Atabaska (ing. Athabasca) — Kanadanın Saskaçevan (26 faizi) və Alberta (74 faizi) əyalətlərində yerləşən iri şirin sulu göl.

Atabaska
ing. Lake Athabasca
Ümumi məlumatlar
Mütləq hündürlüyü 213 m
Eni 50 km
Uzunluğu 283 km
Sahil uzunluğu 1900 km
Sahəsi 7850 km²
Həcmi 204.000 hm³
Su tutumu 274540 km²
Dərin yeri 124 m
Orta dərinliyi 20 m
Tökülən çay Atabaska çayı
Axan çay Kölə çayı
Yerləşməsi
59°16′00″ şm. e. 109°27′57″ q. u.HGYO
Ölkə  Kanada
Regionlar
Atabaska xəritədə
Atabaska
Atabaska
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dene dillində Atabaska sözü ilə ilkin olaraq gölün cənub-qərb küncündə Atabaska çayının birləşməsindən yaranan böyük deltanı adlandırırdılar. 1801-ci ildən gölün adı indiki adına bənzəyən — "Athapaskow" olmuşdur 1820-ci ildə Corc Simpson həm gölü, həm də çayı Atabaska adlandırdı.

Coğrafiyası və təbii tarixi

redaktə
 
Atabaska gölü, Kanada

Gölün sahəsi 7850, uzunluğu və eni müvafiq olaraq 283 və 50, maksimum dərinliyi 124 metrə bərabərdi. Böyüklüyünə görə göl Kanadanın 8-ci gölüdü.[1] Su Kölə və Makkenzi çayların sistemləri vasitəsilə göldən şimala axır, nəticədə Şimal Buzlu Okeanına axır.

Fort Chipewyan Albertada Avropanın ən qədim yaşayış məskənlərindən sayılır və gölün qərb sahilində yerləşir. Elə buradada Rivière des Rochers Atabaska gölünü qurudur və Kölə çayı tərəfinə axaraq, Vud Buffalo Milli Parkının şərq sərhədləri üzrə öz şimala yolunu tutur. Gölün şimal sahillində yerləşən Fond du Lak icmasının yaxınlığında gölün şərq hissəsi təxminən 1 km eninə qədər daralır, ordanda o, ən ucqar şərq nöqtəsinə olan Fon-Dyu-Lak çayının mənsəbinə qədər davam edir.

Böyük Ayı, Böyük Kölə və digər göllər kimi, Atabaskada böyük buzlaq gölü sayılan Makkonellin qalığı sayılır.

İnkişafı və ətraf mühiti

redaktə

Şimal sahilində uranqızıl hasilatı burada Uran şəhəri sayılan Saskatchewan-ın yaranmasına gətirib çıxartdı, hansı ki mədən işçiləri və onların ailələri üçün yeni ev oldu. Sonuncu mədən 1980-ci ildə bağlansa da, hasilat əməliyyatlarının nəticələri şimal sahillərini çirkləndirdi. İddia olunur ki, yaxınlıqda əldə ədilən neft qumları göldə cari çirklənmə səviyyəsini artırır.[2] Atabaska gölün qum təpələri dünyada 58° şimalda yerləşən qum təpəlirndən ən böyüyüdü, onlar cənub sahilə aiddi.

Burada 23 növ balıq vardır, onun dərinliklərindən 1961-ci ildə rekord çəkidə 46.3 kq forel tutulmuşdur.[3]

İstinadlar

redaktə
  1. Lake Athabasca // Atlas of Alberta Lakes. Edmonton: University of Alberta Press. 1990. ISBN 0-88864-214-8. 2011-09-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-26.
  2. Elizabeth Southren. "Deep In Canadian Lakes, Signs Of Tar Sands Pollution". National Public Radio. 2013-01-08. 2013-08-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-26. Canadian researchers have used the mud at the bottom of lakes like a time machine to show that tar sands oil production in Alberta, Canada, is polluting remote regional lakes as far as 50 miles from the operations. (#invalid_param_val)
  3. "Lake Trout". Perspective Visuals, Inc. March 8, 2006. December 25, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 26, 2015.