Kono Yasui
Kono Yasui (保井 コノ, Yasui Kono?, 16 fevral 1880, Kaqava – 24 mart 1971, Bunkyo) – Yaponiya bioloqu və sitoloqu. O, Yaponiyada elm üzrə doktorat dərəcəsi əldə etmiş ilk qadındır.[1]
Kono Yasui | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | 24 mart 1971 (91 yaşında) |
Vəfat yeri | |
Elm sahəsi | biologiya |
İş yeri |
|
Təhsili |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəKono Yasui 16 fevral 1880-ci ildə Yaponiyanın Kaqava prefekturasında doğulmuşdur.[1] Kaqava Normal Məktəbinin qadınlar bölməsində təhsil almış, 1898-ci ildə Tokio Qadınlar Ali Normal Məktəbinə daxil olmuşdur.[1] 1902-ci ildə məzun olduqdan sonra Gifu Qızlar Liseyində, 1904-cü ildə Kanda Qızlar Məktəbində müəllim kimi işləməyə başlamışdır.[1] 1905-ci ildə Tokio Qadınlar Ali Normal Məktəbinin yeganə elmi tədqiqat üzrə tələbəsi olmuş, zoologiya və botanika sahələrində ixtisaslaşmışdır.[1] Onun tərəfindən 1905-ci ildə yazılmış "Karp balığında Veber orqanı" məqaləsi "Zoological Science" jurnalında qadın müəllifə aid ilk məqalə olmuşdur.[1]
Yasui 1906-cı ildə botanika və sitologiya sahələrində araşdırmalar aparmağa başlamışdır.[1] Salvinia natans adlı qıjı növünün ziqotunu araşdırmış və nəticələri "Journal of Plant Science" jurnalında nəşr olunmuşdur.[1] Digər tədqiqatları Böyük Britaniyanın "Annals of Botany" jurnalında yayımlanmış və işi xarici jurnalda yayımlanmış ilk yapon qadın olmuşdur.[1] 1914-cü ildə təhsil almaq məqsədilə əvvəlcə Almaniyaya, daha sonra ABŞ-yə getmiş və Çikaqo Universitetində sitologiya araşdırmaları aparmışdır.[1] 1915-ci ildə Harvard Universitetində kömürü öyrənmiş, 1916-cı ildə Yaponiyaya qayıdaraq Tokio Universitetində "Qəhvəyi kömürün quruluşu və Yaponiyada daş kömür" adlı diplom işini tamamlamışdır.[2]
Yasui 1924-cü ildə qarğıdalının, tradeskansiyanın və yabanı xaşxaşın genetikasını öyrənməyə başlamışdır.[2] 1929-cu ildə "Cytologya" jurnalının əsasını qoymuşdur.[2] 1945-ci ildə atom bombasının bitkilərə təsirini öyrənmişdir.[2] 1949-cu ildə Oçanomizu Universitetinin professoru olmuşdur.[2]
Mükafatları
redaktəYasui 1955-ci ildə "Bənövşəyi lent" medalı ilə, 1965-ci ildə isə "Qiymətli tac" ordeni ilə təltif olunmuşdur.[2]
İstinadlar
redaktəƏdəbiyyat
redaktə- Haines, Catharine M. C. International Women in Science: A Biographical Dictionary to 1950 (ingiliscə). ABC-CLIO. 339. ISBN 978-1-57607-090-1. İstifadə tarixi: 24 oktyabr 2022.