərini daha da möhkəmləndirdilər. İntibahın ən yüksək nöqtəsi kayzer bavar IV Lüdovikin zamanına təsadüf edir. Belə ki o, öz ərazilərinə Brabdenburq, Tirol, Hollandiya və Enonu birləşdirə bilmişdir. XX əsrə qədər Bavariya çoxsaylı şəhərlərə malik olmasına baxmayaraq aqrar ölkə olaraq qalmışdır. XIV–XV əsrlərdə Vittelsbaxlar hersoqluğu zəifləyərək vərəsəlik çəkişmələri nəticəsində parçalanır. Lakin Müdrik IV Albrext (1467–1508) ilk vərəsəliyə əsaslanaraq bavar hersoqluğunu öz hakimiyyəti altında birləşdirməyə nail olur.
Frankoniya və Şvabiyada Salerlər və Ştaufenlər dövründə, XII–XIII əsrlərdə Bamberq, Virzburq, Anzbax, Bayroyt kilsə malikanə və torpaqları birləşdirildi, Nürnberq, Auqusburq, Şvainfurt, Rotenburq və Nördlinqer kimi imperiya şəhərləri avropanın mədəni iqtisadi mərkəzlərinə çevrildilər. Bu dövrlərdə xristiyanlıqda reformasiya frankoniya və Şvabiyanı bürümüş olsa da qədim bavar əraziləri roma-katolik kilsəsinə sədaqətini saxlaya bilmişdir. V Albrextin (1550–1579) və mömin Vilhelmin (1579–1597) hakimiyyəti dövründə Bavariya əks reformasiya qalasına çevrililir. Martin Lüterin rəqibi Yohannes Ek İnqolştadtda 1472-ci ildə hersoq Lüdviq tərəfindən təsis olunmuş bavar universitetində aktiv fəaliyyət göstərməyə başlamışdır. V Albrextin zamanında Münhen elm və mədəniyyət mərkəzinə çevrilir. Otuz illik müharibə Frankoniya, Şvabiya və Bavariyaya müflüslük və kurfürşestlik (seçilmiş knyazlar, hakimlər) gətirmiş olur. İlk bavar knyazı I Maksimilyan (1597–1651) Yuxarı Pfaltsı birləşdirərək Bavariya torpaqlarını genişləndirir. Onun varisi Maks Emanuel (1662–1726) memarlığa və mədəniyyətə barok stilini gətirmiş olur. O, imperator Karl Albrextin (1742–1745) zamanında türklərə qarşı göstərmiş olduğu şücaiəti ilə məşhur olmuşdur. III Maks Yozefin (1745–1777) zanına qədər Bavariya mədəni çiçəklənmə dövrü keçir. Prussiyanın və Avstriyanın müşahidəçi mövqeyi sonuncu knyaz IV Maks Yozefin Napoleonun protektoratlığı altına düşməsinə səbəb olur.
1 yanvar 1806-cı ildə IV Maks Yozef I Maks kimi taxta çıxaraq Reyn ittifaqına daxil olur. Onun naziri Montgels sərt dövlət sistemini qurur. 1808-ci ildə konstitusiya ilk dəfə olaraq hamının qanun qarşısında eyni olduğunu, mülkiyyətin və şəxsiyyətin qorunması, vicdan azadlığı və məhkəmələrin sərbəstliyini təmin etmiş olur. Bu konstitusiya 1818-ci ildə Bavariyanın demokratik parlament idarəçiliyinin əsasını qoymuş olur. Bu dövrdən Bavariya parlamenti iki palatadan: deputatlar və dövlət şurası üzvləri palatasından ibarətdir.
II Lüdviqin zamanında (1864–1886)Bavariya Prussiya və Fransaya qarşı müharibələrdə iştirak etmişdir. 1866-cı ildə Avstro-prussiya müharibəsində Avsriya tərəfindən, 1870–1871-ci illərdə isə Fransaya qarşı Prussiya tərəfindən çıxış etmişdir. Fransa- almaniya müharibəsindən sonra bavariya yenidən Almaniya imperiyasına qatılmışdır. II Lüdviq "Nağıl kralı" kimi tanınan, siyasətdən uzaqlaşaraq öz malikanəsinin tikintisilə məşğul olur. Beləliklə əmisi şahzadə qəyyum Luitpold öz oğlu III Lüdviq ilə Bavariyanı 738 il idarə etmiş Vittelsbaxların sonuncu nümayəndələri olurlar.
XX əsrdə
redaktəBirinci dünya müharibəsinda Almaniya imperiyasının məğlubiyyətindən sonra Bavariyada kommunistlərin çıxışları çoxaldı və kommunistlər inqilab edərək 1919-cu ilin 6 aprelində Bavariya Sosialist Respublikasının qurulduğunu elan ediblər. Lakin alman ordusunun müdaxiləsindən sonra respublika bir ay sonra süqut etdi. 1923-cü ildə burada Pivə qiyamı baş verdikdən sonra Bavariyanın Münxen və Nürnberq şəhərləri Nasional-Sosialistlərin dayağına çevrildi. Sənaye mərkəzi olan Bavariya İkinci dünya müharibəsində müttəfiqlərin aviasiyası tərəfindən güclü bombardmana məruz qoyulmuşdu. Soyuq müharibə dövründə Bavariya Qərbi Almaniyanın tərkibinə daxil olmuşdu. Müharibədən sonra Bavariyada çox sürətli yenidənqurma işləri görülüb. 1972-ci ildə Bavariyada Yay Olimpiya oyunları keçirildi.
