Adnan Menderes (1899[2][3][…], Aydın, Aydın vilayəti, Osmanlı imperiyası[4]17 sentyabr 1961[4][2][…], İmralı, Bursa vilayəti) — Türkiyə Respublikasının 9-cu və CXP-li olmayan ilk baş naziri (1950–1960).

Adnan Menderes
türk. Adnan Menderes
türk. Ali Adnan Ertekin Menderes[1]
22 may 1950 – 27 may 1960
ƏvvəlkiŞəmsəddin Günaltay
SonrakıCamal Gürsəl
Şəxsi məlumatlar
Doğum tarixi 1899[2][3][…]
Doğum yeri
Vəfat tarixi 17 sentyabr 1961(1961-09-17)[4][2][…]
Vəfat yeri
Vəfat səbəbi asılma[d]
Dəfn yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, diplomat
Həyat yoldaşı
Uşaqları
Dini sünni islam

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Uşaqlıq və gənclik illəri

redaktə

1899-cu ildə Aydınlı torpaq sahibi varlı bir fermerin oğlu olaraq doğulmuşdur. Doğulduğu yerə aid məlumata görə Aydında doğulmuşdur, lakin şəxsiyyət vəsiqəsində İzmir yazılıb və bir çıxışında izmirlilərə dəyərli yerlilərim deyə müraciət etmişdir, lakin bunun sadəcə bir xitab şəkli olduğu da güman edilir.

Kırım tatarı əsilli olan babası Hacı Əli Paşa Konyadan köç etmişdir. Atası İbrahim Etem bəy, anası Tevfika xanımdır. Ana və atasını kiçik yaşlarında itirmiş, nənəsinin himayəsində yaşamışdır. Bacısı Məlikə də kiçik yaşlarında vəfat etmişdir. Birinci Dünya Müharibəsi illərində futbolçu olmuşdur. Təhsilə İzmir İttihad və Tərəqqi Məktəbində başlayan Adnan Menderes, Qızılçulu Amerikan Kollecində oxuyarkən missionerlərlə başına dərd açdığı üçün, müxtəlif yerlərə müraciət etmişdi. Müraciət etdiyi yerlərdən birinin başında Cəlal Bayar dururdu. O, Bayarla belə tanış olub.

Birinci Dünya Müharibəsi illərində hərbi təlim keçmiş, lakin xəstələndiyi üçün cəbhəyə getməmişdir. 1919-cu ilin iyun ayında Birinci dünya müharibəsində Osmanlı imperiyası üzərində qələbə qazanmış Yunanıstan Aydına hücum etdikləri əsnada Adnan bəy bir neçə yoldaşı ilə birgə "Ay-ulduz Müqavimət Təşkilatı"nı qurdu. Sonra isə vilayətin Sökə rayonunda piyada alay yavəri olaraq Türkiyə İstiqlaliyyət müharibəsində iştirak etmişdir. Müharibə fərqləndiyi üçün qırmızı zolaqlı "İstiqlal" medalı ilə təltif edilmişdir. İzmirin məşhur ailələrindən birininin qızı Evliyazadə Fatma Berin xanımla evlənmiş, ondan Yüksəl, Mutlu, Aydın adlı üç oğlu olmuşdur.

Millətvəkili seçildikdən sonra Ankara Universiteti Hüquq Fakültəsinə davam etmiş və 1935-ci ildə məzun olmuşdur.

Siyasi həyatı

redaktə

Əli Fəthi Okyar tərəfindən 1930-cu ildə qurulan, lakin qısa müddətdən sonra bağlanan Sərbəst Firqənin Aydın Təşkilatını yaradaraq başçısı oldu. Bu partiya bağlanan zaman Cümhuriyyət Xalq Partiyasına (CXP) daxil oldu və 1931-ci ildə bu partiyanın adından millət vəkili seçildi.

1945-ci ilə qədər TBMMdə "komissiya raportörlüğü" edən Adnan Menderes, o il Saracoğlu Hökumətinin gətirdiyi "Torpaq Qanunu Tasarısı"nı kəskin tənqid edərək, komissiyadan istefa verdi. Partiyada etdikləri muxalifətçilik üzündən, Rəfiq Koraltan və Fuad Köprülü ilə birlikdə CXP Nizam-İntizam Qurumu tərəfindən 12 iyun 1945-ci ildə xaric edildilər.

