Vilyam Dampiringilis dəniz səyyahı, pirat.[1]

Vilyam Dampir
William Dampier
Kətan üzərində Vilyam Dampirin kitab tutarkən yağla çəkilmiş portreti
Kətan üzərində Vilyam Dampirin kitab tutarkən yağla çəkilmiş portreti
Doğum tarixi
Doğum yeri İstKoker, Somerset qraflığı, İngiltərə
Vəfat tarixi (63 yaşında)
Vəfat yeri London
Vətəndaşlığı İngiltərə İngiltərə
Milliyyəti İngilis
Fəaliyyəti dənizçi[d], təbiətşünas, tədqiqatçı-səyyah[d], botanik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Üç dəfə dünya səyahətinə çıxmışdır. Bir neçə il Tortyu adasında (VestHinddə) qalmış, Amerika sahillərindəki İspan şəhərlərinin və yaşayış yerlərinin qarətində iştirak etmişdi. 1678–91-ci illərdə Sakit okeanda, Cənubi Amerikanın qərb sahillərində piratçılıqla məşgul olmuşdur. 1691-ci ildə İngiltərəyə qayıtmış, 1697-ci ildə “Yeni dünya səyahəti” kitabını çap etdirmişdir.1699-cu ildə “Robak” gəmisində İngiltərədən çıxmış, Ümid burnundan keçərək,1699-cu ildə Avstraliyanın şimal qərb sahillərinə çatmış və şimala doğru hərəkət edərək özünün adlandırdığı Şark körfəzini, adalar qrupunu tədqiq etmişdir.[1]

Fəaliyyəti

redaktə

1703–07-ci illərdə dəniz quldurluğu ilə məşğul olmuşdur. 1704-cü ildə Dampir öz matrosu A. Selkirki kimsəsiz adaya düşürmüşdür; sonralar Daniel Defo bu matrosun timsalında Robinzon Kruzo obrazını yaratmışdır. 1707-ci ildə “Yeni Hollandiyaya səyahət” kitabını nəşr etdirmişdir. 1708–11-ci illərdə V. Rocersin gəmisində Dampir şturman vəzifəsində dünya səyahətinə çıxır; Sakit okeanın cənublarının xəritəsini tərtib edir, Dünya okeanının müxtəlif məntəqələrində maqnit meylinin qiymətləri barədə məlumatlar toplayır, dəniz sularının duzluluğunu, hakim axınlar və küləklər arasındakı əlaqələri, Avstraliya, Yeni Qvineya və sairə adaların faunaflorasını öyrənir. Avstraliyanın şimal-qərbində ya, Sakit okeanın cənub qərbində və Malayya arxipelaqında bir neçə ada və körfəz Dampirin şərəfinə adlandırılmışdır.[1]

Təltifləri

redaktə
 
Dampirin 1697-ci ildə "Dünya ətrafında yeni səyahət" əsərindən bir xəritə

Aşağıdakı coğrafi yerlər / xüsusiyyətlər Vilyam Dampirin şərəfinə adlandırılıb:

Kitabları

redaktə
  • Dünya ətrafında yeni səyahət (1697)
  • Səyahətlər və təsvirləri (1699)
  • Yeni Hollandiyaya səyahət (1703)
  • Dünya ətrafında səyahətlərə yeni əlavələr (1705)
  • Küləklərin səsi (1705)
  • Kampiçi səyahətləri (1705)
  • Yeni Hollandiyaya səyahətin davamı (1709)

İstinadlar

redaktə
  1. 1 2 3 Dampir// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — VI cild. Bakı, 2009. — Səh.: 279-280.
  2. "Arxivlənmiş surət". 2022-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-15.