Sərhədləri
redaktə- Baden-Vürtemberq — 829 km
- Hessen — 262 km
- Türingiya — 381 km
- Saksoniya — 41 km
- Çexiya — 357 km
- Avstriya — 816 km
- Boden gölü (İsveçrə) — 19 km
Əhalisi
redaktə
İnzibati bölgüsüredaktəŞəhərləriredaktə
İdarə üsuluredaktəBavariyanın qanunverici orqanı xalq tərəfindən seçilən Bavariya Landtaqı (alm. Bayerischer Landtag) — vilayət məclisidir. Məclisin sədri Barbara Ştammdır. İcra orqanı alm. Bayerische Staatsregierung-Bavariya hökumətidir. Hökumətə alm. Bayerischer Ministerpräsident — baş nazir rəhbərlik edir. 27 oktyabr 2008-ci ildən hökumətə xristiyan-sosialların nümayəndəsi Horst Zehofer başçılıq edir. LandşaftredaktəBavariya ərazisinə üç böyük alman landşaftının hissələri daxildir: şimali Kalkalp və gözəl gölləri ilə Alp dağətəyi, "Şottişe ebene" (Şottiş düzü), Dunay və alman mərkəzi dağ silsiləsi. Bavariyanın torpaqları bol suludur. Ən böyük çayı Dunaydır. Şimal qərbdə Mayn çayı, Frankoniya meşə massivlərindən və Fixtelqebirqe silsiləsindən mənbəyini götürən Zaale çayı. Reyn və Dunay çay hövzələri 1992-ci ildə tikilmiş Reyn-Mayn-Dunay kanalı ilə bir-birilərilə qovuşur. Dunay Avropanın Volqadan sonra ikinci böyük çayı sayılır. Burada çay gəmiçiliyi geniş inkişaf etnişdir. Bavariya göllər ölkəsidir. Onlarınəksəriyyəti Alpətəyi zonalarda yerləşir və sayları 1600-ə çatır. Ən böyükləri Kim (alm. Kilmsee), Ammer (alm. Ammersee), Ştarnberq (alm. Schtarnbergsee), Teqern (alm. Tegernsee), Köniq (alm. Königsee), ən dərini Valxen (alm. Walchensee) (192 m) gölləridir. Frankoniya və çənubda — Bavariya Alpında çoxlu mağara və şaquli şaxtalara rast gəlinir. Bunlardan ən dərini Geburtstaq (alm. Geburtstagsschacht 7800 m) şaxtasıdır. Ən böyük mağara isə Zalçqrabenhöhle (alm. Salzgrabenhöhle) sayılır. İqlimredaktəŞimal qərb və şərq ərazilərinin iqlimi kontinentaldır. İlin 100 günü havanın temperaturu sıfır və mənfi olur. Qərb küləkləri orta hesabla 70 sm yağış gətirir. İl ərzində günəşli hava 1600–1900 saat təşkil edir İqtisadiyyatredaktə1950-ci ilə qədər kənd təsərrüfatı Bavariyada prinsipial iqtisadi sektor idi. Son onilliklər ərzində əvvəlki aqrar əyalət müasir sənaye və xidmət mərkəzinə çevrildi. İndi Bavariya Almaniyada bir nömrəli yüksək texnologiya zonasıdır. Elmi, iqtisadi və texniki məsələlərdə müstəqil əyalət informasiya və kommunikasiya texnologiyasında tutmuş bioloji və gen texnologiyasına, tibb texnologiyasının hər bir metoduna qədər bütün sahələri əhatə edən əsas gələcək yönlü sahələrdə yüksək səviyyədə ixtisaslaşıb. Lakin Bavariyanın geniş hissələrində — təkcə Alp yamaclarında deyil, digər sahələrdə də fermaçılıq və meşə sənayesi hələ də əsas rol oynayır. Bavariya pivəsi (1516 təmizlik qaydasına əsasən hazırlanır) dünyada məşhurdur: bu məhsulda istifadə olunan mayaotu Bavariyanın özündə yetişir. Frankonian şərabı da həmçinin mükafata layiq görülüb. Bu gün əyalətin ümumi məişət məhsullarının təqribən 35 faizi məhsul sənayesindən və yarısından çoxu isə xidmət sektorundan yararlanır. 