Cəlal Bayar da həm partiyadan həm də millət vəkilliyindən istefa verdi. Bu hərəkətlər 7 yanvar 1946-cı ildə Demokrat Partiyasının (DP) qurulmasına səbəb oldu. 1946-cı ildə keçirilən seçkidə DP-dən Kütahya millət vəkili olaraq məclisə qatıldı. Cəlal Bayardan sonra ikinci adam vəziyyətinə gəldi.

Hakimiyyətdə olduğu dövr

redaktə

14 may 1950 seçimlərində DP səslərin 52,7%-ni alaraq, Türkiyə hökumətini formalaşdırmaq səlahiyətinə sahib oldu. Adnan Menderes 10 illik DP iqtidarının tək başçısı oldu və o dövrün sosial və siyasi həyatına öz damğasını vurdu. İqtidarı dövründə 5 hökumət qurdu. 10 illik zaman içində Türkiyənin daxili və xarici siyasətində böyük inkişaf və tərəqqiyə səbəb oldu. Sənayeləşmə və şəhərsalma sürətləndi, kəndə yerlərinə ilk avtomobillər və digər texnika gətirildi, rabitə, enerji, təhsil, səhiyyə, sığorta ve bankçılıq inkişaf etməyə başladı. Türkiyə əsl inkişaf qavramı ilə tanış oldu.

Adnan Menderesin dini yönümdə Atatürk ideyalarının və CXP-nin siyasi kursunun əksinə gedərək gördüyü işlər daha çox diqqət çəkdi. Belə ki, onun rəhbərlik etdiyi hökumətin səyləri nəticəsində Türkiyədə məscidlərdə azanın təkrar ərəb dilində səslənməsinə nail olundu, türklərin həcc ziyarəti etməsinə icazə verildi, məktəblərdə din dərslərinin və ərəb dilinin tədrisi bərpa olunaraq 25 mindən çox Quran kursu açıldı, dövlətin hicab geyinən qadınların geyiminə müdaxilə etməsi təcrübəsi aradan qaldırıldı, əvvəlki hökumətlərin anbar kimi istifadə etdiyi məscidlər məscid statusuna qaytarılmaqla 10 minlərlə yeni məscid inşa edildi, xatiblər, din müəllmləri yetişdirilməsi məqsədilə Anadoluda 22 universitet açıldı, dini jurnallar və qəzetlərin dərcinə başlanıldı. Menderesin xarici siyasətindəki dəyişiklik də onun İslam dininə yaxınlığını büruzə verdi. İşğalçı siyasət yürüdən İsrailə qarşı müharibə aparan ərəb dövlətləri ilə yaxınlaşdı və hətta 1956-cı ildə İsrail səfirini ölkədən qovdu. Bu azmış kimi İsraildə istehsal olunan mallara senzura qoyulmasına nail oldu.

27 may 1960-cı ildə Türk Silahlı Qüvvələrinin daxilindəki xunta tərəfindən həyata keçirilən çevrilişlə devrildi və həbs edildi. Yassıadada bütün iqtidarı mühakimə etmək üçün Milli Birlik Komitəsi tərəfindən qurulan Yüksək Ədalət Divanının qərarına əsasən daha 2 nazirlə birlikdə edama məhkum edilərək İmralı adasında asıldı. Yassıadada dustaq olduğu vaxtlarda müxtəlif işgəncələrə məruz qaldığı söylənilir.

Çevrilişdən sonrakı illərdə bütün DP üzvləri kimi Adnan Menderesin haqqında fikirlərdə dəyişməyë başladı. 22 may 1987-ci ildə Menderes, Polatkan və Zorlunun məzarlarının İmralıdan köçürülməsini təmin edəcək qanun məclisdən keçdi, lakin ailələrinin onlar üçün dövlət səviyyəsində vida mərasiminin keçirilməsinin rəd edilməsi bu prosesi dondurdu. Yalnız 1990-cı ilin 17 sentyabrında keçmiş nazirlərin məzarları dövrün prezidenti Turqut Özalın da qatıldığı böyük bir mərasimlə İstanbulda dəfn edildi. Hazırda Menderes tamamilə bəraət qazanıb. Adı universitetə, parklara və küçələrə verilmişdir.

Həmçinin bax

redaktə

Türkiyədə dövlət çevrilişi (1960)

Mənbə

redaktə
  1. https://www.adu.edu.tr/tr/adnan-menderes-kimdir.
  2. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 Adnan Menderes // Nationalencyklopedin (швед.). 1999.
  4. 1 2 3 4 Мендерес Аднан // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.