1835-ci ildə çəkilmiş Almaniyada ilk dəmir yolu xətti ilə birləşən iki əkiz şəhər Nürnberq (487 000 əhali) və Fürs (109.000 əhali) elektrik, mexaniki və maşınqayırma mühəndisliyi, nəşriyyat ticarəti və plastika, oyuncaq və qida sənayesi üzərində təmərküzləşən sənaye regionu yaratmışdır. Yaxşı saxlanılmış orta əsrlər abidələrinə (Daş Körpü 1146-cı ildə tikilmişdir) malik Regensburq şəhəri (125 000 əhali) bu gün avtomobil maşınqayırması və toxuculuq, maşınqayırma və qida sənayesi hesabına yaşayır. Burada həmçinin fəaliyyətdə olan Dunay limanı da var. İnqolştadt şəhəri (114 000 əhali) avtomobil istehsalı və neftayırma zavodlarının məskənidir. Vürzburq şəhəri (126 000 əhali) təkcə çap mətbuatı, elektronika və qida sənayesi ilə deyil, o cümlədən üç böyük şərab istehsal edən malikanəsi ilə öyünür. Şərqi Bavariyada şüşə məhsulları və çini qablar istehsalı ənənəvi təcrübə üzrə davam etdirilir. Münhendəki "Bauma" və "SYSTEMS" yarmarkaları, o cümlədən Nuramberqdəki Oyuncaq Yarmarkası kimi beynəlxalq ticarət yarmarkaları bütün dünyada məşhurdur. Bavariya tarixən həm Almaniyanın, həm də Avropanın ən inkişaf etmiş regionlarından biri olub. 2007-ci ildə regionun Ümumi Daxili Məhsulu 434 milyard avronu (600 milyard ABŞ dolları) ötüb. Bu göstəricisinə görə Bavariya Avropanın ən böyük iqtisadiyyatından birinə sahibdir, dünyada cəmi 17 dövlət Bavariyadan daha böyük iqtisadiyyata malikdir. Mərkəzi qərargahı Bavariyada yerləşən çoxlu iri şirkətlər var, bunalara nümunə olaraq BMV, Siemens, Audi, Allianz və çoxlu sayda digər şirkətləri göstərmək olar. Adambaşına düşən ÜDM miqdarı Bavariyada 48.000 dollardır, bu göstəriciyə görə dünyada Bavariyanı 7 dövlət qabaqlayır. MədəniyyətiredaktəBavariya öz mədəni irsini qorumaq üçün hər il 100 milyon avrodan çox vəsait xərcləyir. Münhen şəhəri dünyada elm və texnologiyanın tarixinə həsr olunmuş ən böyük kolleksiyası olan təkcə alman Muzeyi ilə deyil, həm də Alte və Neue Pinakothek, Lenbach, Hauz və Şak Qallereyası kimi çoxlu sayda tarixi tikililəri və incəsənət muzeyləri ilə də fəxr edir. Albrext Dürer (1471–1528) və Hans Saksın (1494–1576) şəhəri olan Nürnberq son orta əsrlər xəzinəsinin bəzi ən gözəl nümunələrini öz kilsələrində qoruyub saxlamışdır. Alman Mədəniyyət Milli Muzeyinin özü şəhərə xüsusi səyahət üçün çox qiymətlidir. UNESCO-nun Dünya İrsi Siyahısına düşən Banz və Ettal monastırlarındakı kilsələr, Vierzehnheiligen bazilikası və Stenqaden yaxınlığındakı Vieskirçe də Barove və Rokoko arxitekturasının ən məşhur nümunələridir. Prins- keşişlərin Vürzburqdakı keçmiş iqamətgahları da bu arxitektura növünə aiddir. Balthasar Noyman (1687–1753) tərəfindən yaradılan və Covanni Batista Tiepolo tərəfindən bəzədilmiş sonuncu pilləkənlər dünyadakı ən gözəl nümunələrdən biridir. Rotenburq ob der Tauber, Nördlingen və Dikkelsbül açıq havada əsl muzeylərdir və onlar "Romantik Nəqliyyat" vasitəsilə digər mənzərələrlə də bağlanırlar. Bavariyada 33 daimi və 34 açıq — hava səhnələri var. Hər il Bayroyt Festivalı 1872-ci ildən 1883-cü ilə qədər Bayroytda yaşamış Riçard Vaqnerin operalarını səhnələşdirir. Digər məşhur festivallara Münhen Opera Festivalını, Passau Avropa Festival Həftələrini, Ansbax Bax Həftəsini və Vürzburq Motsard Festivalını aid etmək olar. Xalq musiqisi bütün Bavariyada çox məşhurdur. Xüsusən də Bad Tölzdəki "Leonhardi-Fahrt", Auqsburq "Friedensfest", St. Kilianın Vürzburq Festivalı və Kiefersfelden turniri kimi çoxlu sayda folklor festivalları zamanı xalq musiqisi çox məşur olur. 1634-cü ildən ənənə şəklini alan Oberramberqau Ehtiras Əsəri hər 10 ildən bir ifa olunur (ən sonuncu ifa 2000-ci ildə baş vermişdir). İstinadlarredaktə
Həmçinin baxredaktə |